Dalga Televiziyasi Marneulidə Novruz bayramı qeyd olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1244
DünənDünən1348
Bu həftəBu həftə4939
Bu ayBu ay53635
Bu günə qədərBu günə qədər7480969

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə Novruz bayramı qeyd olunub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun yerli sakinləri və qonaqlar Azərbaycan və gürcü milli guşələri, Kvemo Kartli bölgəsinin bələdiyyələrinin pavilyonları, rəsm əsərləri və əl işlərindən ibarət sərgilər, müxtəlif mövzulara həsr olunmuş fotosərgilərlə tanış olublar.

Tədbirdə çıxış edən Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze prezident Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvilinin bayram təbriklərini oxuyub. Dövlət başçısı və baş nazir azərbaycanlıları bayram münasibətilə təbrik edərək, onlara uğurlar, sevinc, bol bərəkət və rifah arzu ediblər.

Bayram şənliyində Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir Sozar Subari, Marneuli rayonunun icra başçısı Temur Abazov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyə səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər iştirak edib.

Çıxış edən T.Abazov marneuliləri Novruz bayramı münasibətilə təbrik edib: "Arzu edirəm ki, hər bir gününüz bayram olsun. Sizlərə çiçəklənmə, sevincli günlər və əmin-amanlıq arzu edirəm". 

Azərbaycan və Türkiyənin səfirləri də çıxış edərək marneuliləri bayram münasibətilə təbrik edərək hər bir azərbaycanlı ailəyə bərəkət, sülh və rifah arzu ediblər.  Azərbaycanın Gürcüstandakı səfiri D.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin bayram təbriklərini Gürcüstandakı soydaşlarımıza çatdırıb.

Şənliklər çərçivəsində Azərbaycan və gürcü mahnı və rəqslərindən ibarət konsert proqramı da baş tutub. Konsertdə Azərbaycanın xalq artisti Aygün Kazımova da hit mahnıları ilə çıxış edib.   

Qeyd edək ki, əvvəlki illərdə Marneulidə keçirilən Novruz şənliklərində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili şəxsən iştirak ediblər. Onların bu ilki tədbirə qatılmamasına səbəb işğal olunan Tsxinvali bölgəsində fevralın 23-də naməlum şəraitdə ölən Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin meyitinin ötən gün axşam ölkəyə qaytarılması ilə bağlıdır.

Saytda Axtarış

Son xəbərlər