Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün567
DünənDünən2551
Bu həftəBu həftə11592
Bu ayBu ay567
Bu günə qədərBu günə qədər7817891

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda azərbaycanlı şagirdlər gürcü müəllimin müdafiəsinə qalxıb

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kənd məktəbinin şagirdləri etiraz aksiyası keçirib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, etiraza səbəb məktəbin gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurgenidzenin işdən azad edilməsi olub. Aksiyaya qatılan 4-cü və 12-ci sinif şagirdləri bu gün dərslərdə iştirak etməyiblər.
 

Müəllimənin işdən çıxarılmasına onun şagirdlərlə kobud rəftarının səbəb olduğu bildirilir. Etiraz edən şagirdlər və onların valideynləri isə bu ittihamı əsassız adlandırıblar. Aksiya iştirakçıları gürcü müəllimənin işə bərpa olunmasını tələb ediblər. 
 

Valideynlər deyiblər ki, T. Qurgenidze işə bərpa olunmasa, müəllimə çadırda şagirdlərə dərs deməyə davam edəcək. Saqareco rayonunun Resurs Mərkəzindən isə bildirilib ki, T. Qurgenidze məktəblilərə qarşı zor tətbiq edib və bu, sübuta yetirilib.

Sumqayıtda bir evdən altı meyit çıxarıldı

Sumqayıtda bir ailənin altı üzvünün faciəvi ölümünün təfərrüatı məlum olub.

1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Araşdırma zamanı məlum olub ki, Hüseynovlar ailəsi beşinci məhəllə adlı ərazidə, zirzəmidə yaşayıblar.

Hamam otağında olan qızdırıcı cihazda yaranan qaz sızması faciənin baş verməsinə səbəb olub.

Eyni miqdarda balla sodanı qarışdırb yesəniz... – İNANILMAZ NƏTİCƏ

Hər zaman əlinizin altında olan soda və bal orqanizm üçün olduqca faydalıdır.

Bu vasitələri birlikdə istifadə etdikdə orqanizmə müxtəlif faydalar verir və ölümcül xəstəliklərdən qoruyur. Ailem.az sizə soda və bal qarışımının faydası və sağaltdığı xəstəlik barədə məlumat verir.

Şəkərə ac xərçəng hüceyrələri normaldan 15 qat daha sürətli qlükoza istehlakı üçün cəhd göstərir. Soda, balla qarışdırıldığında bu hüceyrələrə gizlicə soda ötürər. Soda xərçəngli hüceyrələri məhv edərək, onların normal vəziyyətə dönməsini təmin edər. Və ya xərçəngli hüceyrəni öldürən sürətli bir pH dəyişikliyinə səbəb olar.

Beləliklə, xərçəng hüceyrələrinin böyüməsinə səbəb olan şəkər, hüceyrələrə girmədən qarşısı alınır və təsirsiz hala gətirilir.



Sağlamlıq baxımından faydalı olan qarışımın hazırlanma qaydası:

Nə qədər bal istifadə edəcəksinizsə, soda da eyni miqdarda olmalıdır. 4 xörək qaşığı bal və 4 çay qaşığı sodanı qarışdırın. Bu, sizə bir həftəyə qədər kifayət edəcək.

Qarışımı soyuducuda yox, otaq istiliyində saxlamaq lazımdır. Çalışın yemək saatlarından əvvəl qəbul etməyin. Bu müalicə əsnasında pəhrizinizə də diqqət etməlisiniz. Qırmızı əti azaldaraq, şəkər və un qəbuluna son verməlisiniz.

Bu qidalarla sümük qırılmalarından xilas olun

Düzgün qidalanmaq sümük quruluşu üçün də vacibdir. Xüsusilə də sümük qırıqları ilə qarşılaşmamaq üçün yaşlı insanlar daha çox özlərinə diqqət etməlidirlər.

İmmunitet.az xəbər verir ki, türkiyəli travmatoloq Serdar Necmioğlu sümük quruluşu üçün doğru qidalanma haqqında danışıb. Onun sözlərinə görə, ilk olaraq ana südü uşaqlara verilməli. 15-20 yaş aralarında bu gücləndirilməlidir. Sümüklərin sağlamlığı üçün vitamin və minerallar düzgün şəkildə tənzimlənməlidir.

Kalsium – Sümükləriniz üçün mühümdür. Süd və süd məhsulları, fıstıq, qoz, fındıq, brokoli, yaşıl yarpaqlı tərəvəzlər, balıq və s yeyilməlidir.

A vitamini – Sümük inkişafı və böyüməsi üçün olduqca lazımdır. Süd, yumurta, balıq, qaraciyər, kivi, ərik, əncir A vitamini ilə zəngindir.

Potasium – Sümüklər üçün gərəklidir. Günlük ehtiyac 3,5 qramdır. Tünd yaşıl yarpaqlı tərəvəzlər, kartof, qatıq bununla zəngindir.

