Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1005
DünənDünən2847
Bu həftəBu həftə1005
Bu ayBu ay59166
Bu günə qədərBu günə qədər7486500

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Elm sübut etdi: Tənbəllik – yüksək şüurun əlamətidir

Florida Universitetindən olan amerikalı alimlər sübut ediblər ki, yüksək intellektə sahib insanlar aktiv həyat tərzini sevmirlər.

Tədqiqatçılar 60 nəfərdən ibarət qrupu müşahidə ediblər.

Onlar sınaqdan keçirdikləri insanların asudə vaxtlarında nə ilə məşğul olduqlarını aşkar ediblər. Bundan başqa, alimlər intellektin səviyyəsini müəyyən etmək üçün standart testlər keçiriblər.

Tədqiqatlar nəticəsində məlum olub ki, yüksək səviyyəli fiziki aktiv olan şəxslər yüksək intellektləri ilə nadir hallarda fərqlənirlər.

Tənbəllik intellektin əlaməti ola bilər: alimlər şərh edirlər ki, divanda əyləşən insanlar sadəcə düşünməyi xoşlayırlar.

Hər şey ona görədir ki, koqnitiv funksiya və fiziki aktivlik arasında geriyə əlaqə var. Bu kifayət qədər kiçik yaşda başlayır və insanın bütün həyatı boyu davam edir.

Fəal insanlar yükə yönəlirlər, çünki "öz şüurları ilə nə edəcəklərini bilmirlər". İntellektuallar isə az hərəkətli həyat tərzinə üstünlük verirlər, çünki bu onlara öz düşüncələrinə qapılmağa və daha çox fikirləşməyə imkan verir.

Gürcüstanda azərbaycanlı gənclərin yeni birliyi yaradılıb

Gürcüstanda "Gənc azərbaycanlı liderlər Gürcüstan naminə" birliyi təsis olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, təşkilatın yaradılmasında əsas məqsəd Gürcüstan vətəndaşları olan azərbaycanlı gənclərin cəmiyyətin bütün sahələrində iştirakının fəallığının və onların dövlət orqanlarında təmsilçiliyinin artırılmasına dəstək verməkdir.

Birliyin Gürcüstan Texniki Universitetində baş tutmuş təqdimat mərasimində çıxış edən Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze milli azlıqları təmsil edən gənclərin dövlət quruculuğunda fəal iştirakının vacib olduğunu deyib: "Belə bir birliyin yaradılması ideyası azərbaycanlı gənclər tərəfindən irəli sürüldü. Gürcüstanın azərbaycanlı gəncləri özlərini dövlətin tamhüquqlu vətəndaşları hesab edirlər və onlar ölkədə bütün sahələrdə fəal olmaq istəyirlər. Yeni birlik azərbaycanlı gənclərin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə dəstək verəcək  və bir sıra proqramlar həyata keçirəcək".

Tədbirdə çıxış edən azərbaycanlı gənclər Daur İsmayılov, Tural Ramazanov və digər tələbələr Gürcüstanda milli azlıqları təmsil edən gənclərin təhsil və inteqrasiya sahəsində mövcud problemlərindən bəhs ediblər.

Birlikdə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr təmsil olunacaq. Təşkilat üzvləri ilə dövlət rəsmiləri arasında görüşlər, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlmiş müxtəlif formatlarda tədbir və müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təqdimat mərasimində Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, ekspertlər və rəsmi şəxslər iştirak edib.

 

Son dəqiqə! Bakıda bina yanır

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

Goranboyda ağır qəza: Ölənlər və yaralılar var

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub.

Ölənlər qardaş-bacı olublar. 

Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir. 

Qəzanı törədən şəxs Qızılhacılı qəsəbə sakini "rəngsaz Tariyel" kimi tanınan şəxsin oğlu olub. O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş.

Güclü geomaqnit qasırğası gözlənilir

Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşması olacaq.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin daha da artacaq.

Onun sözlərinə görə, yaxın saatlarda və 11 apreldə G1 sinifli qasırğa gözlənilir: "Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü "tac dəliyi"ndən başlanğıcını götürən yüksək sürətli və neqativ polyarlığa malik Günəş plazma küləyinin təsiridir. "Tac dəlikləri"ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda "günahkar" plazma küləyini sürəti 515 km/saniyə-dir".

 

E. Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator" rolunu oynayır: “Atmosfer təzyiqinin xeyli qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis")şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.

