Dalga Televiziyasi “Qəbələ” paraqvaylı futbolçunu transfer edib - RƏSMİ
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2380
DünənDünən1228
Bu həftəBu həftə2380
Bu ayBu ay11916
Bu günə qədərBu günə qədər7500133

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Qəbələ” paraqvaylı futbolçunu transfer edib - RƏSMİ

“Qəbələ” klubu paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini transfer edib.

APA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, “transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan “qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb.

Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının “İnter” klubunun formasını geyinib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarında çıxış edib.

Saytda Axtarış

Son xəbərlər