Dalga Televiziyasi Şamaxıda minik avtomobili qəzaya uğrayıb, 1-i ağır olmaqla, 4 tələbə xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün718
DünənDünən1299
Bu həftəBu həftə8962
Bu ayBu ay46700
Bu günə qədərBu günə qədər7474034

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Şamaxıda minik avtomobili qəzaya uğrayıb, 1-i ağır olmaqla, 4 tələbə xəsarət alıb

Şamaxıda minik avtomobili kəndin girişində yol nişanına çırpılıb, 4 tələbə xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Məlhəm kəndi ərazisində baş verib.

"VAZ 21014" markalı  "90 HO 284" dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil Məlhəm kəndinin girişində məlumat lövhəsinə çırpılıb.

 

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev  Elmar  Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.

Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər