Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün331
DünənDünən2551
Bu həftəBu həftə11356
Bu ayBu ay331
Bu günə qədərBu günə qədər7817655

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Marneulidə Novruz bayramı qeyd olunub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun yerli sakinləri və qonaqlar Azərbaycan və gürcü milli guşələri, Kvemo Kartli bölgəsinin bələdiyyələrinin pavilyonları, rəsm əsərləri və əl işlərindən ibarət sərgilər, müxtəlif mövzulara həsr olunmuş fotosərgilərlə tanış olublar.

Tədbirdə çıxış edən Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze prezident Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvilinin bayram təbriklərini oxuyub. Dövlət başçısı və baş nazir azərbaycanlıları bayram münasibətilə təbrik edərək, onlara uğurlar, sevinc, bol bərəkət və rifah arzu ediblər.

Bayram şənliyində Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir Sozar Subari, Marneuli rayonunun icra başçısı Temur Abazov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyə səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər iştirak edib.

Çıxış edən T.Abazov marneuliləri Novruz bayramı münasibətilə təbrik edib: "Arzu edirəm ki, hər bir gününüz bayram olsun. Sizlərə çiçəklənmə, sevincli günlər və əmin-amanlıq arzu edirəm". 

Azərbaycan və Türkiyənin səfirləri də çıxış edərək marneuliləri bayram münasibətilə təbrik edərək hər bir azərbaycanlı ailəyə bərəkət, sülh və rifah arzu ediblər.  Azərbaycanın Gürcüstandakı səfiri D.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin bayram təbriklərini Gürcüstandakı soydaşlarımıza çatdırıb.

Şənliklər çərçivəsində Azərbaycan və gürcü mahnı və rəqslərindən ibarət konsert proqramı da baş tutub. Konsertdə Azərbaycanın xalq artisti Aygün Kazımova da hit mahnıları ilə çıxış edib.   

Qeyd edək ki, əvvəlki illərdə Marneulidə keçirilən Novruz şənliklərində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili şəxsən iştirak ediblər. Onların bu ilki tədbirə qatılmamasına səbəb işğal olunan Tsxinvali bölgəsində fevralın 23-də naməlum şəraitdə ölən Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin meyitinin ötən gün axşam ölkəyə qaytarılması ilə bağlıdır.

Gürcüstanda aztəminatlı azərbaycanlı ailələrə bayram sovqatları verilib

Gürcüstanın Saqareco rayonunun rəhbərliyi Novruz bayramı münasibətilə azərbaycanlıların yaşadığı kəndlərə baş çəkib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun icra başçısı Giorgi Erbotsonaşvili və digər rəsmi şəxslər aztəminatlı azərbaycanlı ailələrlə görüşüb. 

Rayonun rəhbər şəxsləri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib və onlara bayram sovqatları verib.

Sabah Türkiyə və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanacaq

Sabah Türkiyə v Gürcüstan sərhədindəki Sarp sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər bağlı olacaq.

APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb.

Sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər yük və minik avtomobilləri üçün bağlı olacaq. Nazirliyin məlumatında bildirilir ki, Sarp sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi çərçivəsində  Gürcüstan tərəfdə inşaat işləri aparılır və bu səbəbdən sərhəd-keçid məntəqəsinə giriş-çıxışlar Türkiyədən çıxış istiqaməti iki hissəyə bölünərək aparılır. Artıq Gürcüstanda sərhəd-keçid məntəqəsindən giriş istiqamətində inşaat işləri başa çatıb, Türkiyənin çıxış istiqamətində də inşaat işlərinin davam etdirilməsi planlaşdırılır: "Aparılan inşaat işləri ilə əlaqədar Sarp sərhəd-keçid məntəqəsi martın 22-də saat 08.00-dan saat 22.00-a qədər  müvəqqəti fəaliyyət göstərməyəcək, yük və minik avtomobilləri üçün bağlı olacaq".

Qeyd edək ki, Azərbaycanın yükdaşıma şirkətləri də Türkiyə və Avropa ölkələrinə yük maşınları ilə yükləri məhz Sarp sərhəd-keçid məntəqəsindən keçməklə daşıyırlar.

