Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün519
DünənDünən3410
Bu həftəBu həftə3929
Bu ayBu ay13465
Bu günə qədərBu günə qədər7501682

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Bakı 2015 Gürcüstan Milli Olimpiya Komitəsinin tədbirində

alt

Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərin bir hissəsi olaraq, Bakı 2015 Avropa Oyunları Tbilisidə Müstəqil Dövlətlər Birliyinin (MDB) və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin Regional Forumunda təqdimat keçirmişdir.

GSR.fm-in verdiyi xəbərə görə, tədbirə dəvət olunmuş qonaqları, o cümlədən, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini birinci Avropa Oyunları ilə əlaqədar əldə olunmuş son nailiyyətlər barədə məlumatlandırmaq üçün Bakı 2015-in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət komanda da tədbirdə iştirak etmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində MDB regionundan və Baltikyanı ölkələrdən ümumilikdə 15 ölkə Gürcüstana dəvət olunmuşdur.

Nümayəndələri birinci Avropa Oyunları ilə bağlı gedən hazırlıq işləri barəsində məlumatlandıran Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru cənab Ceyms Makleod demişdir: “Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən bu cür nüfuzlu ildönümü tədbirinə dəvət olunmaq bizim komanda üçün böyük şərəf oldu.”

“Azərbaycanın qonşu ölkələrini yaxın zamanlarda əldə etdiyimiz irəliləyişlər barədə məlumatlandırmaq baxımından bu tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır və biz həmin ölkələrin idmançılarının Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik.”

“Fürsətdən istifadə edərək Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha daha böyük nailiyyətlər arzulamaq istərdim.”

Dünyanın ən bahalıları

alt2014-cü ilin ən bahalı idman brendləri açıqlanıb. ANS PRESS-in məlumatına görə, Forbes-in siyahısına həm idmançı, həm klub, həm də idman tədbirləri daxil edilib.

Siyahının birincisi basketbolçu Lebron Ceymsdir. Onun qiyməti 37 milyon dollardır. İkinci yerdə 36 milyon dollarla qolfçu Tayqer Vuds və 32 milyon dollarla tennisçi Rojer Federerdir. Vuds 2007-ci ildəki liderliyini əldən buraxıb.

İlk onluğa qolfçu Fil Mikelson, kriketist Maxendra Sinqx Dxoni, yüngül atlet Useyn Bolt, futbolçu Kriştiano Ronaldo, Lionel Messi, basketbolçu Kobi Brayant, tennisçi Rafael Nadal daxildir.

Ən bahalı idman kompaniyalarının siyahısına isə 19 milyard dollarla Nike başçılıq edir. ESPN (16.5) və Adidas (5.8 mlrd) ilk üçlükdədir.

Ən bahalı tədbirlər - Superboul (500 mln. dollar), yay olimpiya oyunları (348 mln), qış Olimpiya oyunları (285 mln) və futbol ürə dünya çempionatı (170 mln) olub.

Ən bahalı klublar - "Nyu York Yankiz" (521 mln), "Real" (484 mln), "Barselona" (438 mln), "Dallas Kovboyz" (404 mln) və "Mançestr Yunayted" (399 mln).

Ronaldonun təzminat qiyməti bəlli oldu- 140 milyon

altYenidən “Mançester Yunayted”ə qayıdacağı iddia olunan “Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun təzminat qiyməti açıqlanıb.


 Dalgatv-nin  qol.az-a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün 140 milyon funt-sterlinqindən keçməli olacaq.

Lakin Ronaldonun 4 illik maaşı ilə birgə bu keçidin “Mançester Yunayted”ə 180 milyon funta başa gələcəyi bildirilir. İngiltərə nəhənginin sabiq futbolçusu üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 2009-cu ildə 94 milyon avro müqabilində “Mançester Yunayted”dən transfer olunan Ronaldo daha öncə verdiyi açıqlamasında gələcəyinin “Real” klubu ilə bağlı olduğunu bildirib.

