Dalga Televiziyasi Gürcüstan parlamentində azərbaycanlıların təhsil problemləri müzakirə olunub
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1245
DünənDünən3648
Bu həftəBu həftə14400
Bu ayBu ay41090
Bu günə qədərBu günə qədər2889531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamentində azərbaycanlıların təhsil problemləri müzakirə olunub

Gürcüstanda səfərdə olan Milli Məclisin deputat qrupu qonşu ölkənin parlamentində növbəti görüş keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətinin Gürcüstan parlamentinin Elm, təhsil və mədəniyyət komitəsinin sədri Mariam Caşi ilə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstanda milli azlıqlar üçün olan “"+4" proqramının əhəmiyyətini qeyd edərək, bu proqram sayəsində ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib.

Ə. Amaşov həmçinin Gürcüstan azərbaycanlılarını təhsil sahəsində narahat edən məsələlərə də diqqət çəkib. O, Gürcüstanın Azərbaycan dilli məktəblərində gürcü dilinin tədrisinə diqqətin daha da artırılmasının vacibliyini qeyd edib.

M. Caşi isə öz növbəsində Azərbaycan dövlətinin Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərsliklərlə təminatında göstərdiyi dəstəyə görə təşəkkür edib. Komitə sədri qeyd edib ki, Gürcüstanda etnik azlıqların təhsil aldıqları məktəblərə gənc kadrların cəlb olunması və həmin məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir.

Görüşdə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının hazırkı vəziyyəti də nəzərdən keçirilib və mədəniyyət ocağının binası ilə bağlı məsələnin tezliklə birgə səylərlə həll olunacağına ümid ifadə olunub.

Qeyd edək ki, Ə. Amaşovun başçılıq etdiyi deputat qrupuna millət vəkilləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov daxildir. Nümayəndə heyəti artıq Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava və parlament sədri İrakli Kobaxidze ilə görüşüb.

Saytda Axtarış

Son xəbərlər