Tbilisidə turistlərin olduğu binada yanğın baş verib, ölən və xəsarət alanlar var

Tbilisinin Kiyev küçəsində yerləşən binada yanğın baş verib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın binanın 2-ci mərtəbəsini və dam örtüyünü əhatə edib. Hotel kimi istifadə olunan binada yanğın zamanı iranlı turistlərin olduğu bildirilir. Onlardan biri ölüb, 3-ü isə yüngül yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.


Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. Yanğın zamanı 200 kv. metr sahə yanıb. Səbəbi hələ məlum olmayan yanğın artıq lokallaşdırılıb.

Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dünən Tkibuli bölgəsində kömür mədənində insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı matəm günüdür.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından etibarən Gürcüstanın hökumət administrasiyası, parlamentin Tbilisi və Kutaisidəki binaları, nazirliklər və digər qurumlarda dövlət bayraqları endirilib.

Qeyd edək ki, Mindeli kömür mədənində ötən gün baş vermiş uçqun zamanı 6 mədənçi ölüb, 3-ü isə ağır xəsarətlər alıb.

Gürcüstanda matəm elan olunub

Gürcüstan hökumətinin qərarı ilə Mindeli kömür mədənində baş vermiş faciə ilə bağlı aprelin 6-sı ölkədə matəm günü elan olunub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək və faciə qurbanlarının xatirəsi yad olunacaq.
 

Qeyd edək ki, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində 6 mədənçi ölüb, 3-ü isə xəsarət alıb.

Gürcüstanda şaxtada qəza: Ölənlər var

Gürcüctanın DİN-nin mətbuat xidmətinin məlumatına görə, Tkibulidəki Mindeli adına kömürçıxarma mədənində altı nəfər həlak olub, 3 nəfər nəfər xəsarət alıb.

“Əvvəlcədən alınan məlumata görə, mədənin tunellərindən birində divarın deformasiyası baş verib və bunun nəticəsində tavan çöküb”, - mətbuat xidməti bildirib.

Altı nəfər işçi hadisə nəticəsində yerindəcə ölüb.

Onlardan ən cavanının 26, ən yaşlısının 59 yaşı olub.

Xəsarət almış daha üç nəfər isə xəstəxanaya çatdırılıb.

"Hazırda hadisə yerində olan fəhlələr təhlükəsiz yerə çatdırılıblar", - Gürcüstan DİN məlumat yayıb.

Baş verən hadisə ilə əlaqədar beş ilə qədər azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu, “dağ, tikinti və digər işlərin aparılmasında, insan ölümü və ya digər ağır nəticələrə gətirib çıxaran təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə təhqiqat başlayıb.

Qafqazın cənnəti, sivilizasiyaların qovuşduğu Batumi

Əgər həyatınızda bir dəfə də olsa, Batumiyə səfər etməmisinizsə, çox şey itirmiş sayıla bilərsiniz. Qara dənizin sahilində yerləşən bu liman şəhəri regionun təkcə ticarət mərkəzi deyil, eyni zamanda, təbiətinin gözəlliyi, infrastrukturunun əlverişliliyi, tarixiliyi, mədəniyyəti, adət-ənənələri, eləcə də, müasirliyi ilə turistlər üçün əvəzedilməz kəşfdir.

Tarixi 

Şəhər 3000 illik tarixi köklərə malikdir. Zaman-zaman müxtəlif güclü dövlətlər tərəfindən ələ keçirilən Batumi ilk dövrlərdə yunanların müstəmləkəsi olub.

Antik dövrdə isə İranın suverenliyinə daxil olan Batumi sonradan Pont krallığının, hətta romalıların əlinə keçib. Orta əsrlərdə gürcü knyazları hakimiyyətə gəlib. Lakin XIII əsrdə Batumi monqol işğalına məruz qalıb.

Bölgədə Osmanlı İmperatorluğunun güclənməsi, 1564-cü ildə Qanuni Sultan Süleymanın fəthi ilə Batumi düz 314 il bu dövlətin mülkiyyətində qalıb. Şəhər hətta Osmanlının Lazistan Sancağının mərkəzi olub.

Ruslar Batumini Osmanlının çöküşündə – XIX əsrin sonlarında işğal edə bilib. 1877-1878-ci illər türk-rus müharibəsi zamanı imzalanan San-Stefano və Berlin müqavilələri ilə şəhər Rusiyaya verilib. 

I Dünya Savaşından sonra Rusiyanın bölgədən çəkilməsi ilə şəhər Brest-Litovsk müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə geri qaytarılıb.

Ancaq Osmanlı artıq öncəki qüdrətində deyildi – çox keçmədən liman şəhəri ingilislərin nəzarətinə keçib. Gürcüstan 1918-ci ildə müstəqilliyini elan edəndən sonra Batumi onun tərkibinə daxil olub. 

Bu tarixi hadisələr Batuminin memarlığında, etnik tərkibində, şəhərin mədəniyyətində, adət-ənənlərində aydın görünür. Məscidlərdən gələn azan səsi kilsələrdən yüksələn zənglərin sədasına qarışaraq Batuminin həm də sivilizasiyaların qovşağı olmasını təsdiqləyir.

Möhtəşəm bulvarı və memarlıq üslubu 

Yuxarıda qeyd etdiyimiz kimi, Batumi dağları, meşələri və dənizi birləşdirən təbiətə malikdir. Buraya yaşıl maqnoliya ağacları ilə bəzədilən geniş bulvarı əlavə etməsək, haqsızlıq olar. 

18 km uzunluğu olan bulvar bir tərəfdən dənizlə, bir tərəfdən də sovet, qot və müasir arxitekturanı özündə əks edirən binalarla əhatə olunub. 

Eləcə də, bulvarda gürcü əlifbasının 33 hərfindən insan DNT-si fomasında quraşdırılan qüllə, 1860-cı ildə Osmanlı İmperiyasının tikdiyi və indi də işləyən mayak, 1930-cı illərdə tikilmiş dəniz qırağına qapı sayılan Kalanada, türklərin 1990-cı illərdə tikdikləri, sonradan isə “Çaça qalası” kimi istifadə olunan məscid, Qurban Səidin azərbaycanlı gənclə gürcü qızının sevgisindən bəhs edən “Əli və Nino” romanının qəhrəmanlarının heykəli, yay teatrı, qırmızıya boyanmış velisoped yolu, klassik Sovet üslubunda inşa edilən dəniz vağzalı (vağzalın analoqu Krım və Soçidə var) yerləşir.

Bir sözlə, Batumi bulvarı insanı hər addımda yeniliklərlə, tarixlə qarşılayır. 

Batumi Piazza 

Avropa şəhərlərinin meydanlarını xatırladan Batumi Piazza (Piazza square) Venesiya üslubunda tikilib və köhnə Batumidə yerləşir. 

Vitraj və mozaika sənətinin rəsm əsərləri ilə bəzədilmiş Piazza meydanı tədbirlərin, rəsmi qəbulların və konsertlərin mərkəzidir.

Belə ki, Piazzanın girişində yaradılan səhnədə yay axşamlarında canlı musiqi oxunur. Bu günə qədər burada tanınmış dünya şöhrətli ifaçılar - Plasido Dominqo, Stinq, Mişel Leqran, Tamara Qverçiteli, Meysi Qrey, Kriss Botti və başqaları konsert veriblər.

Təxminən 6000 metrlik ərazisi olan meydanda hotel, kafe və pivəxanalar fəaliyyət göstərir. Ən maraqlısı meydanın ortasındakı mozaik işləmələrlə kafelərin tavanlarındakı boyaların bir-birini tamamlamasıdır. 

Hər üç saatdan bir rəqs edən musiqili, fiqurlu saat gözlərdən qaçırılmayacaq gözəllikdir. 

Müqəddəs Nikolay kilsəsi 

Piazza meydanının yaxınlığında yerləşən Müqəddəs Nikolay kilsəsi qədim tarixə malikdir. Belə ki, 1865-ci ildə yunanların Osmanlı sultanından xahiş edərək, tikdirdiyi kilsənin inşasında istifadə edilən daşlar Trabzondan gətirilib.

Maraqlıdır, sultan kilsənin tikintisinə icazə versə də, zənglərinin çalmasına qadağa qoyub. Bu səbəbdən kilsə, əsasən, tədris ocağı kimi istifadə edilib. 

Sovetlər dönəmində kilsənin fəaliyyəti tamamilə dayandırılaraq, dövlətin ehtiyacları üçün istifadəyə verilib. Hökümət ondan anbar kimi istifadə edib. 20 ildən sonra – 1946-cı ildə gürcü cəmiyyətinin təzyiqləri nəticəsində Müqəddəs Nikolay kilsəsinin qapıları yenidən ibadət edənlərin üzünə açılıb. Elə həmin il müəyyən restavrasiya işləri aparılsa da, 1998-ci ildə kilsə əsaslı təmir edilib. 