Bakı 2015 Avropa Oyunları ARDNŞ ilə tərəfdaşlıq edəcək

alt

Bakı 2015 Avropa Oyunları bu gün fəxr hissi ilə elan edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmasını təsdiq edən müqaviləyə imza atıb.

Modern.az xəbər verir ki, müqaviləyə görə yarışlarla bağlı maarifləndirməni artırmaq məqsədilə ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində və ticarət nöqtələrində Bakı 2015 Avropa Oyunlarının loqotipi təsvir olunacaq.

 

ARDNŞ İsveçrə, Gürcüstan, Rumıniya və Ukrayna daxil olmaqla digər dörd ölkədə həyata keçirəcəyi marketinq kampaniyaları sayəsində Avropa Oyunlarının qitə miqyasında təbliğ olunmasına da dəstəyini göstərəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunları Azərbaycanı dünyanın digər ölkələrində təbliğ etmək üçün çox mühüm imkandır və bu cür yüksək dəyərə malik beynəlxalq şirkət tərəfindən dəstəyin göstərilməsi vacibdir. Bakı 2015 Avropa Oyunları ərəfəsində ARDNŞ-nin və onun bütün işçi heyətinin tam dəstəyini almaqdan çox məmnunuq.”

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimində `Cənub Qaz Dəhlizi`nin genişləndirilməsi üzrə tikinti işinin başlanılması münasibətilə saziş elan olunub. 

Bunu da qeyd etmək lazımdır ki, bu gün eyni zamanda, `Əsrin Müqaviləsi`nin imzalanmasının 20 illiyi tamam olur. Həmin müqavilə Azərbaycanın təbii ehtiyatlarını beynəlxalq ictimaiyyətə açıq elan etdiyinə şahidlik etmişdir.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev qeyd edib: “Biz Bakı 2015 Avropa Oyunlarına dəstəyimizi göstərməyimizlə fəxr edirik, çünki birinci Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük idman yarışları olacaq.

“İdman sahəsində sponsorluq etmək bizim üçün çox vacib məqamdır və ARDNŞ ölkənin tarixində baş verən və böyük maraq doğuran belə bir anın bir hissəsi olmaq şərəfinə nail olur. 

“Avropa Oyunları özündən sonra uzunmüddətli müsbət dəyişikliyin qoyacaq və bu dəyişikliyin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik.”

ARDNŞ P&G, Tissot, BP və Nar Mobile şirkətlərinə qoşularaq Bakı 2015 Avropa Oyunlarının beşinci Rəsmi Tərəfdaşına çevrilir. Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki deyib: “Bir sıra yüksək səviyyəli beynəlxalq şirkətlərin dəstəyini almaq istənilən əsas idman yarışları üçün əhəmiyyət kəsb edir və Bakı  2015-in yüksək keyfiyyətli tərəfdaşları birinci Avropa Oyunlarının gözəl keçəcəyinə səbəb olacaq.”

 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq əlavə edib: “Avropa Oyunlarının başlanmasına qalan günləri geri sayılır. Və bu vaxtda əksər böyük Azərbaycan şirkətlərinin idman vasitəsilə Avropanı birləşdirəcək belə innovativ yarışlara dəstəyi bizə böyük inam bəxş edir.”

60 000-dən çox işçisi olan ARDNŞ əsas böyük idman qurumları və yarışları ilə, o cümlədən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uzun müddətli birliyə malikdir.

Şirkət, eyni zamanda, 2016-cı ildə Fransada keçiriləcək Avropa Futbol Çempionatının əsas sponsorlarından biri olmaq üçün də öz razılığını verib.

Qarabağ" klubuna 1,3 milyon avro mükafat veriləcək

altUEFA 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların gəlirlərini açıqlayıb.

 Dalgatv  qol.az-a istinadən xəbər verir ki, cari mövsümdə “Qarabağ”ın da yarışacağı Avropa Liqasından teleyayım, kommersiya xarakterli müqavilələrə görə 225 milyon avro gəlir əldə olunacaq.

Bu məbləğin 168 milyonu qrup mərhələsinin iştirakçıları arasında bölünəcək.

