Dalga Televiziyasi Lənkəranda iki avtomobil toqquşub bir nəfər ölüb, 5 nəfər xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün710
DünənDünən634
Bu həftəBu həftə7146
Bu ayBu ay51845
Bu günə qədərBu günə qədər7422319

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Lənkəranda iki avtomobil toqquşub bir nəfər ölüb, 5 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Şağlaküçə kəndində iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin  öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Avtomobillərdən birinin sürücüsü Şahbazov Əbültalıb Xalıq oğlu xəstəxanaya aparılarkən vəfat edib.

Digər avtomobilin sürücüsü, Lənkəranın Qurumba kənd sakini Əmirov Fərid Elxan oğlu, Lerikin Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Bəndiyev Vaqif Mirağa oğlu, Şovu kənd sakinləri - 1961-ci il təvəllüdlü Şəfiyeva Vəciyyə Həsən qızı, onun qızı Şəfiyeva Əminə Əbülfəz qızı və gəlini 1987-ci il təvəllüdlü Şəfiyeva Ramilə Ağaman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Saytda Axtarış

Son xəbərlər