Dalga Televiziyasi Gürcüstanda azərbaycanlı şagirdlər gürcü müəllimin müdafiəsinə qalxıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün727
DünənDünən634
Bu həftəBu həftə7163
Bu ayBu ay51862
Bu günə qədərBu günə qədər7422336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlı şagirdlər gürcü müəllimin müdafiəsinə qalxıb

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kənd məktəbinin şagirdləri etiraz aksiyası keçirib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, etiraza səbəb məktəbin gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurgenidzenin işdən azad edilməsi olub. Aksiyaya qatılan 4-cü və 12-ci sinif şagirdləri bu gün dərslərdə iştirak etməyiblər.
 

Müəllimənin işdən çıxarılmasına onun şagirdlərlə kobud rəftarının səbəb olduğu bildirilir. Etiraz edən şagirdlər və onların valideynləri isə bu ittihamı əsassız adlandırıblar. Aksiya iştirakçıları gürcü müəllimənin işə bərpa olunmasını tələb ediblər. 
 

Valideynlər deyiblər ki, T. Qurgenidze işə bərpa olunmasa, müəllimə çadırda şagirdlərə dərs deməyə davam edəcək. Saqareco rayonunun Resurs Mərkəzindən isə bildirilib ki, T. Qurgenidze məktəblilərə qarşı zor tətbiq edib və bu, sübuta yetirilib.

Saytda Axtarış

Son xəbərlər