Azərbaycanın Avroliqadakı yeganə təmsilçisi "Qarabağ" klubuna turnirin qrup mərhələsində oynayacağı üçün 1,3 milyon avro mükafat veriləcək.

Qrupdakı hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro pul mükafatı ayrılıb.

Avroliqanın 1/16 finalına qrup qalibi kimi çıxan komandaya 400 min avro, ikinci pillənin sahibi kimi çıxana isə 200 min avro mükafat veriləcək. 1/8 finalda oynayan 350 min avro, 1/4 finala yüksələn komanda isə 450 min avro gəlir əldə edəcək. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Avropa Liqasının qalibinə 5 milyon avro mükafat veriləcək.

Bundan başqa "Qarabağ" klubu Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro qazanıb.

Beləliklə, ÇL-in təsnifat mərhələsindəki iştirakına və Avroliqanın qrupuna düşdüyü üçün “Qarabağ” 1,7 milyon avro gəlir əldə edib. Qrupdakı nəticələrdən asılı olaraq, Ağdam klubunun gəliri daha da arta bilər.

“Embawood” komandası Polo turnirində Azərbaycanı uğurla təmsil edib - FOTO

alt5-7 sentyabr tarixlərində Bakıda “Elite Horse and Polo Club”un açıq manejində Atçılığın Polo növü üzrə Dünya Kuboku turnirinin ikinci hissəsini keçirilib.

Turnirin birinci hissəsi də ötən ilin sentyabr ayında Bakıda keçirilib və idman həvəskarları arasında böyük maraqla qarşılanıb.

Yarışda Azərbaycanı “Embawood” komandası, ABŞ, Argentina və Avropa ölkələrini isə  “Chopard”, “Maserati”, “Baltika” 7 kimi brendlərin komandaları uğurla təmsil edib.

Bu yarışa Azərbaycanın Polo komandası xüsusi olaraq hazırlaşıb.

Komanda üzvlərinə Argentinanın paytaxtı Buenos Airesin “Alegria Polo Farm” klubunun peşəkar məşqçiləri tərəfindən təlimlər keçirilib.

Qeyd edək ki, “Embawood” şirkəti Azərbaycanda atçılıq idman növünün inkişafı üçün daim dəstək göstərmiş və əvvəlki illərdə Polo turnirləri ilə yanaşı, Atçılığın digər növləri üzrə də turnirlərin keçirilməsinə dəstək olub.

Prezident olimpiyaçıları qəbul edib

altAzərbaycan prezidenti İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli komandamızın Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayan dövlət başçısı idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirib.

İdmançıları təbrik edən prezident İlham Əliyev qeyd edib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir.

Dövlət başçısı idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib. Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan Azərbaycan prezidenti bildirib ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Bu sahədəki siyasətin hər bir gənc üçün böyük imkanlar açdığını vurğulayan İ. Əliyev London Olimpiadasında əldə etdiyimiz uğurları xatırladıb. O qeyd edib ki, idmanda qazanılan uğurlarla bağlı nəsillər arasındakı əlaqə kəsilməməlidir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra Azərbaycan idmançıları iştirak etdikləri hər Olimpiadada böyük uğurlara imza atıblar. Dövlət başçısı yeniyetmə-uşaq idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə idmanının inkişafı baxımından vacib olduğunu deyib. Azərbaycan prezidenti bildirib ki, ölkəmizdə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir.

Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu deyib və bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. O qeyd edib ki, Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlət başçısı bildirib ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır. Prezident İlham Əliyev gənc idmançıların milli komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar qazanacaqlarına ümidvar olduğunu söyləyib.

Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman infrastrukturunun yaradılmasına və idmançılara diqqətə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşə yekun vuran prezident İlham Əliyev hələ sovetlər dövründə Azərbaycan idmançılarının mühüm nailiyyətlər qazandığını söyləyib. Lakin müstəqilliyin ilk illərində bütün sahələr kimi, idmanın da tənəzzül dövrü yaşadığını deyib.

Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafı naminə gördüyü işlərdən danışan dövlət başçısı o vaxtdan bəri ölkəni tərk etmiş idmançılarımızın Vətənə qayıtması, yeni idman komplekslərinin yaradılması, beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi, idmanla bağlı bütün qurumların uğurla birgə fəaliyyət göstərməsi sahəsində həyata keçirilən işləri qeyd edib. Gənc idmançılarımızın uğurlarından çox sevindiyini deyən prezident İlham Əliyev bildirib ki, gənclərin qələbəsi müstəqil Azərbaycanın nəyə qadir olduğunu göstərir.

Dövlət başçısı bir daha idmançıları təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Mehriban Əliyeva Avropa Oyunlarının hazırlıq işlərinin yoxladı

altAvqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.
Mehriban Əliyeva əvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov layihə əsasında görülən işlər barədə ətraflı məlumat verib.
Mehriban Əliyevaya stadionun müxtəlif görüntüləri təqdim edilib. Bildirilib ki, stadionda işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur. Mükəmməlliyi ilə diqqəti cəlb edən, 70 min tamaşaçı tutumu olacaq, altımərtəbəli stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan tikinti işlərinin əsas hissəsi başa çatıb. Beynəlxalq standartlara tam cavab verəcək bu idman obyektində əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina, müxtəlif funksiyalı tribunalar və digər infrastruktur tikilir. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq, stadionun ətrafında əsaslı abadlıq və geniş yaşıllaşdırma işləri aparılacaq.
2012-ci ilin noyabrında tammiqyaslı inşasına başlanılan stadionda işlər layihə üzrə nəzərdə tutulduğu kimi gələn ilin fevralında yekunlaşacaq. Beləliklə, Bakı Olimpiya Stadionu gələn il ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarınadək istifadəyə veriləcək.

Tikinti işlərinin gedişi ilə tanış olan birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində görülən təmir işləri ilə tanış olub. Məlumat verilib ki, ümumi ərazisi 46 min kvadratmetr olan kompleksin təmir işlərinin gələn ilin yanvarında başa çatdırılması nəzərdə tutulub. Məşq korpusunun birinci və ikinci mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi yeni keramik örtüklə üzlənib, tavanda son tamamlanma işləri gedir. İdman-Konsert Kompleksi yeni internet şəbəkəsi, təhlükəsizlik və xəbərdarlıq sistemləri ilə təchiz ediləcək. Binada yeni yanğınsöndürmə və videomüşahidə sistemləri də quraşdırılacaq.

Paytaxtın mərkəzində, Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında da əsaslı təmir işləri aparılır. Binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür. Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaqdır. Bakı İdman Sarayında aparılan təmir işləri də birinci Avropa Oyunlarına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva binada aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün Bakı İdman Sarayına gəlib.
Məlumat verilib ki, artıq sarayın yenidənqurma işləri yekunlaşıb, struktur işləri də tamamlanmaq üzrədir. Bildirildi ki, struktur işləri ilə paralel binanın daxili tamamlanma işləri də yerinə yetirilir. Hazırda otaqlar, arakəsmələr və tavan işləri görülür. Qeyd olunub ki, bu idman sarayında müasir havalandırma sistemi qurulur, su və elektrik təchizatı işləri aparılır. Təmir işləri zamanı binanın seysmik dayanıqlığı da nəzərə alınıb. Bunun üçün sarayda xeyli sayda bərkitmə işləri aparılıb. Əlavə olaraq binaya zirzəmi qatından 5 ədəd yanğın çıxışı pilləkən qəfəsləri də qoyulub. Bununla yanaşı, birinci mərtəbədə yanğın üçün 12 təxliyyə qapısı nəzərdə tutulub. Dördmərtəbəli binada 6 müasir lift də quraşdırılıb. Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə oturacaqların sayı artırılaraq 1500-dən 1850-yə çatdırılıb.
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Bakı İdman Sarayının fasad işləri barədə də məlumat verilib. Bildirilib ki, layihəyə uyğun olaraq sarayın fasadının yenidən üzlənməsi işləri həyata keçirilir. Binada təmir işləri ilin sonunadək yekunlaşacaq.

Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırıb və inşaat işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, tikintisinə ötən ilin fevral ayında başlanılan Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu yaradılır. Uzunluğu 50, eni 25 metr olacaq əsas hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Məşq hovuzunun bir hissəsində dərinliyi artırıb-azaltmaq mümkün olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Sarayda keçiriləcək idman yarışlarını 6 min 200 tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Ən vacib məqamlardan biri isə odur ki, idman sarayının enerji tələbatının 25 faizini burada quraşdırılan günəş batareyaları təmin edəcəkdir. Bundan başqa, sarayda fitnes zalları, SPA mərkəzi, trenajor zalları, restoran, 100 nəfərlik konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil dayanacağı yaradılacaq.
Bildirilib ki, xarici və yerli şirkətlərin icra etdiyi tikinti işləri cədvəl üzrə vaxtında başa çatdırılacaq.

"Real" "Barselona"nın təklifini qəbul etməyib

alt

"Real" (Madrid) klubu "Barselona"nın Anxel di Mariyanın transferilə bağlı təklifini rədd edib.

Dalgatv-nin  Qol.Az-a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi argentinalı futbolçu üçün 60 milyon avro təklif etsə də, Madrid klubu futbolçunu əzəli rəqibinə satmayıb.

"Real"ın baş məşqçisi Karlo Ançelotti ötən gün di Mariyanın komandadan getmək istədiyini açıqlamışdı. Lakin futbolçunun yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi məlum deyil. 26 yaşlı futbolçunun "Real"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, di Mariyanın "Mançester Yunayted"ə transfer olunacağı bildirilir.

“Mançester Yunayted“dən rekord pul təklifi

altİngiltərənin "Mançester Yunayted" klubu Anxel Di Mariya üçün rekord büdcə hazırlayıb. 
anspress-in məlumatına görə, bu barədə İngiltərənin nüfuzlu nəşrləri iddia edir. Məlumata görə, İngiltərə Premyer Liqaya "Suonsi Siti" məğlubiyyəti ilə başlayan "Qırmızı şeytanlar"da transfer işləri sürətlənib. 

"Mançester Yunayted"də ilk və ən əhəmiyyətli hədəf "Real Madrid"dən Anxel Di Mariyadır. Yaz mövsümünün əvvəlindən bəri argentinalı oyunçunu düşərgəsinə qatmaq istəyən klub Mariya üçün 100 milyon funt sterlinqlik büdcə ayırıb. 

Toni Kroos və Ceyms Rodriqesi transfer edən "Kral klubu"unun heyətində isə Di Mariyanın forma şansı xeyli azalıb. Bunu görən "Mançester Yunayted" futbolçuya həftəlik 200 min funt sterlinq maaş təklif edib. 

Futbolçunun transferi üçün 50 milyon funt sterlinq ayıran komanda ümumilikdə 100 milyonluq büdcə xərcləməyə hazırdır.

"Futboldan ömürlük uzaqlaşdırılmalıdır”

altPSJ-nin prezidenti Nasser Əl-Xelayfi “Bastiya”nın oyunçusu Brandaonun futbolçuları Tiaqo Mottanı kəllə ilə vurmasına münasibət bildirib.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, Fransa Futbol Federasiyası Brandaonun bu hərəkətinə sərt qiymət verməlidir.

“O, futboldan ömürlük uzaqlaşdırılmalıdır” – deyə PSJ prezidenti bildirib.

Hadisəyə “Bastiya”nın baş məşqçisi Klod Makelele də münasibət açıqlayıb. O qeyd edib ki, Brandaonun hərəkəti idman prinsipləri ilə bir araya sığmır: “Biz ona lazım olan cəzanı verəcəyik”.

Xatırladaq ki, insident PSJ – “Bastiya” oyunundan sonra baş verib. Brandao Mottanı kəllə ilə vurub. Nəticədə italiyalı oyunçunun burnu qırılıb.

"Neftçi" ilk qələbəsini qazandı

alt"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirib.

Bakı təmsilçisi paytaxtın eyni adlı klubunu "Bakcell Arena"da qəbul edib. Matç "ağ-qara"ların 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Saytda Axtarış

Son xəbərlər