Gürcüstan azərbaycanlıları Novruz bayramını qeyd edib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda Novruz bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bayram şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, Marneuli rayonunun icra başçısı Temur Abazov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak edib.

Q. Nemsadze yerli sakinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edib: "Bu bayram yeni ümid, çiçəklənmə və rifah gətirir. Sizin bələdiyyə və bölgənin inkişafında rolunuz böyükdür. Bugünkü tədbir ölkədə tolerantlığın hökm sürdüyünü sübut edir. Gürcülər və azərbaycanlılar qədim Novruz bayramını qeyd etmək üçün xoş əhval-ruhiyyə ilə bir araya gəlib".

Bayram festivalı çərçivəsində müxtəlif idman və mədəni tədbirlər, yerli və dəvət olunmuş ifaçılar və rəqs qruplarının iştirakı ilə konsert proqramı keçirilib.

Gürcü qubernator azərbaycanlı jurnalistləri təbrik edib

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze ölkədə fəaliyyət göstərən azərbaycanlı jurnalistləri Jurnalistika Günü münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, qubernator Rustavidə jurnalistlərlə görüş keçirib. Görüşdə region jurnalistləri ilə yanaşı Azərbaycan Dövlət Televiziyası, "Azad Azərbaycan" televiziya kanalları və APA İnformasiya Agentliyinin Gürcüstandakı müxbirləri də iştirak edib.

Q.Nemsadze jurnalistləri peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzu edib: "Sabah həm də azərbaycanlıların Novruz bayramıdır. Bu xoş bayram münasibətlə azərbaycanlıları təbrik edirəm. Gürcüstanda yaşayan hər bir azərbaycanlı ailəyə bol sevinc və firavanlıq arzulayıram".

Görüşdə Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər də iştirak edib.

Sonda jurnalistlərə hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Gürcüstanda Jurnalistika Günü 1993-cü ildən martın 21-də qeyd olunur.

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarına Novruz sovqatı verilib

Azərbaycanın Gürcüstandakı səfirliyi Novruz bayramı münasibətilə ölkədə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarına bayram sovqatı verib.

Səfirlikdən APA-nın Gürcüstan bürosuna verilən məlumata əsasən, bayram sovqatları Gürcüstanın müxtəlif şəhər və bölgələrində yerləşən cəzaçəkmə müəssisələrində həbsdə olan 80-ə yaxın Azərbaycan vətəndaşına göndərilib.

Bayram sovqatlarında Novruz şirniyyatları və bayramla bağlı təbrik açıqcaları yer alıb.

Qeyd edək ki, bu ilin yanvar ayına olan məlumatda Gürcüstanda 75 Azərbaycan vətəndaşının həbs cəzası çəkdiyi bildirilib.

Xərçəngin qarşısını alır, immuniteti gücləndirir... - Hər gün bir stəkan için

Cücərmiş buğda suyunun faydaları saymaqla bitmir.

Ailem.az xlorofil, amin turşusu, mineral və vitaminlər baxımından olduqca zəngin olan səməni suyunun çoxsaylı faydaları ilə sizi də tanış edir.

Təbii enerji verir

Səməni suyu təbii enerji istehsal edən sağlam bir şirədir. İçindəki bütün qidalandırıcı  maddələrin bədənə işləməsini təmin edir. Eyni zamanda, zülalları əmələ gətirən amin turşuları üçün yaxşı bir qaynaqdır. Yumurta və ət kimi yeməkləri yeyərkən bədən onları zülala çevirməzdən əvvəl amin turşularıyla bölmək üçün enerji xərcləyir. Səməni suyu amin turşusu ilə zəngin olduğundan onu bölməyə ehtiyac olmur, nəticədə enerji də xərclənmir.

2-4 yemək qaşığı cücərmiş buğda suyu ilə sevdiyiniz bir meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha enerjili olmaq üçün hər gün içə bilərsiniz.

