Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün326
DünənDünən2551
Bu həftəBu həftə11351
Bu ayBu ay326
Bu günə qədərBu günə qədər7817650

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

FHN-dən itkin düşən alpinistlərlə bağlı

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Alpinistlərin axtarışları ilə əlaqədar martın 28-də Fövqəladə Hallar Nazirliyində əməliyyat müşavirəsi keçirilib. 

Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunub, hava şəraitinin istiləşməsi ilə əlaqədar axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.​

Sən demə, çayı qənd, bal və limonla içmək olmaz - SƏBƏBLƏR

Qənd

Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir.

Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir.

Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir, əksinə onu daha faydalı edir.

Süd

Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.

Amma eksperimentlərdə sübut olunub ki, çaya süd əlavə etdikdə kaxetinin sehrli xüsusiyyətləri yox olur. Hərçənd, bəzi həkimlər güman edirlər ki, bu məsələ haqqında dəqiq fikir irəli sürmək hələ tezdir.

Təmiz bal

Təmiz bal şəkərdən xeyli faydalıdır. Amma çayını balla qarışdıranlar böyük risk edir. Çünki bal qaynar suda ziyanlı, xərçəngin riskini artıran maddəyə çevrilir.

Limon

Limon əsl vitamin anbarıdır. O, həm də yüksək temperaturun təsiri altında öz faydalı xassələrini itirir. Bu səbəbdən də yaxşı olardı ki, limon dilimini çay soyuyanda əlavə edəsiniz. (publika.az)

Hava kəskin pisləşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuq artacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək. 

Tbilisidə nazir maşını məktəblini vurub

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin avtomobili ilə 11 yaşlı məktəbli vurulub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə zamanı K. Tsixelaşvilinin avtomobildə olduğu bildirilir. Dövlət naziri artıq xəstəxanada məktəbliyə baş çəkib və bildirib ki, yeniyetmə ciddi xəsarətlər almayıb.

XİN: Rusiyada yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bu barədə APA-ya XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Güclü külək Daşkəsəndə 80-dən artıq binanın dam örtüyünü uçurub

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üçün komissiya yaradılıb

Martın 24-də saat 15.00 radələrində Daşkəsən rayonu ərazisində güclü külək - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.

Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Daşkəsən şəhər S.Vurğun küçəsi 15 və 16 saylı, 2 mərtəbəli, hər biri 12 mənzilli  yaşayış  binalarının, Xoşbulaq kəndində tibb məntəqəsinin dam örtüyünə ciddi ziyan dəyib.

Güclü külək həmin binaların dam örtüklərini  tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən atıb. Rayonun Xoşbulaq, Zağalı, Qaraqullar, Mollahəsənli, Əhmədli, Əmirvar, Quşçu və Zəylik kəndlərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və digər yaşayış məntəqələrində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyib,  dam örtükləri tamamilə yararsız hala düşüb. İlkin məlumata əsasən, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb, müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar.

Tbilisidə Novruz şənliyi keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzi tarixi hissəsində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, tədbir Tbilisi Meriyası və Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən təşkilat sədri İsaq Novruzov şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramı qeyd edən bütün xalqlara xoşbəxtlik, sevinc və əmin-amanlıq arzu edib.

Sonra çıxış edən Gürcüstan Parlamentinin üzvü Beka Odişariya, şəhərin Krtsanisi rayon administrasiyasının başçısı Levan Caparidze şənliyə qatılanlara Novruz bayramı münasibətilə xoş arzularını çatdırıblar.

L.Caparidze Tbilisi meri Kaxa Kaladzenin də təbriklərini şənlik iştirakçılarına çatdırıb.

Şənlikdə el pəhləvanları bacarıqlarını nümayiş etdiriblər. Tədbir Novruz qəhrəmanlarının tamaşaları, aşıq və xalq mahnıları, "Ceyran" rəqs ansamblının ifasında Azərbaycan və Gürcüstanın milli rəqslərindən ibarət konsert proqramı ilə davam etdirilib.

Şamaxıda yol qəzasında ölən şəxsin və yaralanan 5 nəfərin adı məlum olub

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən bir nəfərin və xəsarət alan 5 nəfərin adları məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi əraisindən keçən hissəsində Şəki-Bakı marşurutu üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində Şəki sakinləri-1984-cü il təvəllüdlü Əhmədov Rüfət İsmayıl oğlu, 1988-ci il təvəllüdlü Daşdəmirov Bəşər Nurlan oğlu, 1992-ci il təvəllüdlü Zeynallı Zeynal Elbrus oğlu, 1958-ci il təvəllüdlü Əhmədova Muxsa Sırac qızı, Qax sakini, 2001-ci il təvəllüdlü Kərimova Günel Aftandil qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Şəki sakini 1998-ci il təvəllüdlü Əhmədli Röyal Fətəli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Özünü dördüncü mərtəbədən atan kişi sağ qaldı

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib. 

Hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan, 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov yaşadığı 4 mərtəbəli binadan özünü ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir. 

Faktla bağlı araşdırma aparılır. 

Qaraciyər üçün təhlükəli qidalar

Evlərdə ən çox istifadə edilən məhsullardan biri də günəbaxan yağıdır. Lakin aparılan araşdırma nəticəsində günəbaxan və balıq yağının qaraciyər üçün təhlükəli olduğu qənaətinə gəlinib.

 İspaniyalı alimlərin apardığı bir araşdırmaya görə, mütəmadi olaraq istifadə edilən günəbaxan və balıq yağı qaraciyəri yağlandırır.

Araşdırmaya görə, spirtli içkidən sonra bu yağlar qaraciyərə vurduğu zərərlə ikinci yerdədir. Hətta ona səssiz qatil də deyirlər. Günəbaxan yağından istifadə qaraciyəri qalınlaşdırır, hətta yaraya çevrilən serroza səbəb olur. Serroz isə qaraciyər xərçəngini yaradan səbəblərdəndir.

Balıq yağı isə qaraciyərin telomer uzunluğunu dəyişdirir. Bir sözlə, bu iki yağ qaraciyəri məhv edir. Bu araşdırmanı aparan alimlər zeytun yağının isə ömür boyu qaraciyəri qoruduğunu bildirir.

Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 03:46-da qeydə alınan yeraltı təkanların episentri Tbilisidən 86 km qərbdə, ocağı isə 1 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Güclü külək rayonlarda elektrik naqillərini qırıb, evlərin damını uçurub

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.   

Saytda Axtarış

Son xəbərlər