Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2429
DünənDünən1228
Bu həftəBu həftə2429
Bu ayBu ay11965
Bu günə qədərBu günə qədər7500182

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Ilham Əliyev Olimpiya Stadionunda

altPrezident İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olublar.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verib.

Təməli 2011-ci ilin iyununda qoyulan stadionunun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.

Sonra İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, stadionun interyerində də son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan ilk Avropa Oyunlarına sürətlə hazırlaşır. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşasında da işlər sürətlə davam etdirilir.

Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

Bakı klubunun baş məşqçisi Gürcüstan millisində

altBakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi təyin edilib.

ANS PRESS Trend-ə istinadən xəbər verir ki, K.Sxadadze ilə müqaviləni bu gün Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıb.

Müqavilə hələlik millinin iki oyunu - Malta ilə yoldaşlıq oyunu və Avro-2016 çərçivəsində Almaniya ilə oyun üçün nəzərdə tutulub.

2015-ci il iyunun 1-dən K.Sxadadze ilə iki il müddətinə yeni müqavilə rəsmiləşdiriləcək.

Həmin tarixdən gürcü məşqçi "İnter"i tərk edəcək.

Qeyd edək ki, "İnter" rəhbərliyi K.Sxadadzenin iki oyunluq müqavilə imzalamasına rəsmi razılığını verib.

Güləş üzrə Azərbaycan çempionatı başa çatdı

alt

Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində 70 pəhləvan mübarizə aparıb.

75 kq

Final - Samran Nəsibov - Niyaməddin İbrahimov 0:9
Bürünc medal görüşü - Şəmistan Quluzadə - Nicat Sadıqov 4:1
Bürünc medal görüşü - Əmrah Mazanov - Hacımurad Bağmanov 5:2

80 kq

Final - Rafiq Hüseynov - Elvin Mürsəliyev 2:2*
Bürünc medal görüşü - Emil Həmidov - Fuad Əliyev 0:4
Bürünc medal görüşü - Məhəmmədəli Məhəmmədəliyev - Emin Əhmədov 7:5

85 kq

Final - İslam Abbasov - Şəhriyar Məmmədov 5:0
Bürünc medal görüşü - Anar Rəsulzadə - Tural Daşdəmirov 0:5
Bürünc medal görüşü - Orxan Qətranov - Soltan İsmayılov 0:5

98 kq

Final - Türmən Eyyubov - Zamir Məhəmmədov 1:0
Bürünc medal görüşü - Əli Həsənov - Namik Kamilov 2:0
Bürünc medal görüşü - Rüfət Hüseynov - Saman Təhmasibi +:- (zədə)

130 kq

Final - Valera Rodriqes - Sabah Şəriəti 0:5
Bürünc medal görüşü - Rza Abdullazadə - Səbuhi Hümbətov 6:3
Bürünc medal görüşü - Hacımurad Çöpsiyev - Qoşa Davitadze 2:4

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunublar.

Türkiyədə futbolçu hakimin burunu sındırıb.

altTürkiyədə futbolçu hakimin burunu sındırıb.

ANS PRESS-in məlumatına görə, hadisə həvəskarlar liqasında baş verib.

"Çankırı Karatekinspor"un kapitanı Ramazan Koç "Kızılırmakspor"la oyunda baş hakim Birkan Kanat tərəfindən meydandan qovulub. Ramazan Koçla Birkan Kanatın yolları bu günlərdə başqa bir oyunda yenidən kəsişib. Birkan Kanat bu oyunda hakimlik etməyib. Sadəcə hakim yoldaşının oyununu izləyib.

Onu meydançada görən Ramazan Koç ədalət təmsilçisini döyməyə başlayıb. Nəticədə Birkan Kanatın burnu qırılıb və gözlərinin altı qaralıb.