İmmun sistemini gücləndirir

Sağlam bir immunitet sistemi çox əhəmiyyətlidir. Bir çox mikrob və infeksiyadan bədəni qoruyur. Səməni suyu ilə immunitet sisteminizi qüvvətləndirə bilərsiniz. Cücərmiş buğda suyu amin turşusu ehtiva etdiyi qədər, bədəni zərərli patogen mikrob və kanserogen maddələrdən qoruyan bir çox fermentə malikdir.

Eyni zamanda, bu su bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə ​​sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.

Toksinlərdən təmizləyir

Cücərmiş buğda suyu qələvi və qidalandırıcı maddə baxımından zəngindir. Buna görə detoks pəhrizlərində də məsləhətdir. Toksinlərin xaric edilməsi üçün əhəmiyyətli olan çəməni suyu qanı yeniləməyə kömək edir. Eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlərlə toksinləri təsirsiz hala gətirib bədənin yaxşı həzmini təmin edir.

Piylənməni müalicə edir

Piylənmə diabet və ürək kimi bir çox sağlamlıq probleminə səbəb olan ciddi narahatlıqdır. Artıq çəkidən xilas olub sağlam çəkiyə çatmaq üçün səməni suyu pəhrizi saxlaya bilərsiniz. Tiroid vəzilərin fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Səməni suyunda olan selenium tiroid vəzilərini nizama salır və sağlam olmayan tiroidləri təsirsiz hala gətirir. Sağlam olmayan tiroid bədəndəki hormonal tarazlığı poza bilər və piylənməyə gətirib çıxarar.

Tərkibində kalium da var

Cücərmiş buğda suyu iştahın qarşısını alır. Eyni zamanda, kalori yandırmağı təmin edən maddələr mübadiləsini sürətləndirir. Səhərlər ac qarına səməni suyu içmək, gün ərzində həddindən artıq yeməyə mane ola bilər.

Qan şəkərini azaldır

Cücərmiş buğda suyu içmək qan şəkəri səviyyəsini tənzimləməyə kömək ola bilər. Qlükoza və yağ səviyyələrini inkişaf etdirir. Bu da diabetin idarə olunması üçün təsirli vasitə kimi istifadə edilə bilər. İnsulin istehsalını artırır. Eyni zamanda qaraciyər və yoğun bağırsaqdakı toksinləri çıxarır, zərərli toksinləri təmizləyir. Cücərmiş buğda suyu diabet və ya qan şəkəri ilə əlaqədar problemi olanlar üçün bir müalicə vasitəsidir.

Ürək sağlamlığını qoruyur

Səməni suyu ürəyə olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək təzyiqin müalicəsində də əhəmiyyətli rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və saflaşdırır, bu da qan təzyiqini azaldır.

Xərçəngin qarşısını alır

Səməni suyu bir çox fərqli xərçəng növü ilə mübarizə aparır. Olduqca faydalı olan bu su  xəstəliyi həm müalicə etmək, həm də qarşısını almaq üçün istifadə edilə bilər. Cücərmiş buğda suyundakı qələvi bədən üçün çox faydalıdır. Digər tərəfdən xlorofil də qandakı toksinləri, kimyəvi və kanserogen maddələri təmizləyir. Səməni suyu qallik turşuya da malikdir. Bu, siçanlarda prostat şişin inkişafının qarşısını alıb. Bu isə o deməkdir ki, xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır.

Qan dövranını nizamlayır

Cücərmiş buğda suyu qandakı oksigeni artırmaq qabiliyyətinə malikdir. Bu da qan dövranını tənzimləyir. Dəmirlə zəngin olan bu su daha çox qırmızı qan hüceyrələri istehsal edir. Bu isə daha çox qan hüceyrəsi, daha çox oksigen və qidalandırıcı maddə deməkdir.

