Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün697
DünənDünən2223
Bu həftəBu həftə8079
Bu ayBu ay39622
Bu günə qədərBu günə qədər7527839

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Şimşək çaxacaq, yağış, dolu və qar yağacaq – XƏBƏRDARLIQ

Aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq, aprelin 5-dək Azərbaycanın rayonlarında  hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildirilib ki, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur. 

İtkin düşmüş alpinistlərin axtarışından XƏBƏR VAR

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.

Axtarışlarda iştirak edən alpinistlər Trend-ə açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: "Martın 31-də Qubaya yenidən qar yağıb. Ərazidə qar daha 10 santimetr artıb. Ona görə də axtarışlar qısmən çətinləşib. Amma buna baxmayaraq axtarışlar davam etdirilir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

 

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə turizm inkişaf etdirilir

Gürcüstanda azərbaycanlıların kompkat yaşadığı Kvemo Kartli bölgəsində turizm sahəsi inkişaf etdirilir.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Gürcü Arzusu" Partiyasının Rustavi təşkilatının konfransında deyib. Baş nazir bildirib ki, bölgədə turizmin inkişafı üçün bütün şərtlər mövcuddur və bu istiqamətdə addımlar artıq atılıb: "Bölgədə tarix və mədəni abidələrin təmir-bərpa işləri də aparılır. Bununla yanaşı, 2018-ci ildə Bolnisidə Ədliyyə Evinin inşası planlaşdırılır".


G. Kvirikaşvili qeyd edib ki, hakim partiyanın məqsədi yerlərdə, xüsusən də regionlarda partiya təşkilatlarını möhkəmləndirməkdir: "Gürcü Arzusu"nun qapıları ölkə quruculuğunda iştirak etmək istəyən hər bir kəsə açıqdır".

Təzyiqi salmaq üçün bunları yeyin - 3 SEHRLİ MƏHSUL

Bəzi məhsullar var ki, onlar öz faydalı xüsusiyyətlərinə görə təzyiqi normada saxlamağa kömək edir.

Dalga tv saglamolun.az-a istinadən sizə bu məhsulları təqdim edir. 

1. Çuğundur

Çuğundurun tərkibində olan maddələr insan orqanizminə düşdükdən sonra burada azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir ki, bu da arterial təzyiqi aşağı salır.

Çuğundur həmçinin qidalı liflərlə zəngindir. Bu liflər xolesterinin səviyyəsini aşağı salmaqla ürək və damarların sağlamlığını qoruyur.

2. Mərci

Son elmi araşdırmalar göstərib ki, mərcini tez-tez istehlak edən insanların damarları bərpa olunur, periferik qan dövranı yaxşılaşır. Bunlar isə arterial təzyiqi normalaşdırmağa kömək edir.

3. İtburnu

C vitamini ilə zəngin olan itburnu damarları möhkəmləndirir, onların elastikliyini artırır, orqanizmə yüngül sidikqovucu təsir edir. Bu faydalı xüsusiyyətlərə görə itburnu təzyiqi aşağı salmağa yardım edir.

Şamaxıda minik avtomobili qəzaya uğrayıb, 1-i ağır olmaqla, 4 tələbə xəsarət alıb

Şamaxıda minik avtomobili kəndin girişində yol nişanına çırpılıb, 4 tələbə xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Məlhəm kəndi ərazisində baş verib.

"VAZ 21014" markalı  "90 HO 284" dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil Məlhəm kəndinin girişində məlumat lövhəsinə çırpılıb.

 

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev  Elmar  Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.

Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu qidalar sizi xərçəngdən qoruyacaq – MENYUNUZDA OLSUN

Hazırda dünyada ən təhlükəli xəstəliklərdən birincisi xərçəngdir. Hətta əvvəlki illərə nisbətən yaşlı əhali arasında xərçəngə daha çox rast gəlinirdisə, son zamanlar bu yaş getdikcə cavanlaşır və uşaqlar arasında da sürətlə yayılır. Xəstəliyin səbəbləri isə müxtəlifdir. Həmin səbəblər arasında düzgün qidalanmamaq da var. Halbuki düzgün qidalanmaqla xərçəngdən qorunmaq mümkündür.

Göbələk, yulaf və taxıl məhsulları

Sadalanan məhsullar xolesterolun düşməsinə və arıqlamağa yardımçı olur. Bundan əlavə yoğun bağırsaq və mədə xərçənglərindən qorunmaqda təsirlidir. Yulafın həftədə 2-3 dəfə müxtəlif meyvələr və qatıqla istifadəsi həm immunitet sistemini, həm də həzm sistemini dəstəkləməyə kömək olur.

Qırmızı, bənövşəyi rəngli meyvələr

Böyürtkən, qarağat, qara üzümün çəyirdəyi, qara gavalı kimi tünd bənövşəyi meyvələrin tərkibində olan maddələr hüceyrələrin yaşam müddətini uzadır. Gündəlik meyvə istifadəsinin 1-2 porsiyasının bu meyvələrə ayrılması həmçinin ürək və damar xəstəlikləri ilə qaraciyər, öd yolları, döş, bağırsaq kimi xərçəng növlərinə qarşı riski minimuma endirir.

Sarıkök xərçəngdən qoruyur

Sarıkök yaxşı bir iltihab aparıcıdır. Bu özəlliyi ilə xərçəngə qarşı qoruyucu olduğu düşünülür. Toz və ya təzə halı ilə gündəlik qidalanmaya əlavə edilə bilər. Pomidor, qarpız və ərik prostat xərçəngindən qoruyur. Bu qırmızı və narıncı meyvə-tərəvəzin tərkibindəki likopen qüvvətli bir antioksidantdır. Prostat və uşaqlıq yolu xərçənginə qarşı qoruyucudur.

Süd və süd məhsulları

Qatıq, süd, ayran, pendir və kərə yağı kimi süd məhsulları ilə aspir yağında olan konjuge linoleik turşusu (CLA) şişmanlıq, yağlanma, diabet və xərçəng riskini azaldır. Gündəlik istehlak miqdarlarında həddindən çox olmamaq şərti ilə istifadə edilən süd məhsulları immunitetin güclənməsinə də fayda verir.

Sarımsaq

Sarımsağın içində bol olan alil sülfür DNT zədələrini aradan qaldırma, immuniteti artırma və xərçəngə səbəb ola bilən sərbəst radikalların təsirlərini azaltma ilə xüsusiyyəti ilə önə çıxır.

Sarımsaq, mədə, prostat və yoğunn bağırsaq xərçənglərinə qarşı qoruyucudur. Mümkün olduğu qədər çiy istifadə etməyə çalışmaq faydalı maddələrin qorunması baxımından önəmlidir. Bununla yanaşı brokoli kimi sülfürlü birləşmələr və selenium tərkibli qidalar də xərçəngə qarşı qoruyur.

Balıq, kətan toxumu və qoz ilə sağlam olun

Balıqlarda bol olan Omega-3 kətan toxumu və qozda da var. Döş, yoğun bağırsaq və prostat xərçənglərinin inkişaf riskini azaldır. Həftədə 2-3 dəfə balıq yemək Omega-3 baxımından əhəmiyyətlidir. Balığın qızartmasındansa buğlama formasında bişirilməsi daha da faydalı olur.

Mədə ağrısı zamanı 5 SADƏ VASİTƏ

Mədə ağrısı qastrit, mədə xorası və hətta mədə xərçənginə işarə edə bilər.

Bu səbəbdən mədə ağrısına laqeyd yanaşmaq olmaz, vaxt itirmədən qastroenteroloqa müraciət etmək lazımdır.

Mədə ağrısı zamanı ilk yardım kimi antasid preparatlarından (maaloks, almagel və s.) istifadə yaxşı effekt verir. Lakin nəzərə almaq lazımdır ki, bu vasitələr müalicə etmir, yalnız ağrını azaldır. Həmçinin mütəxəssislər bu vasitələrdən uzun müddət ərzində istifadə etməyi tövsiyə etmirlər.  