Orta Cami məscidi 

Acariya gürcülərə geri qaytarıldığı zaman gürcü əsilli vətəndaşıların çoxu Türkiyə tərəfində qalıb, türklər isə bu tərəfdə. O səbəbdən hazırda köhnə Batumidə, əsasən, türklər yaşayır.  1866-cı ildə inşa olunan Orta Cami məscidi bu gün də onların ibadət etdiyi əsas yerlərdəndir. 

Məscidin adına gəlincə, Osmanlı İmperiyası dövründə iki məscid arasında tikildiyinə görə belə adlandırılıb. Kutaisi küçəsində yerləşən Orta Caminin minarəsi qədim Batuminin hər tərəfindən görünür. Kənardan şəhərin bu hissəsi türk məhəllələrinə bənzəyir. Çünki küçədə çox sayda türk restoranları, kafelər fəaliyyət göstərir. 

“Avropa Meydanı”

Meydan Acariyanın Avropa Assambleyasına qəbulunun şərəfinə adlandırılıb. Gürcü xalqının Avropaya bağlılığını nümayiş etdirir. 2007-ci ildə quraşdırılan Medea heykəli isə Gürcüstanın Avropa ilə qədim mədəni, ictimai əlaqələrini özündə əks etdirir.

Meydanın ətrafındakı köhnə binaların fasadlarının yenilənməsi xüsusilə gecə saatlarında şəhərə başqa gözəllik verir. 

Bu yerin daha bir xüsusiliyi üzərində astronomik saat olan binadır. Saat vaxtdan əlavə, üfüqün tərəflərini, ayın mərhələlərini, bürcləri və s. göstərir. Əvvəllər binada Milli Bank yerləşsə də, hazırda boşdur. 

Kiçik fələk çarxlı qüllə 

Batuminin ən hündür binası olan bu tikilidə memar yunan mifologiyasından – Yazon və onun “Argo” gəmisi haqqında əfsanədən ilhamlanıb. 

Qüllə Politexnik İnsititutu kimi, yəni tədris müəssisəsi məqsədilə inşa edilib. Lakin sonradan qərar dəyişdirilib və binanın hotel kimi fəaliyyət göstərməsinə qərar verilib. 

Hazırda auditoriyaların restavrasiyası prosesi gedir. Binanın yaxın zamanlarda hotel kimi istifadəyə verilməsi planlaşdırılır.

Batumi kanatı  “Aqro”

Batumini hündürlükdən seyr etmək bir başqa aləmdir. Əvvəla, kanat yolunun uzunluğu 2586 metrdir. “Aqro”nun iş saatı 11:00-24:00-dır. Gediş haqqı böyüklər üçün 10 lari, azyaşlılar üçün 2 lari təşkil edir. 

Kanatla gəzinti təxminən 10 dəqiqə davam edir. Aşağı və yuxarı stansiyalar arasındakı yüksəklik 252 metrdir. 

Qonio-Apsaros qalası

Batumidən cənub istiqamətinə 12 kilometrlik məsafədə, Çoroxi çayının sol sahilində yerləşən I əsrə aid Qonio-Apsaros qalası görməli yerlərdən biridir. Qalanın ətrafında Gürcüstanın qədim yaşayış məskənlərindən biri yerləşir.

Qonio-Apsaros qalası unikal strateji əhəmiyyətə malik olmaqla, Cənub-Qərbi Gürcüstanla Qara dəniz sahillərini birləşdirən Çoroxi və Açaristsxali mağaralarını mühafizə edib. 

Relyefinə görə, Qonio qalası Qara dəniz regionunun Bizans və Osmanlı imperiyalarının istinad nöqtələrindən birinə çevrilib. Qonio-Apsarosun tarixi arqonavtlar barəsindəki miflə sıx əlaqəlidir. Qonio qalasının ərazisində İsa peyğəmbərin tərəfdarlarından olan apostol Matfeyin simvolik məzarı yerləşir. Bəzi tarixi mənbələrə görə, apostol məhz bu ərazidə dəfn edilib. 

