Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün526
DünənDünən2551
Bu həftəBu həftə11551
Bu ayBu ay526
Bu günə qədərBu günə qədər7817850

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Tbilisidə güclü yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində David Aqmaşenebeli prospektində yerləşən keçmiş Mixaylov hospitalının binasında güclü yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yanğın binanın dam örtüyündə başlayıb. Hadisə yerinə 12 yanğınsöndürən maşın cəlb olunub.

Yanğın nəticəsində xəsarət almayanların olduğu bildirilir. Yanğının səbəbi hələ ki, məlum deyil.

Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirilib

Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xaçmaz-Quba yolunda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KamAZ" markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. 

Faktla bağlı araşdırmalar aparılır.

Qaraciyəri xəstə olanların nəzərinə - Bu qidalardan uzaq durun

Qaraciyər həzm sisteminin normada getməsi üçün son dərəcə əhəmiyyətli bir orqandır.

Bu cəhətdən sağlam bir qara ciyəri mühafizə etmək son dərəcə vacibdir. Bədən sağlamlığı üçün əhəmiyyətli bir orqan olan qaraciyərə yaxşı baxmaq lazımdır. Tez-tez işlətdiyimiz bir sıra qidalanma vərdişlərinin qara ciyərə ciddi zərər verdiyi ortaya çıxıb.
Onlardan bəzilərini təqdim edirik:

1. Duzlu yemək qan təzyiqini artırır və qaraciyərdə xəstəlik yaranma riskini yüksəldir. Tərkibindəki natrium miqdarını nəzarət etmək üçün aldığınız məhsulların etiketlərini oxumaq vacibdir.

2. Çox ədviyyatlı yemək qaraciyərə zərər verə bilər. Eyni zamanda, həzm problemlərinin yaranmasına səbəb olur.

3. Kərə yağı, yağlı ətlər, mayonez, krem və kolbasa qəbulunu azaltmaq lazımdır.

 

Bakıdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA: doğranmış qadının kimliyi bilindi

Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

 

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bakıda dəhşətli qəza - Ölənlər var

Bakıda dəhşətli qəza baş verib.

Dalga tv qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

 

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir.

SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atıb

Fevralın 16-da saat 11 radələrində "Neftqazelmitədqiqatlayihə" İnstitutunda intihar hadisəsi baş verib.

SOCAR-dan APA-ya verilən məlumata İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bakıda zibil qutusunda doğranmış qadın meyiti tapılıb

Bakıda doğranmış qadın meyiti tapılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.

Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Üç min il əvvəl kəşf edilən ŞƏFA BİTKİSİ

Xalq təbabətində geniş istifadə olunan əzvay (aloe) öz möcüzəvi faydaları ilə illərin sınağından çıxmış bitkilərdən sayılır.

Bir çox xəstəliklərin müalicəsində əzvaydan istifadə etməklə şəfa tapmaq mümkündür.

Əzvayın müalicəvi xüsusiyyətləri hələ üç min il əvvəl kəşf edilib. Təsadüfi deyil ki, ən qədim zamanlarda hazırlanan uzunömürlülük eliksirinin əsas tərkibi əzvaydan ibarət olub.

Modern.az saytı sağlamlıq mövzusunda növbəti yazını təqdim edir.

 

Əzvay insan orqanizmi üçün vacib olan vitaminlərlə, mikroelementlələ, minerallarla zəngindir.

Bəs hansı xəstəliklərdə əzvaydan necə istifadə etmək lazımdır?

1. Boğaz xəstəlikləri zamanı əzvay şirəsi ilə suyu eyni miqdarda qarışdıraraq boğaz yaxalanır. Bundan sonra 1 çay qaşığı təzə çəkilmiş əzvay şirəsi içilir.

2. Soyuqdəymə və qrip zamanı əzvay şirəsindən 3-4 damcı burun deşiklərinə damızdırılır. Bunu 6-7 gün təkrar etmək lazımdır. Bu zaman tənəffüs rahatlaşır, qrip virusları məhv olur və xəstəlik qısa zamanda yüngülləşir.

3. Katarakta zamanı 1 pay əzvay şirəsi 10 pay su nisbətində qarışdırılır və gündə iki dəfə səhər və axşam 1-2 damcı gözə damızdırılır.

4. Mədə və onikibarmaq bağırsağın xorası, qastrit, xroniki qəbzlik xəstəliklərinin müalicəsində yeməkdən qabaq 1 çay qaşığı təzə çəkilmiş əzvay şirəsinin içilməsi məsləhət görülür.

5. Diş ağrısı zamanı əzvay bitkisini kəsib ağrıyan dişin üzərinə qoymaqla ağrıdan xilas olmaq mümkündür.

6. Vərəm xəstəliyinin müalicəsi zamanı 150 qram əzvay şirəsi, 100 qram piy, 100 qram bal, 100 qram kakao tozu qarışdırılır və gündə 2-3 dəfə 1 xörək qaşığı qəbul edilir.

