Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün540
DünənDünən2551
Bu həftəBu həftə11565
Bu ayBu ay540
Bu günə qədərBu günə qədər7817864

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda kanat qəzasında 6 xarici vətəndaş yaralanıb, 2 nəfər ağır durumdadır

Gürcüstanın Qudauri dağ xizək kurortundakı kanat yolunda baş vermiş texniki qəza nəticəsində xəsarət alanların ikisinin vəziyyəti nisbətən ağırdır.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, onların baş nahiyəsində xəsarətləri və açıq sınıqları var.


Xəsarət alanlar arasında 2 Ukrayna, 3 Rusiya, 1 İsveç və 1 Gürcüstan vətəndaşı var. Onların arasında hamilə qadının da olduğu bildirilir.
Dövlət xəsarət alanların müalicəsini öz üzərinə götürəcək.


Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. İqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hadisə yerinə yola düşüb. 

Lənkəranda iki avtomobil toqquşub bir nəfər ölüb, 5 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Şağlaküçə kəndində iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin  öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Avtomobillərdən birinin sürücüsü Şahbazov Əbültalıb Xalıq oğlu xəstəxanaya aparılarkən vəfat edib.

Digər avtomobilin sürücüsü, Lənkəranın Qurumba kənd sakini Əmirov Fərid Elxan oğlu, Lerikin Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Bəndiyev Vaqif Mirağa oğlu, Şovu kənd sakinləri - 1961-ci il təvəllüdlü Şəfiyeva Vəciyyə Həsən qızı, onun qızı Şəfiyeva Əminə Əbülfəz qızı və gəlini 1987-ci il təvəllüdlü Şəfiyeva Ramilə Ağaman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında təcrübə keçəcək

Gürcüstanda milli azlıqları təmsil edən gənclərin dövlət idarələrində təcrübə keçməsi üçün növbəti proqram elan olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili proqramın detallarını təqdim edib. O bildirib ki, təcrübə proqramının əsas məqsədi etnik azlıqların məşğulluğu ilə bağlı perspektivlərin yaxşılaşdırılmasıdır: "Bu proqram gənclərin gələcək karyeraları üçün unikal şansdır. Təcrübə proqramı etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə əhəmiyyətli töhfə verəcək".

Tədbirdə çıxış edən təhsil və elm nazirinin müavini  Lia Giqauri "1+4" proqramının müsbət nəticələri barədə danışıb: “Təcrübə proqramı milli azlıqlardan olan gənclər üçün peşə təcrübəsinə yiyələnmək baxımından çox vacibdir. Dövlət qurumlarında təcrübə keçməkdə maraqlı olan gənclərin müraciətləri bu gündən etibarən qəbul olunacaq”.

Dövlət idarələrində təcrübə proqramından "1+4" proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı və erməni gənclər yararlana biləcəklər. Dövlət qurumlarındakı vakansiyalarwww.hr.gov.ge saytında yerləşdiriləcək.

Qeyd edək ki, təcrübə proqramı ilə bağlı pilot layihə ötən il həyata keçirilib və layihə çərçivəsində 65 gənc 20 dövlət idarəsində təcrübə keçib.

Gürcüstanda azərbaycanlı əlillərə əlil arabaları verilib

alt

Gürcüstanda azərbaycanlılar da daxil olmaqla məhdud fiziki imkanlı şəxslərə əlil arabaları verilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, əlil arabalarının alınması Türkiyənin Gürcüstandakı səfirliyi, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin və Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) birgə səyləri nəticəsində mümkün olub.

Əlil arabalarının təqdimetmə mərasimi GMİ-də baş tutub. Tədbirdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, GMİ-nin sədri Şeyx Hacı Ramin İgidov və digər şəxslər iştirak edib.

Bildirilib ki, layihə Belçikanın Din Fondu tərəfindən maliyyələşdirilib. Türkiyədən gətirilmiş ümumilikdə 250 əlil arabasının 200-ü standart, 40-ı uşaqlar üçün, 10-u isə elektron olmaqla xüsusi tələbatlı şəxslər üçün nəzərdə tutulub.

GMİ sədri R.İgidovun bildirdiyinə görə, əlil arabalarının təxminən 150-si azərbaycanlı əlillərə veriləcək. O, bu xeyirxah təşəbüssə görə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Türkiyənin Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib. R.İgidov deyib ki, əlil arabalar siyahı üzrə bu ayın sonuna qədər əlillərə paylanılacaq: "İdarəmiz digər qurumlarla birgə səylər nəticəsində gələcəkdə də bu cür xeyirxah tədbirləri davam etdirəcək".

alt

Azərbaycanlılar BMT-nin Tbilisidəki ofisi qarşısında aksiya keçiriblər

Gürcüstanda bir qrup azərbaycanlı BMT-nin Tbilisidəki nümayəndəliyinin binası qarşısında dinc aksiya keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiyada Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində günahsız müsəlmanların qətlə yetirilməsinə etiraz edilib.

 
Aksiyada "Körpələr qana qəltan olunmasın!", "Ali Səuda silah satılmasın!" şüarları səsləndirilib.
 

"Əhli-Beyt" Cəmiyyətinin axundu Elçin Daşdanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Yəməndə insanlığa qarşı cinayətləri qınamaq, qadın və uşaqlar daxil olmaqla, minlərlə dinc müsəlmanın qətlə yetirilməsi, ölkədə humanitar böhranın olması məsələsinə BMT-nin diqqətini cəlb etməkdir: "Yəmən əhalisinin 60 faizi aclıqdan əziyyət çəkir və ölkədə yoluxucu xəstəliklər yayılmaqdadır. Səudiyyə Ərəbistanı cinayətkar əməllərinə son qoymalıdır".
 

Sonda aksiyanın qətnaməsi oxunub.

10 sağlamlıq problemini həll edən MƏŞHUR RESEPT

Hələ dahi Hippokrat yulafın faydalı və müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirirdi və yulafı müxtəlif  xəstəliklərin müalicəsində istifadə etməyi tövsiyə edirdi.

Hippokrat yulaf dəmləməsi ilə qaraciyər, mədə, bağırsaq, dəri və sinir sistemi xəstəliklərini müalicə edirdi.

Saglamolun.az sizə müalicəvi yulaf dəmləməsinin reseptini təqdim edir.

Yulaf yarmasını qəhvəüyüdəndə üyüdün, 1 x.q. götürüb az miqdarda soyuq suda həll edin, sonra 1 stəkan qaynar suya tökün, qarışdıra-qarışdıra bir neçə dəqiqə vam odd qaynadın. Dəmləməni ilıq halda yeməklər arası için. İçəndən sonra 2 saat ərzində yemək yeməyin. Hər gün təzə dəmləmə hazırlayın və qəbul edin.

Bu dəmləmə müxtəlif sağlamlıq problemlərini həll etməyə kömək edir:

- Qastrit, xora xəstəliyi zamanı faydalıdır. Mədənin selikli qişasının bərapasını sürətləndirir.

- Bağırsaqları təmizləyir, qəbizliyi müalicə edir.

- Sinir sisteminə müsbət təsir edir.

- Arıqlamağa kömək edir.

- Dərini təmizləyir.

- Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

-  Öskürəyi sağaldır.  

- Qanda şəkərin səviyyəsini tənzimləyir.

- Xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərdən qoruyur.

- Siqaretdən imtina etməyə kömək edir.  

Dəmləməni 1 ay ərzində hər gün için, sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.

Böyrək daşları zamanı OTLARLA MÜALICƏ

alt

Böyrəklər orqanizmdə gedən su-duz mübadiləsinə, cinsi funksiyaya, digər orqanların, eləcə də mərkəzi sinir sisteminin düzgün işləməsinə xidmət edir.

Kalsium balansının pozulması orqanizmdə 150-yə yaxın xəstəlik əmələ gətirir və onlardan biri də böyrək-sidik kisəsində daşların yaranmasıdır. Maddələr mübadiləsinin pozulması və həzm prosesinin düzgün getməməsi, mədə-bağırsaq sisteminin öz işinin öhdəsindən layiqincə gəlməməsi digər orqanlarla yanaşı böyrəklərin də işinə mənfi təsir göstərir.

Böyrəklərdə, eləcə də sidik kisəsində oksalat, fosfat, urat və mərcan daşları ola bilər. Onların mənşəyi daha çox qidadan asılı olur. Mərcan daşları xüsusi reseptlərə tabe olur.

 Bitkilərin xüsusiyyətinə bələd olmadan qəbul etmək düzgün deyil. Həmin bitkilər daşları iri hissələrə parçalamaq xassəsinə malik olsa da, parçalanma nəticəsində daşların iri hissələri sidik və böyrək kanalını, eləcə də sidik kisəsinin çıxacağını tutaraq fəsadlar yaradır. Məsələn, sarıçıçək bitkisində belə bir xüsusiyyət var. Böyrək-sidik sistemi daşlarının müalicəsi zamanı adi qarpız, sulu armud, qırxbuğum, itburnu, itburnunun kökü, böyürtkənın kökü, günəbaxanın kökü və s. kimi bitkilər daha yaxşı təsir göstərir.

Böyrək-sidik kisəsi daşlarının parçalanması zamanı son dərəcə diqqətli olmaq və mütəxəssislərlə məsləhətləşmək lazımdır.

- 6 stəkan xırdalanıb doğranmış günəbaxan kökləri üzərinə 3 litr qaynar su tökülərək 5 dəqiqə qaynadılır, süzülür və soyuducuda saxlanır. Gündə 3-4 dəfə yeməkdən yarım saat əvvəl içilir. Dərman qurtarandan sonra günəbaxan köklərini yenə də eyni miqdarda su ilə bu dəfə 10 dəqiqə qaynadılaraq proses təkrar edilir. Axırıncı dəfə suyun miqdarını artıraraq 2 litrə, qaynatma prosesi 15 dəqiqəyə çatdırılır və süzüləndən sonra günəbaxan kökləri atılır.

- Kökləri ilə birlikdə 2 dəstə cəfəri, 1 dəstə şüyüd və 2 ədəd limon yuyularaq xırdalanır, limonların tumları çıxarılaraq doğranır. Emallı qazanda 1,5 litr su qaynadılaraq doğranmış tərəvəzlər 15-20 dəqiqə dəmlənir. Sonra doğranmış limon qabıqlı şəkildə əlavə olunaraq yenə 12-20 dəqiqə dəmlənir, soyudulur. Dəmləmənin gün ərzində yeməkdən qabaq və sonra içilməsi daşları tədricən əridir, sidiyəgetməni yaxşılaşdırır.

- 3 çay qaşığı cirə toxumu 3 stəkan suda dəmlənir və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içilir.

- 1 xörək qaşığı itburnu meyvəsi xırdalanır, 50 qram qarğıdalı saçağı 1 litr qaynar suda 1 sutka dəmlənir, süzülərək yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan qəbul edilir.

- 2 qram ladan bitkisinin tozu 1 stəkan qatıqla qarışdırılaraq gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Qarışıq sidik kisəsindəki daşları tədricən ağrı vermədən parçalayıb toz halına salır. Ladanın istifadəsinə 1 qramdan başlanılması daha yaxşı səmərə verir.

- 1 çay qaşığı pol-pala bitkisinin 1 stəkan suda dəmlənilərək gündə 3 dəfə içilməsi sidik kisəsi daşlarını toz halına salır. Prosedur 2-3 ay aparılır.

- 20 qram itburnu meyvəsi, 20 qram adi ardıc meyvəsi, 20 qram tozağacı, 40 qram boyaq otunun kökü xırda-xırda doğranılaraq qarışdırılır, qarışıqdan 1-2 xörək qaşığı 2 stəkan qaynar suda 15-20 dəqiqə dəmlənir. Sidik yollarında daş əmələ gələndə gündə 3 dəfə və hər dəfə yarım stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

- Çörəkotu əzilərək balla qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

- Çobanyastığı suda qaynadılır və gündə 3 dəfə stəkanla içilir.

Şirvanda avtobus qəzası: 15 qadın yaralanıb

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Dalga tv APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil"ə məxsus xüsusi qurğulu "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Baş verən qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər altı nəfər travmatologiya şöbəsinə yerləşdirilib. 

Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.

Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 15 şagird, 2 müəllim xəsarət alıb

Xəsarət alanlardan 5-nin durumu ağırdır

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

Hadisə Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus "QAZ-53" markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 15 şagir, 2 müəllim müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.

Mətbuat Şurası İdarə Heyətinin üzvləri və sədri seçildi

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında Şuranın sədri seçilib.

Qurultayda səsvermə ilə MŞ sədri vəzifəsinə növbəti dəfə  Əflatun Amaşov seçilib.

Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Şuranın İdarə Heyətinə 11 jurnalist (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsi (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) 5 internet informasiya resursu təmsilçisi (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) seçilib.

 

Qurultay işini davam etdirir.

Xatırladaq ki, qurultayda Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib. Dəyişikliklə üzvlərin sayı 17-dən 23-ə çatdırılıb.

Nazirlik xəbərdarlıq yaydı - Hava kəskin pisləşəcək

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

 

Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Qaxda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

Qaxda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə zamanı Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Belə ki, Qax rayonu, Əlibəyli kənd sakini, 20 yaşlı Laşa Sioşvili rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

1982-ci il təvəllüdlü  Qita Dikaşvili, 1980-cı il təvəllüdlü Naia Emraşvili, 1977-ci il təvəllüdlü Laşa Andraşvili, 1991-ci il təvəllüdlü Qiorqi Barxaşvili və  2014-cü il təvəllüdlü Nikolas Emraşvili isə həmin xəstəxananın cərrahiyə şöbəsində müalicə alırlar.

Faktla bağlı araşdırma davam etdirilir.

Saytda Axtarış

Son xəbərlər