Dalga Televiziyasi Gəncə hadisələrinin aktiv iştirakçısı olan şəxs Gürcüstana qaçarkən saxlanılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün407
DünənDünən1595
Bu həftəBu həftə6209
Bu ayBu ay50908
Bu günə qədərBu günə qədər7421382

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gəncə hadisələrinin aktiv iştirakçısı olan şəxs Gürcüstana qaçarkən saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX)Azərbaycanın dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini da­vam et­dirir.

DSX-dən "Report"a verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfin­dən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Res­publikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib. 

Saytda Axtarış

Son xəbərlər