Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2593
DünənDünən1228
Bu həftəBu həftə2593
Bu ayBu ay12129
Bu günə qədərBu günə qədər7500346

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Azərbaycanlı atletdən ardıcıl rekordlar

Türkiyə yığması üçün yarışan azərbaycanlı atlet Ramin Quliyev 200 metrə qaçış üzrə Türkiyə rekordunu yeniləyib.

Dalgatv-nin  Apasport.az-a istinadən məlumatına görə, Quliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Dünya Challenge” yarışlarında 200 metr məsafəni 19.88 saniyəyə qaçaraq yeni rekord müəyyənləşdirib.

Həmyerlimiz bu nəticə ilə bu ilin 6-cı, bütün zamanların isə 34-cü ən yaxşı nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, bundan əvvəlki rekord da həmyerlimizə məxsus idi. O, Pekində keçirilən dünya çempionatında 200 metri 20.01 saniyəyə qaçaraq bundan əvvəlki ən yaxşı nəticəni təyin eləmişdi.

Gürcüstan Futbol Federasiyasının prezidenti istefa verib

Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava istefa verib. 

"Dalğa TV"- nin məlumatına görə, bu barədə "Rustavi-2"yə GFF-dən bildirilib.

Oktyabrın 3-də keçiriləcək yeni seçkilərədək bu vəzifəni vitse-prezident Aleksandr Çivadze icra edəcək. Z.Siçinava qərarı təzyiq altında qəbul etmədiyini bildirib. Amma o, namizədlərdən birinin "Dövlət məmurları federasiyanın işinə qarışmalıdır" açıqlamasına etiraz olaraq bu addımı atdığını bildirib: "Mən hesab edirəm ki, bu, düzgün deyil. Bu səbəbdən,elə bu gün istefa verirəm və Nizamnaməyə əsasən, sabahdan Çivadze prezident səlahiyyətlərini yerinə yetirəcək".

Qeyd edək ki, Zviad Siçinava GFF-ə 6 il müddətində rəhbərlik edib. Onun fəaliyyətinin pik nöqtəsi dekabrın 12-də İspaniyanın "Barselona" və "Sevilya" komandaları arasında Tbilisidə keçirilmiş UEFA Superkuboku matçı olub. O, növbəti seçkidə namizədliyini irəli sürməyəcək. 

18 yaşlı futbolçu məşq zamanı öldü

Yunanıstanın “Veriya” klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə klubun açıqlamasında bildirilir.

Məlumata əsasən, 18 yaşlı idmançı komanda ilə birgə məşq edərkən özünü pis hiss edib və huşunu itirib. Stelios Markusis dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir.

Qeyd edək ki, “Veriya” klubu Yunanıstan çempionatında iki turdan sonra 5-ci pilləni tutur.

Qarabağ yeni transfer edib

Bu mövsüm də Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ" daha bir transfer edib.

Qol.Az-ın məlumatına görə, Ağdam klubu isveçrəli hücumçu Samuel Armenterosu heyətinə cəlb edib.

Peşəkar karyerasına Hollandiyanın “Herenven” klubundan başlayan 25 yaşlı futbolçu "Anderlext"dən transfer olunub.

O icarə əsasında Hollandiyanın "Feyenord" klubunda da oynayıb.

“Qəbələ” paraqvaylı futbolçunu transfer edib - RƏSMİ

“Qəbələ” klubu paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini transfer edib.

APA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, “transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan “qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb.

Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının “İnter” klubunun formasını geyinib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarında çıxış edib.

“Qarabağ” “Tottenhem”, “Qəbələ” isə “Borussiya” ilə oynayacaq

Avropa Liqasının qrup turnirinin püşkatma mərasimi baş tutub.

 

 

 

"DalğaTV" xəbər verir ki, “Qarabağ” və “Qəbələ”nin rəqibləri məlum olub.

 

“Qəbələ” dortmundlu “Borussiya”, yunan PAOK və Rusiyanın “Krasnodar”ı ilə “C” qrupuna düşüb.

“Qarabağ” ingilis “Tottenhem”, belçikalı “Anderleht” və fransız “Monako”su ilə oynayacaq.

Püşkatmanın yekunu:

“A” qrupu: “Ayaks”, “Seltik”, “Fenerbahçe”, “Molde”.