Ağız və diş sağlamlığını təmin edir

Səməni suyu ağız qoxusunun qarşısını alır. Dəmir, kalsium, maqnezium, A və E vitaminlərilə zəngin olan səməni suyu sağlam və güclü dişlər üçün əhəmiyyətlidir. Səməni suyu ilə bir az suyu qarışdırın. Ağızda 1 dəqiqə çalxalayıb sonra tüpürün. Yaxşı bir ağız sağlamlığı üçün gündəlik olaraq ağız çalxalama üçün istifadə edin. Cücərmiş buğdanı da dişlərinizlə əzə bilərsiniz. Bu, dişinizi qüvvətləndirəcək.

Bədəndəki pis qoxunun qarşısını alır

Səməni suyu qandakı turşu və toksinləri nizamlayaraq həddindən artıq tərləmənin qarşısını alır. Eyni zamanda bədən istiliyini tənzimləyir. Ac qarına bir stəkan içərək bədəninizdən gözəl qoxu gəlməsini təmin edə bilərsiniz.

İstanbul hava limanında Azərbaycan təyyarəsində nasazlıq baş verdi

İstanbulda Azərbaycan təyyarəsində nasazlıq baş verib.

Nasazlıq Atatürk Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 767-300" təyyarəsində baş verib.

Nasazlığa səbəb ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması olub.

Hadisə nəticəsində yaralanan olmayıb. Xilasedicilər bütün sərnişinləri təyyarədən endirib. 

Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. 

Bakıda piyadanı avtomobillə vuraraq qaçan Gürcüstan vətəndaşı tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub. 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən  avtomobillə vurulduğu məƏum olub.

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “OpelƏ markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil  Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Resepti gizlədilən və ancaq imperator ailəsinin içdiyi – MÖCÜZƏVİ ÇAY

Çay içməyi hər birimiz xoşlayırıq. Xüsusilə də yaşıl çayın sağlamlığa olduqca faydalı olduğu bilinir.

Amma son zamanlar ondan da faydalı bir çay növünün, ağ çayın olması barədə mütəxəssislər məlumat verir. Bəs ağ çayı digər qara və yaşıl çaydan fərqləndirən əlamətlər hansılardır.

Ağ çay əslində qara çay və yaşıl çayla eyni bitkidən əldə edilir. Camellia Sinensis adı verilən bitkidən əldə edilən çayların arasındakı fərqi isə həm seçilən yarpaqlardan, həm də hazırlanma formasından qaynaqlanır. Bu çaylar eyni bitkidən toplanmış olsalar da, ləzzətləri bir - birindən olduqca fərqlidir. Ağ çayın tarixi Çinə dayanır. Bu çayın çox faydalı olduğu bilindiyindən, xarici ölkələrdən gizlin saxlanmış və sadəcə imperator ailəsi üçün istehsal olunmuşdur. Hazırda da ən az istehsal olunan çay növüdür.

Ağ çay, Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən yığılması nəticəsində hazır olur. Yarpaqlar tam olaraq yetişmədiyi üçün ağ tüklü bir görünüşü olur. Ağ çay adını da bu görünüşdən alıb. Ağ çayın bir çox növü var. Bu növlər, aromasına, tumurcuq sayına, yarpaqlarına görə dəyişiklik göstərir. Ən keyfiyyətli ağ çay silver needle olaraq bilinən çaydır. Bu çay tamamilə açılmamış yarpqaqlardan hazırlanır.

Ağ çay tək-tək əl ilə toplandığı və heç bir əlavə müdaxilə görmədiyi üçün daha təbii və faydalıdır. Ağ çay daha az istehsal müdaxiləsi gördüyü üçün kateşin adı verilən antioksidantlar baxımından olduqca zəngindir. Kateşinlər xərçəngli hüceyrələrin yaranmasının əngəllənməsindən, beyin inkişafına qədər bir çox təsirləri var.

Tərkibindəki kateşinlər, damarların genişlənməsini təmin edərək qan təzyiqini aşağı salır və ürək sağlamlığını qorumaqda yardımçı olur.

Antioksidant tərkibli olduğu üçün sərbəst radikalların yaranmasını əngəlləyir və dəri yıpranmalarını önləməyə də dəstək verir.

Hüceyrə yeniləyici özəlliyinə sahib tərkibinə görə hüceyrələrin yenilənməsinə kömək edir.