Bəzi sadə və təbii vasitələr də mədə ağrısını azaltmağa kömək edir. Saglamolun.azsizə 5 belə vasitəni təqdim edir:

1. Adi su.

Mədə ağrısı zamanı kiçik qurtumlarla su için. Bu sadə vasitə ağrını azaltmağa kömək edir.

2. Süd.

Süd mədə turşusunu neytrallaşdırır və mədə ağrılarını azaldır.

3. Soda.

Yarım ç.q. sodanı yarım stəkan suda həll edin və için. Soda mədə ağrısını azaldan ən tanınmış vasitədir. Lakin onu da nəzərə alın ki, bu vasitədən tez-tez istifadə fəsadların inkişafına və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

4. Nişasta.

Nişasta və sudan çox da qatı olmayan "kraxmal" bişirin və bu vasitədən yarım stəkan için. Nişasta da mədənin turşuluğunu azaldır və bununla da ağrıların azalmasına kömək edir.

5. Nanə çayı.

1 ç.q. nanəni 1 fincan isti suda 30 dəqiqə dəmləyin, süzün və kiçik qurtumlarla için. Nanə mədədə spazmı azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.  

Şimal bölgəsinə güclü qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 

Bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir. 

Lənkəranda yük və minik maşınları toqquşub, altı nəfər ölüb

Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı 99-BJ-224 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.  Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları əməkdaşlığı gücləndirir

Tbilisidə Azərbaycan-Gürcüstan Ərazi Əməkdaşlığı Proqramına start verilib.
 

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan və Gürcüstandan 6 birgə layihə Avropa İttidaqının qrantı üzrə tenderin qalibi olub.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) proqram üzrə ekspert qrupunun rəhbəri Nataliya Alxazişvili bildirib ki, layihələr iki ölkə arasında əlaqələri möhkəmləndirəcək: "Bu əməkdaşlıq Azərbaycan və Gürcüstanın sərhədyanı regionlarının sosial-iqtisadi inkişafına təkan verəcək".

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının məsləhətçisi Fariz Qarayev layihələrə ümumilikdə 1,35 mln. avro məbləğində vəsaitin ayrıldığını diqqətə çatdırıb: “Layihələr Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələri və Azərbaycanın Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi rayonlarında QHT və dövlət qurumları ilə birgə həyata keçiriləcək. Kənd təsərrüfatı, turizm, gənclər, mədəniyyət və digər sahələr üzrə layihələrin icra müddəti 12 ay təşkil edir".

Gürcüstanda azərbaycanlı gənc yol qəzasında ölüb

Gürcüstanın Qardabani rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yüksək sürətlə hərəkət  edən BMW markalı avtomobil 18 yaşlı yerli sakini vurub. Nəticədə o, ölüb.


Gürcüstan parlamentinin Qardabani rayonundan olan deputatı Savalan Mirzəyev rayonda son zamanlar yol-nəqliyyat hadisələrinin artması ilə bağlı müvafiq qurumlara müraciət edib. Sabahdan etibarən rayon ərazisində patrul polisi yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edəcək.

Azərbaycan Kemerovo faciəsinin qurbanlarını yad edir

Rusiyanın "Rossiya 24" telekanalında Kemerovo şəhərindəki "Qış albalısı" ticarət və əyləncə mərkəzində baş vermiş dəhşətli yanğınla bağlı süjet yayımlanıb.

Süjetdə dünyanın müxtəlif ölkələrində yanğın qurbanlarının xatirəsinin yad edilməsindən bəhs edilib.

Bakı sakinləri də dəhşətli yanğında ölənlərin xatirələrini yad ediblər.

Azərbaycan xalqı adından həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən Birinci vitse-prezident Mehriban Əliyeva hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan xalqı həlak olanların doğmalarının kədərini bölüşür:

"İnanın mənə, bilirəm ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də, bu dərdi səmimi qəlbdən bölüşürlər. 

Həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin", - Mehriban Əliyeva "Rossiya 24” telekanalına müsahibəsində deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazıb.

Saytda Axtarış

Son xəbərlər