Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün339
DünənDünən2551
Bu həftəBu həftə11364
Bu ayBu ay339
Bu günə qədərBu günə qədər7817663

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Səhər acqarına 1 çay qaşığı bal yemək üçün 5 SƏBƏB

Balın faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.

Bal unikal məhsuldur. Düzgün saxlanan bal xarab olmur, onun yararlıq müddəti, demək olar, sonsuzdur.

Arxeoloqlar qazıntılar zamanı yaşı min ildən çox olan bal tapırdı. Maraqlıdır ki, əsrlər əvvəl yığılmış bu bal xarab olmayıb və bütün faydalı xüsusiyyətlərini saxlayıb.

Qədimdə bal yara, xora və yanıqların müalicəsində çox geniş istifadə olunurdu, balın köməyi ilə soyuqdəymədən tutmuş epilepsiya və xərçəngə qədər bütün xəstəlikləri müalicə edirdilər.   

 

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.

1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.

2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.

3. Qəbizliklə mübarizə etməyə kömək edir.

4. İnsana əlavə enerji verir, daha gümrah edir, orqanizmin tonusunu və iş qabiliyyətini artırır.

5. Ağız boşluğunda yaşayan mikrobları öldürür, angina xəstəliyinin qarşısını alır.

Balı ağız boşluğunda tam əriyənə qədər saxlamaq lazımdır. Mədə xəstəlikləriniz varsa, balı suda həll edib için.

Təyyarə qəzasında ölən azərbaycanlının ailə üzvləri Moskvaya gedib

Azərbaycanın Rusiyadakı səfirliyi təyyarə qəzasında ölən ölkə vətəndaşı Namiq Qəhrəmanovla bağlı məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, məlumatda bildirilir: 

"Məlum olduğu kimi, cari ilin 11 fevral tarixində Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən "Saratov Hava Yolları"na məxsus An-148 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan bütün sərnişinlər və heyət üzvləri ölüblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi siyahıya əsasən həyatlarını itirənlər arasında Azərbaycan Respublikasının vətəndaşı Namiq Qəhrəmanov də var. Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən Rusiya Fövqəladə Hallar Nazirliyilə dərhal əlaqə saxlanılaraq qəzanın detalları, Namiq Qəhrəmanov haqqında məlumat əldə olunub. Bildiririk ki, səfirlik hadisə baş verən dəqiqədən Rusiyanın Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumları ilə təmasdadır. Həlak olmuş soydaşımızın cəsədinin tanınması məqsədilə yaxın ailə üzvləri Moskva şəhərinə gəliblər. Səfirlik onlarla mütəmadi əlaqə saxlayır və lazımi köməklik göstərməyə hazırdır".

Qeyd edək ki, dünən Rusiya ərazisində baş verən təyyarə qəzasında 71 nəfər ölüb.

BNA Bakıda sərnişin avtobusunun yanması ilə bağlı məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda sərnişin avtobusunun yanması ilə bağlı məlumat yayıb.

BNA-dan "APA-Economics"ə verilən məlumata görə, bu gün Bakıda 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-379 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub.

Hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.

"173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC tərəfindən göstərilir. İstehsalat bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə yetirilmir. Qeyd edilən nöqsanlarla, xüsusən də avtobuslarının texniki baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-yə xəbərdarlıqlar edib. Sərnişindaşıma fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və gün ərzində 141 Çağrı Mərkəzinə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin istismarında olan marşrut xətləri üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi istiqamətində heç bir təsirli tədbir görülməyib", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, BNA-nın avtobusların yenilənməsi ilə bağlı tələbinə əsasən son bir ildə müxtəlif daşıyıcılar tərəfindən 800 ədəddən artıq avtobus təmir edilərək xəttə buraxılıb: "Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq".

Qoz-fındığın bilmədiyiniz 5 FAYDASI

Mütəxəssislər qoz, fındıq, badam, püstə, keşyu və s. çərəzlərini daim ən faydalı məhsulların siyahısına daxil edirlər.

Çərəzlər beyin və ürək üçün çox faydalıdır, immun sisteminə müsbət təsir edir, kişilərdə potensiyanı artırır.

Sizə çərəzlərin bəzi az bilinən faydalarını təqdim edirik.

1. Güclü əzələlər üçün

Çərəzlər əzələ toxumasının artmasına kömək edir, əzələlərin travmalardan sonra bərpasını sürətləndirir. Bu səbəbdən mütəxəssislər əzələ toxumasını artırmağa çalışan insanlara, bodibilderlərə daim çərəzləri qidalanmaya daxil etməyi tövsiyə edirlər.

2. Yaxşı yaddaş üçün

Stress, xroniki yorğunluq, beyində yaşla əlaqədər gedən dəyişikliklər yaddaşın pozulmasına səbəb olur. Elmi araşdırmalar sübut edib ki, çərəzlər və xüsusilə qoz yaddışı gücləndirir. Alimlər yaddaşı və ümumiyyətlə beyinin fəaliyyətini yaxşılaşdırmaq üçün hər gün 5-6 qoz ləpəsini yeməyi tövsiyə edirlər.

3. Ağrıları azaldır

Amerika alimləri sübut ediblər ki, çərəzlər spazmla bağlı olan ağrıları azaldır.

4. Hamilə qalmağa kömək edir

E vitamini ilə zəngin olan çərəzlər kişi və qadının cinsiyyət sisteminə çox müsbət təsir edir. Avstraliya ginekoloqları hamilə qalmaq istəyən qadınlara hər gün 1 ovuc çərəz yeməyi tövsiyə edirlər.

5. Arıqlamağa yardım edir

Elmi araşdırmalar sübut edib ki, 1 ovuc çərəzin gündəlik istehlakı arıqlamağa kömək edir. Çərəzlər iştahanı azaldır, insanı uzun müddət ərzində tox saxlayır.

Qripə yoluxmaq istəmirsinizsə, bu meyvədən çox yeyin – MÖCÜZƏVİ FAYDALARI

Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü başlayır. Xüsusilə də uşaqların ən çox sevdiyi naringinin yetişmə zamanıdır.

Hətta dükan, bazarlarda artıq naringiyə rast gəlmək mümkündür. Bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur. Ailem.az sizə naringinin inanılmaz faydaları ilə bağlı məlumat verir.

- Naringinin tərkibində ən çox C vitamini var, amma A, B, B1, B2, B3, B6 vitaminləri ilə də zəngindir. Həmçinin naringi karbohidrat, kalsium, yağ, lif, potasium, sodium, dəmir, maqnezium, fosfor, brom və xüsusilə şəkər baxımından da zəngindir.

- Soyuq aylarda qrip, öskürək kimi soyuqdəymə xəstəliklərinin sağalmasına faydası var.

 

- Qanı təmizləyir

- Ürək və damar xəstəliklərinə qarşı qoruyucudur

- Xolesterolu və yüksək təzyiqi aşağı salmağa köpmək edir

- Sinirləri sakitləşdirir

- İmmuniteti gücləndirir

- Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır

- Piylənmə riskini azaldır

- Sağlam dəri toxumalarının formalaşmasına yardım edir. Tərkibindəki təbii antioksidantlar sayəsində dərini canlandırır.

- Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.

- Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.

- Saçlarda ağarmanın qarşısını alan naringi, eyni zamanda, cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.

- Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır.

Azərbaycanın bu kəndi şokda - GƏNCLƏR ÖZÜNÜ ÖLDÜRDÜ

Fevralın 9-na keçən gecə Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Dalga tv lent.az-a istinadən xəbər verir ki, özünü çöl qapısının çərçivəsindən asaraq intihar edən 26 yaşlı Azayev Nurlan Vahid oğlu subay olub və fərdi əməklə məşğul imiş.

Bildirilir ki, fevralın 8-də dənizdən balıq tutmaqdan gələn gənc oğlan evdə nahar edəndən sonra balıqçı dostları ilə görüşməyə gedib və orada yeyib-içiblər. O, dostlarına qayığının motorunun xarab olduğunu və təmir etdirəcəyini deyib. Gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gələn Nurlan giriş qapısından özünü asıb və bir neçə saat sonra yaxınları onun asılı vəziyyətdə qalmış meyitini aşkar edib. Yaxınlarının sözlərinə görə, Nurlanın daimi işi olmayıb.

 

Qeyd edək ki, bu hadisə son 6 ayda Salyanın Xıdırlı kəndindəki 3-cü intihar hadisəsidir. Keçən ilin sentyabrında 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu, oktyabrda isə 1986-cı il təvəllüdlü Göyüşova Kəmalə İkram qızı özünü asaraq intihar edib.

Bayıl yamacında sürüşmə baş verib

"Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir".

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

  

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: "Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək".

Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.  

Çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Siyasi liderlərin sevdiyi içki – NANƏ ÇAYI

Siyasətçilər üçün ən vacib şərtlərdən biri soyuqqanlı olmaq, qərarlar verərkən təmkin nümayiş etdirmək, bir sözlə, səbirli və əsəbsiz şəraitdə fəaliyyət göstərməkdir.

Təbii ki, dünyanın qarışıq bir durumunda bunun mümkünlüyü o qədər də asan deyil, amma heç mümükünsüz də deyil. Məhz elə buna görə də bir çox siyasətçilər öz qida rasionlarında nanə çayına üstünlük verirlər.

Dalga tv sizə nanə çayının faydalarını təqdim edir.

Nanə xoş ətri və qoxusu ilə yanaşı, sağlamlıq üçün olduqca faydalı bitkilərdən biridir. Hələ qədim zamanlardan nanədən təbabətdə geniş istifadə olunub. Nanənin tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.

Bu bitkinin faydalı xüsusiyyətlərindən ən başlıcası sinir sisteminə müsbət təsiri, əsəbləri sakitləşdirməsi, stressi və gərginliyi aradan qaldırmasıdır. Nanə ürək damar sistemi üçün də xeyirlidir və infarkt riskini azaldır.

Mədə problemləri olan insanlar üçün nanə ən effektli vasitələrdən biri sayıla bilər. Köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.

Həmçinin o, həzm sistemini normallaşdırır, həzmi asanlaşdırır.

Dərinin sağlam və gümrah görünməsində nanə bitkisindən dəmlənən çay kosmetik vasitə kimi istifadə olunur.

İştəhasından şikayətlənənlər üçün bu bitki təbii dərmandır.

Ağızdan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün nanədən istifadə etmək kifayətdir. Xalq təbabətində nanə bitkisindən aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:

- Astma;

- Hepatit;

- Xolesistit;

- Qastrit;

- Yuxarı tənəffüs yollarının xəstəlikləri;

- Kişi sonsuzluğu;

- İmpotensiya;

- Ekzema;

- Dəri iltihabı;

- Öd kisəsi xəstəliyi;

- Soyuqdəymə və qrip.

Nanə birkisi qurudulmuş və təzə formada istifadə olunur.

Dünyanın bir çox ölkələrində nanə çayı ən çox istifadə olunan içkilərdən biridir. Səhərlər bir fincan nanə çayı içmək gün ərzində insanın əhvalına müsbət təsir göstərməklə yanaşı, əsəblərin sakit olmasını da təmin edir. Nanə çayı soyuqdəymə zamanı qızdırmanı aşağı salır və nəfəsalmanı rahatlaşdırır. İsti havalarda nanə çayı ən yaxşı sərinləşdirici içkilərdən biridir.

Nənə çayı qadınlar üçün daha faydalıdır. Menustrasiya zamanı ağrıların qarşısının alınmasında nanə çayından istifadə etmək yetərlidir. Yuxusuzluq zamanı yatmazdan qabaq nanəli çay içmək problemi təbii yolla aradan qaldırır. Nanə çayına limon əlavə etmək onun müalicəvi əhəmiyyətini və faydasını daha da artırır.

Üç yaşa qədər uşaqlara nanədən istifadə məsləhət görülmür. Yuxu gətirdiyinə görə sükan arxasına əyləşib uzaq yola hazırlaşanlar nanədən istifadə etməməlidirlər. O cümlədən qan təzyiqi aşağı olanlar da nanədən məhdudiyyətlə istifadə etməlidirlər.

"Reket jurnalistika"dan əziyyət çəkirik — Əflatun Amaşovdan AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib.

Dalga tv xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov irəli sürüb.

Ə.Amaşov qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var: 

"Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. "Reket jurnalistika"dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə "reket jurnalistika"ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var".

Ə.Amaşov qeyd edib ki, bəzən "reket jurnalistika" ilə məşğul olan şəxslərə ayrı-ayrı dövlət qurumları da dəstək verir:

"Mən əminəm ki, bu gün ayrı-ayrı vicdanlı dövlət nümayəndələrinə şər-böhtan atan bu cür "reket jurnalistika" ilə məşğul olan adamlardan hüquq-mühafizə orqanlarının da məlumatı var". 

Bu ilin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb.

Dalga tv xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Onun sözlərinə görə, tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: "Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik".

X. Mikayılov bildirib ki, tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən "Qanlı Ay tutulması" da deyilir: "Super Ay tutulması" yanvarın 1-də müşahidə olunub, bugünkü "Super Ay tutulması" deyil".

Direktor müavini qeyd edib ki, tutulma Yerin ekvatorial zonasında baş verəcək.

Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq.

 

Saytda Axtarış

Son xəbərlər