“В” qrupu: “Rubin”, “Liverpul”, “Bordo”, “Syon”.

“С” qrupu: “Borussiya”, PАОK, “Krasnodar”, “Qəbələ”.

“D” qrupu: “Napoli”, “Byüqqe”, “Legiya”, “Midtyuland”.

“Е” qrupu: “Vilyarreal”, “Viktoriya”, “Rapid”, “Dinamo” (Minsk).

“F” qrupu: “Olimpik”, “Braqa”, “Slovan”, “Qroningen”.

“G” qrupu: “Dnepr”, “Latsio”, “Sent-Eyten”, “Rusenborq”.

“H” qrupu: “Sportinq”, “Beşiktaş”, “Lokomotiv”, “Skenderbeu”.

“I” qrupu: “Bazel”, “Fiorentina”, “Lex”, “Belenenseş”.

“J” qrupu: “Tottenhem”, “Аnderleht”, “Monako”, “Qarabağ”.

“K” qrupu: “Şalke04”, АPOEl, “Sparta”, “Asteras”.

“L” qrupu: “Atletik”, “Az Alkmaar”, “Auqsburq”, “Partizan”.

Avropa Liqası: “Qarabağ” və “Qəbələ” pley-off mərhələsinin cavab oyunlarına çıxacaqlar

Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.


Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək. Səfərdə qazanılan minimal hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxacaq ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlamaq niyyətindədir. Keçən il Hollandiyanın “Tvente” klubunu məğlub edərək tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində iştirak etmiş “köhlən atlar” ikinci dəfə, həm də ardıcıl olaraq eyni uğuru təkrarlayaraq Azərbaycan futbolu tarixində yeni səhifə açmaq istəyir.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq. Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən “qırmızı-qaralar” ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşma olacaq. Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq.

UEFA Avropa Liqası

Pley-off, cavab oyunları

27 avqust

21:00. “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 1:0

23:00. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

 Afina. Apoastolos Nikolaidis stadionu

İlk oyun – 0:0

Avropanın ən yaxşısı kim olacaq: Messi, Ronaldo, yoxsa Suares?

Bu gün Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçularının adları bəlli olacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində UEFA həm kişi, həm qadın futbolçular arasında ən yaxşını mükafatlandıracaq.



5-ci dəfə keçirilən sorğunun əvvəlki qalibləri argentinalı Lionel Messi (2011), ispaniyalı Andres İnyesta (2012), fransalı Frank Riberi (2013) və portuqaliyalı Kriştianu Ronaldo (2014) olub. Bu dəfə də namizədlər arasında yer alan Messi və Ronaldonun 3-cü rəqibi uruqvaylı Luis Suaresdi.

Qadın futbolçular arasında isə fransalı Amandin Anri, almaniyalılar Cenifer Morojan, Sella Şaşiç ən yaxşı adına iddia edir. 3-cü dəfə keçirilən sorğunun əvvəlki qalibləri də Bundestimin üzvləri olub. Nadin Anqerer 2013, Nadin Kessler 2014-cü ildə mükafata sahib çıxıb.

Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi başa çatdı

alt

Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak ediblər.

Avropa Oyunları iyunun 28-dək davam edəcək. Avropanın 6 mindən çox idmançısı 17 yarış günündə ölkələrini təmsil edəcək.


...22:43...

Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi.

...22:35...
Milli Olimpiya stadionuna Avropa Olimpiya Komitəsinin bayrağı gətirilib.

ANS PRESS-in məlumatına görə, bayrağı Avropanın müxtəlif yerlərindən olan səkkiz tanınmış qadın və kişi idmançı gətirib.

Bayrağı Azərbaycan və Türkiyə daxil olmaqla, Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış idmançı gətirib.


...22:16...

Bakı Milli Olimpiya Stadionunda idmançıların paradı başa çatıb.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində paraddan sonra tanınmış müğənni Ledi Gaga mahnı ifa edib. Piano arxasında əyləşərək, Lady Gaga “İmagine” (Xəyal Et) mahnısını ifa edib. Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir

...21:59...

Bakı Milli Olimpiya Stadionunda I Avropa Oyunlarında iştirak edən idmançıların paradı keçirilir.

ANS PRESS-in məlumatına görə, paradda ilk olaraq Yunanıstan idmançıları gedib. Bu isə Olimpiya Oyunlarını dünyaya bəxş edən ölkəyə hörmət əlamətidir.

Qeyd edək ki, birinci Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançı çıxış edəcək.

...21:00...

Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarına rəsmən start verildi.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin başda olmaqla dünyanın bir çox ölkəsinin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri iştirak edir.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar hələ 2012-ci ilin dekabrında, Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs lehinə olmaqla ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərara alınıb.

Avropa Oyunları ilə əlaqədar Bakıya yürüş edən Xorvatiya velosipedçiləri Gürcüstana çatıblar

altMayın 5-də Xorvatiyadan Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar yürüşэ başlayan “Pedalinac” velosiped klubunun 5 üzvü bu gün təxminən 3 min 200 kilometr məsafə qət edərək Tiflisə çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Gürcüstan Milli Olimpiya Komitəsində Xorvatiya velosipedçilərinin qarşılanma mərasimi keçirilib. Tədbirdə Gürcüstan Gənclər və İdman Nazirliyinin departament rəisi İrakli Dolabrelidze, Milli Olimpiya Komitəsinin sədr müavini Elquca Berişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Samirə Ağayeva, Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze velosipedçiləri salamlayıblar.

İ. Dolabrelidze Bakıda keçiriləcək ilk Avropa Oyunlarının böyük əhəmiyyət daşıdığını deyib və bu oyunları təşkil etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Xorvatiyalı velosipedçi Mladen Qaqeşa 32 gün yol gəldiklərini söyləyib: “Gürcüstanda belə isti qarşılanma mərasimi üçün Gürcüstan və Azərbaycan rəsmilərinə təşəkkür edirik. Biz Xorvatiyadan mayın 5-də yola çıxmışıq. 32 günlük yürüş çərçivəsində Xorvatiya, Monteneqro, Albaniya, Makedoniya, Yunanıstan, Bolqarıstan, Türkiyə ərazilərindən keçərək Gürcüstana gəlmişik. Sabah tezdən Bakıya yola düşürük. Bizim üçün şərəfdir ki, Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyik”.

Görüşdən sonra Xorvatiya velosipedçiləri Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə baş çəkiblər.

Ronaldo üçün çılğın təklif

alt"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldoya fantastik təklif gəlib. 

ANS PRESS-in məlumatına görə, Fransa çempionu PSJ portuqaliyalı futbolçu üçün "Real Madrid"ə 125 milyon avro təklif edib.

Fransız klubunun sahibi Əl Xəlaifi iki ildir UEFA tərəfindən qoyulan transfer limiti səbəbiylə ala bilmədiyi Ronaldonu bu dəfə klub sıralarına qata bilər. 30 yaşındakı təcrübəli oyunçu da PSJ-in təklifinə müsbət baxır. 

"Real Madrid" klubunun prezidenti Florentino Perez isə Ronaldo ilə yola davam etmək istəyir. Ancaq təcrübəli futbolçunun ayrılmaq istəməsi vəziyyəti tamam dəyişib. İddialara görə, ispan klubuna Ronaldo üçün PSJ ilə yanaşı köhnə klubu "Mançester Yunayted" də təklif göndərib. 

Qeyd edək ki, Kriştiano Ronaldo 6 ildir formasını geydiyi "Real Madrid"də 310 qol vuraraq klub tarixinə düşüb. Portuqaliyalı ulduz Raulun 323 qolluq rekorduna yaxınlaşıb.

“I Avropa Oyunları idman tarixində yeni səhifə açacaq” - Elmar Məmmədyarov

alt“Avropa Olimpiya Komitəsi uzun illər Avropa qitə, multi-idman oyunları keçirməyi arzu edib. Asiya və digər regional Oyunların olmasına baxmayaraq, Avropa Oyunları keçirilməyib və bu, bir qədər ədalətsiz idi”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business year" jurnalına müsahibəsində deyib.

Nazir əmin olduğunu bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları qitə idmanı tarixində yeni səhifə açacaq və əməkdaşlıq üçün yeni perspektivlər və imkanlar yaradacaq.

Onun sözlərinə əsasən, idman mədəniyyətlərin və regionların yaxınlaşmasında, sülh və tolerantlığın möhkəmləndirilməsinə unikal rol oynayır. 

Saytda Axtarış

Son xəbərlər