İmmunitet sisteminin qorunmasında rol oynayır.  

Təzyiq və xolesterolun aşağı salınmasına kömək edir.

Diş sağlamlığı üçün olduqca təsirlidir.

Ağ çayda yüksək faizdə “kateşin” adı verilən flavonoidlər var. Bu kateşinler bağırsaq, prostat, mədə kimi bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərir. Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alaraq yenilərinin yaranmasını əngəlləyir.

Ağ çayın yaşıl və qara çaya görə antioksidant özəlliyi daha çoxdur. Güclü antioksidant özəlliyi ilə sərbəst radikalları bədəndən uzaqlaşdırır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərdən qoruyucu təsir göstərir.

Günəş, stress və pis qidalanmaya bağlı olaraq erkən yaşlanmaya qarşı, hüceyrələrin zərər görməsini əngəlləyərək dərini qoruyur və yaşlanma təsirlərini gecikdirir.

Damarlarda düzgün qan dövranını təmin edərək yüksək qan təzyiqini önləyir.

Kafein səviyyəsi yaşıl və qara çaya nisbətən çox azdır.

Metabolizmanı sürətləndirərək yağ yanmasını artırır. Doğru qidalanma və idmana dəstək olaraq içilən ağ çay arıqlamağa və kilonun qorunmasına yardımçı olur.

Viruslara qarşı bədəni qoruyucu özəlliyi var. HIV simptomlarının azalmasına yardımçı olur.

Yaxşı xolesterolu (HDL) yüksəldərkən, pis xoslesterolu (LDL) aşağı salaraq ürək – damar sağlığını qorumağa yardımçı olur. Aparılan araşdırmalarda gündə 2 və ya daha çox ağ çay içən şəxslərdə ürək tutması ilə bağlı ölüm riski 50 faiz azalıb.

Qan şəkərini və insulin səviyyəsini tənzimləyərək şəkər xəstəliyinin önlənməsində və müalicəsində müsbət təsir göstərir.

Tərkibindəki az miqdarda florid diş və diş ətini qoruyur. Onlarda ərp, çürük yaranmasının qarşısını alır və ağızda pis qoxuya səbəb olan bakteriyaları öldürür.

Sümük quruluşunu gücləndirir. Romatoid artrit ve revmatizm

Xəstəliklərinə fayda verir.

Ağ çaydan necə istifadə etmək lazımdır?

Ağ çay qətiyyən qaynadılmamalıdır. Dəmləmə yolu ilə 5-6 dəqiqə saxlayıb içmək lazımdır.

Türk Şahinləri Bakı səmasında uçacaq

Türkiyə Silahlı Qüvvələri Komandanlığının tabeliyindəki "SOLO Türk"ün (Türk Şahinləri) (F-16-lardan ibarətdir) builki uçuş təqvimi bəlli olub.

Komanda təqvimi hazırladığı video ilə elan edib.

Komanda 23 martda Pakistan səmasında uçuşla nümayiş təqviminin icrasına başlayacaq.

23-24 mayda Qazaxıstan səmasını bəzəyəcək Türk Şahinləri 27-28 mayda Bakının göy üzü ilə qovuşacaq.

https://youtu.be/DyQvSEyh-JI

Bakı-Qazax yolunda baş verən qəzada bir ailənin iki üzvü ölüb, 4 nəfər xəsarət alıb

Hacıqabul rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistralının Hacıqabulun Atbulaq kəndindən keçəndən hissəsində Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Bəhruz Telman oğlu Hümbətovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Yaqub qızı Hümbətova və sürücünün qardaşı arvadı İsmayılova Kamilə Feyzi qızı hadisə yerində ölüblər.

"Mercedes"də olan sərnişinlərdən - sürücünün övladları, 2015-ci il təvəllüdlü Umud Bəhruz oğlu Hümbətov və 2010-cu il təvəllüdlü Rəşad Bəhruz oğlu Hümbətov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Avtomobildə olan digər azyaşlı və sürücü yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumatda isə bildirilir ki, bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri istiqamətində hərəkət edən 10-XN-136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, xəsarət alanlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər