Dalga Televiziyasi Azərbaycanlılar BMT-nin Tbilisidəki ofisi qarşısında aksiya keçiriblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün881
DünənDünən634
Bu həftəBu həftə7317
Bu ayBu ay52016
Bu günə qədərBu günə qədər7422490

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlılar BMT-nin Tbilisidəki ofisi qarşısında aksiya keçiriblər

Gürcüstanda bir qrup azərbaycanlı BMT-nin Tbilisidəki nümayəndəliyinin binası qarşısında dinc aksiya keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiyada Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində günahsız müsəlmanların qətlə yetirilməsinə etiraz edilib.

 
Aksiyada "Körpələr qana qəltan olunmasın!", "Ali Səuda silah satılmasın!" şüarları səsləndirilib.
 

"Əhli-Beyt" Cəmiyyətinin axundu Elçin Daşdanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Yəməndə insanlığa qarşı cinayətləri qınamaq, qadın və uşaqlar daxil olmaqla, minlərlə dinc müsəlmanın qətlə yetirilməsi, ölkədə humanitar böhranın olması məsələsinə BMT-nin diqqətini cəlb etməkdir: "Yəmən əhalisinin 60 faizi aclıqdan əziyyət çəkir və ölkədə yoluxucu xəstəliklər yayılmaqdadır. Səudiyyə Ərəbistanı cinayətkar əməllərinə son qoymalıdır".
 

Sonda aksiyanın qətnaməsi oxunub.

Saytda Axtarış

Son xəbərlər