Arzuların reallaşdığı körpü 

Batumidən 30 kilometr məsafədə, 50 metrdən çox hündürlüyü olan Maxunseti şəlaləsini isə mütləq görməyə dəyər. Buranın təbiətin o qədər gözəldir ki, sanki Tanrı heç nədə öz səxavətini əsirgəməyib. 

Şəlalədən təxminən 500 metr aralıda, Acariskali çayının üzərində yerləşən, XII-XIII əsrlərə aid körpü məşhur çariça Tamaranın hakimiyyəti dövründə tikildiyindən onun adını alıb. Körpü çaydan altı metr hündürlükdədir. Rəvayətlərə görə, arzu tutub bu körpüyə qalxanın diləkləri çin olur. 

Mirveti körpüsü, eləcə də, şəlaləsi təbiətin möcüzəsidir. 

Yeri gəlmişkən, bu ərazilərdə məskunlaşan kənd sakinlərinin özünəməxsus yaşayış adət-ənələri var. Məsələn, hər evin böyük, hektarlarla həyətyanı sahəsi mövcuddur. Bu səbəbdən kənddə evlər arasında məsafələr kilometrlərlədir. 

Diqqəti çəkən digər məqam hər ailənin qəbiristanlığının olmasıdır. Bundan əlavə, toyuq ayaqlarını xatırladan dirəklərin üzərində kiçik taxta evlər olduqca gülməli görünürlər.

Kənd sakinləri deyir ki, bu toyuq ayaqlı evciklər qış azuqələrini kəsəyənlərdən qoruyur. 

Acarıstan mətbəxi

Ləziz yeməklərin daxil olduğu bu mətbəx kalorilidir. Süfrələrində elarci (mçadi - qarğıdalı unundan bişirilən çörək), patlicani (pxali - qoz və pendirlə doldurulmuş badımcan), kartof, qızartması, abxazura, kubdarı, limonad və qrafində qoyulmuş bəyaz, qırmızı çaxır, viaqra adlandırdıqları qaymaq olur.

Tarixə şahidlik etmiş bu məkan üç əsrdən çox türklərin əsarətində qaldığından Osmanlı mətbəxi xalqın milli mətbəxinə təsirsiz ötüşməyib. Hazırda Türkiyə mətbəxinə məxsus təam kimi tanınan sarma, paxlava acarların menyusuna daxildir. 

Bütün bu təamları dadıb, kilo almamaq mümkün deyil. Lakin üzərindən quru qırmızı şərab içsəniz, bədəninizdəki yağlar bir qədər yanmış olar. 

Şərab içmək üçün isə ən gözəl yerlərdən biri “Ajarian wine house”dur. Burada şərab yüksək keyfiyyətlə hazırlanır və elə zavodun həyətində olan kafedə müştərilərə təqdim olunur. 

Öyrəndik ki, Stalinin ən çox xoşladığı “Çxaveri” şərabı da burada hazırlanıb. 

 

Gürcüstanın 30-a yaxın vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub

Gürcüstanın 30-ə yaxın vətəndaşı Suriya və İraq ərazisində müxtəlif terror təşkilatlarına qoşularaq döyüşlərdə iştirak edir.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il üzrə hesabatında deyilir.
 

Sənəddə qeyd olunub ki, ötən il həmin vətəndaşların Gürcüstana qayıtması faktları qeydə alınmayıb: "DTX həmin vətəndaşların Gürcüstana mümkün qayıdışına xüsusi diqqət yetirir və bu cür faktların olacağı halda, qanuna müvafiq addımlar atılacaq".
 

Hesabat dövründə DTX terrorizm və ekstremizmin maliyyələşdirilməsi faktlarının müəyyən edilməsi üzrə fəal tədbirlər həyata keçirib: "Terrorizmlə əlaqəsi olan bir neçə şəxs Gürcüstanda müxtəlif bank əməliyyatları həyata keçirməyə cəhd edib".
 

DTX-nin hesbatında o da bildirilib ki, xarici ölkələrin xüsusi xidmət orqanları Gürcüstanda lobbiçilik qrupları və siyasi təşkilatları möhkəmləndirməyə cəhdlər edir. "Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən öz maraqlarına uyğun konkret mövzular hazırlayan və cəmiyyəti bu barədə məlumatlandıran ekspert elmi-araşdırma mərkəzlərinin yaradılmasına cəhdlər müşahidə olunur".

Qazaxda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb

FHN Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat başa çatıb.

 

Saytda Axtarış

Son xəbərlər