7. Orqanizmin qüvvətləndirilməsi, immunitetin güçləndirilməsi, xüsusilə uzun xəstəlikdən sonra zəifliyin aradan qaldırılması üçün 2 stəkan təzə çəkilmiş əzvay şirəsi, 2 stəkan kəmşirin çaxır, 1 stəkan bal qarışdırılır, 5 gün qaranlıq və sərin yerdə saxlanılır, sonra hər gün 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl bir xörək qaşığı qəbul edilir.

8. Üz dərisində problemlər yaranan zaman cizvələr və sızanaqlar olduqda 1 çay qaşığı təzə şəkilmiş əzvay şirəsinin üzərinə eyni miqdarda xama və 1 yumurta sarısı əlavə edilir və qarışdırılır. Üz dərisinə çəkildikdən 30 dəqiqə sonra ilıq su ilə yuyulur. Bu maska bir ay ərzində həftədə bir dəfə təkrar olunur.

9. Yaralar və yanıqlar zamanı tənzifi əzvay şirəsində isladıb zədələnmiş yerə qoymaq sağalmanı tezləşdirir.

10. Əzvay şirəsindən gündəlik normada istifadə qan dövranını yaxşılaşdırır və yüksək qan təzyiqindən əziyyət çəkənlərə müsbət təsir göstərir.

Əzvaydan istifadə edərkən mütləq şəkildə bir məsələyə diqqət yetirmək lazımdır ki, bu dəyərli bitkidən qaydasında istifadə edilmədikdə, yaxud normadan artıq qəbul edildikdə sağlamlıq üçün problemlər yarana bilər. Buna görə də əzvay bitkisindən və ya ondan hazırlanmış pereparatlardan istifadə etmək qərarına gəldikdə hökmən həkimlə məsləhətləşməyi unutmayın.

 

13 iyul və 11 avqust tarixlərində bu hadisə baş verəcək

"Hər il bir il ərzində 3 günəş tutulması baş verir. Bu gün ilin ilk günəş tutulması baş verəcək. Digər günəş tutulma hadisələri isə 13 iyul və 11 avqust tarixində baş verəcək".

Bu sözləri  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

 

Onun sözlərinə görə ilk günəş tutulması bu gün 15-dən 16 –a keçən gecə baş verəcək. Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da tutulma maksimuma 00:51:29-da çatacaq. Saat 02:47:08-dəsona çatacaq. Davam etmə müddəti 2 saat 51 dəqiqədir. Günəş tutulması baş verərkən Azərbaycanda gecə olduğu üçün bu hadisə ölkəmizdə hiss olunmayacaq. Əsasən Sakit, Atlatik sahili ölkələrdə, Cənubi Amerikanın cənub hissəsində və Antraktidada hiss olunacaq.

X.Mikayılov bildirib ki, Ay Günəşlə Yer arasında olanrkən Günəş düz xətt üzrə olsa tutulma hadisəsi baş verir. Ümumiyyətlə bu il baş verəcək 3 günəş tutulma hadisələrinin heş biri Azərbaycanda müşahidə olunmayacaq.

"13 iyulda Bakı vaxtı ilə saat 05: 48 :23 –də qeydə alınacaq və tutulma maksimuma 07:01:05 –də çatacaq. Saat 08: 13: 44-də sona çatacaq. Davam etmə müddəti 3 saat 29 dəqiqə olacaq. Sakit və Hind okeanı hövzələrində Avstraliyanın cənub hissəsində və Antraktidada müşahidə ediləcək. 11 avqust tarixində baş verəcək günəş tutulması Rusiyanın şimalında, Şimali Amerikada, Skandinaviya və Çini əhatə edəcək. Bakı vaxtı ilə saat 12:02 :08-də qeydə alınacaq və tutulma maksimuma saat 13:46: 24 –də çatacaq. Saat 15:30: 44-də başa çatacaq. Davam etmə müddəti 2 saat 29 dəqiqə olacaq".

X.Mikayılov qeyd edib ki, bu gün baş verəcək Günəş tutulmasını insanlar hiss etməyəcək. Əhaliyə mənfi təsiri olmayacaq. Günəşdə baş verən tutulmaların sadecə psixoloji təsiri ola bilər.

Epilepsiyalı qadın relslərin arasına düşdü, qatar üstündən keçdi — Bakı metrosunda qorxulu anlar

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

"Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib, - deyə Nəsimi Paşayev bildirib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. 

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışznovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın məlumatına görə, həmin şəxslərin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmə iclası başlayacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Saytda Axtarış

Son xəbərlər