D vitamini – Balıq, yumurta, süd, yulaf, kərə yağı D vitamini ilə zəngindir.

K vitamini – Sümük dostudur. Tərəvəzlər, ispanaq, digər yaşıllıqlar, kərə yağı, pendir, lobya, yaşıl çay, kivi k vitamini ilə zəngindir.
Bu portalda yerləş

Bakıda Gürcüstan vətəndaşı yol qəzasında ölüb

Martın 2-də saat 15 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Beyləqan rayon sakini Süleyman Muradov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Daviti Chubinidzeni vurub.

Dalga tv Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hava kəskin dəyişəcək: Yağış və qar yağacaq

Martın 5-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bəzi rayonlarda martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.  

Yanğında ölənlərin sayı 25-ə çatıb

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə növbəti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş vermişdir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilmişdir.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir.

Saat 08.30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilmişdir.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş vermişdir.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Narkoloji Mərkəz dəhşətli yanğınla bağlı açıqlama verdi

Bu vəziyyətin yaranmasını istəməzdik. Hər kəs kimi, bu durum bizi də məyus edir. 

Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova bu günkü yanğın haqqında danışarkən deyib.

O bildirib ki, hadisə baş verən zaman dispanserdə 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub:

“Burada xəstələr adekvat olmadıqları, psixi və davranış qaydaları pozğunluğu olması səbəbindən qapalı şəraitdə, xüsusi nəzarət altında saxlanılır. Çünki onların adi xəstələr kimi saxlanılması mümkün deyil.

Ola bilər ki, ölən və xəsarət alanların sayının artma səbəbi kimi saxlanma şəraiti göstərilsin. Bu, düzgün deyil.  Hadisə baş verən an özüm orada deyildim, sonradan gəldim. İşçilərimiz mənə dedi ki, tüstüdən göz-gözü görmürdü. Hazırda otaqlarımız tüstüyə bürünüb.

Yanğın baş verən zaman xəstəxanada 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub. İşçilərimiz xilasetmə işlərində şəxsən iştirak ediblər. Təbii ki, bu cür hallar bizi üzür. Niyə belə olduğunu isə bilmirik. Hər zaman belə halların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görürdük. Dispanser adından ölənlərin yaxınlarına başsağlığı verir, xilas olanlara şəfa diləyirik”.

Qeyd edək ki, martın 2-də səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır

Tbilisinin Barataşvili küçəsində üzərinə pəncərə şüşəsi düşən və daha sonra xəstəxanada ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.


 
"14 yaşlı Aslan Məmmədovun ölümü ilə nəticələnmiş faciə ilə bağlı uşağın valideynləri, ailəsi, sinif yoldaşları və müəllimlərinə dərin hüznlə başsağlığı verirəm", - deyə baş nazirin başsağlığı müraciətində bildirilir.


 
A. Məmmədovun faciəvi ölümü ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də başsağlığı verib.

Tbilisidə binadan düşən pəncərə şüşəsi 6 uşağa xəsarət yetirib

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeniyetmələr xəstəxanaya yerləşdirilib. Onlardan biri əməliyyata alınıb.


Gürcüstanın Daxili İşlər Nazirliyiinsidentlə bağlı araşdırma aparır.

Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,1 maqnitudalı zəlzələ baş verib.

APA-nın yerli bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kaxeti bölgəsinin Kvareli şəhərindən 13 kilometr aralıda Saruso kəndi yaxınlığında qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntıların olması barədə xəbər yoxdur. 

Tbilisidə yanğın baş vermiş ticarət mərkəzində azərbaycanlılara məxsus obyektlər də var

Ötən gecə Tbilisidə güclü yanğın baş vermiş "Terqi" ticarət mərkəzində bir neçə ticarət obyekti yerli azərbaycanlılara məxsusdur.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, Telavidən olan azərbaycanlılar mərkəzin aşağı mərtəbəsində göyərti və tərəvəz satışı ilə məşğul olurlar. Yanğın ticarət mərkəzinin yuxarı mərtəbələrində baş verdiyinə görə, aşağı mərtəbələrə ziyan dəyməyib.

Hadisə ilə əlaqədar ticarət mərkəzi və ona yaxın topdan və pərakəndə satış obyektləri bağlanıb. Azərbaycanlılar da daxil olmaqla, ticarət obyektlərinin sahibləri mərkəzə buraxılmırlar. Hazırda 20-yə yaxın yanğınsöndürmə maşını hadisə yerindədir. Ticarət mərkəzi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. İnsidentlə bağlı cinayət işi açılıb.


Qeyd edək ki, yanğın nəticəsində 3 min kv. metrə yaxın sahə yanıb. Xəsarət alan yoxdur. Yanğının səbəbi hələlik məlum deyil. 

Saytda Axtarış

Son xəbərlər