Qırmızı kart görən futbolçu sahəyə bıçaqla qayıtdı

altSakaryada birinci həvəskar liqasında oynanan matçda qırmızı kartla oyundan atılan futbolçu soyunub-geyinmə otağından aldığı bıçaqla sahəyə girmək istəyəndə saxlanılıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Akyazı Kuzuluk sintetik meydançasında Pazarköy Təhsil İdman klubu ilə Kuzulukspor qarşılaşıb. Matçın 80-ci dəqiqəsində matçın hakimi Yunus Yıldırım Pazarköy Eğitimsporlu Yavuz Qırğı ilə Kuzuluksporlu Həmzə Sarıya qırmızı kart göstərərək meydançadan qovub. Matçın son dəqiqələrində qırmızı kart görməsinə hirslənən Kuzuluksporlu Həmzə Sarı, soyunub-geyinmə otağına getdikdən sonra oradan götürdüyü bıçaqla sahəyə girmək istəyib. Əlində bıçaqla meydançanın girişinə qədər gələn üzərində forma olan futbolçunu sahə içərisindəki asayişə nəzarət edənlər son anda görərək mane olub.

Möhkəm tutduğu bıçaqla yaxalanan futbolçu daha sonra ağıran jandarmlar tərəfindən saxlanılıb. Pazarköy Eğitimsporlu futbolçu, eyni zamanda vəkil da olan Yavuz Qırğı Həmzə Sarıdan şikayətçi olub. Sarı bu səbəbdən ifadəsi alınmaq üçün jandarm polis bölməsinə aparılıb. Pazarköy Eğitimsporlu rəhbərlər daha sonra şikayətdən imtina edib.

Devid Bekhem oğlu ilə birlikdə yol qəzasına düşüb

altİngiltərə yığma komandasının keçmiş kapitanı Devid Bekhem avtomobil qəzasına düşüb.


APA-nın “İnterfaks”-a istinadən verdiyi xəbərə görə, “Mançester Yunayted” və “Real” komandalarının sabiq hücumçusu “Arsenal” futbol klubunun U-15 komandasında çıxış edən Bruklinlə birlikdə avtomobildə hərəkət edərkən yol qəzasına uğrayıb. Qəzanın təfərrüatları açıqlanmır. Bəzi məlumatlara görə, qəza nəticəsinə 37 yaşlı Bekhem çiynindən yüngül zədə alıb, oğlu isə heç bir xəsarət almayıb.

Patrik Hikki: “Ermənistan Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək”

alt"Ermənistan tərəfi Bakı-2015 Avropa Oyunlarında iştirakını təsdiqləyib". APA-nın xəbərinə görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilən mətbuat konfransında deyib: "Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə Ermənistanda oldum. Ermənistanla danışıqlar normal keçdi. Erməni tərəfi həmçinin indi başa çatan Baş Assambleyada iştirak edib. Ermənistanı təmsil edən iki nümayəndə ilə müzakirələr apardım. Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq".


Pattik Hakkinin sözlərinə görə, Olimpiya oyunlarına hazırlıq üçün ölkələrə 5-7 il vaxt verilir. Azərbaycan isə bu işləri 2 ildə yüksək səviyyədə yerinə yetirir.

Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə isə Olimpiya Oyunlarından və qaydalardan danışıb. O bildirib ki, 20 idman növü üzrə yarışlar keçiriləcək. Yeni qaydalara əsasən, güləşin hər üç növü üzrə 6 çəki qaydası saxlanılıb. Bu, Beynəlxalq Güləş Federasiyasının qəbul etdiyi qərardır.

Patrik Hikki: “Ermənistan Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək”

alt"Ermənistan tərəfi Bakı-2015 Avropa Oyunlarında iştirakını təsdiqləyib". APA-nın xəbərinə görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilən mətbuat konfransında deyib: "Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə Ermənistanda oldum. Ermənistanla danışıqlar normal keçdi. Erməni tərəfi həmçinin indi başa çatan Baş Assambleyada iştirak edib. Ermənistanı təmsil edən iki nümayəndə ilə müzakirələr apardım. Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq".


Pattik Hakkinin sözlərinə görə, Olimpiya oyunlarına hazırlıq üçün ölkələrə 5-7 il vaxt verilir. Azərbaycan isə bu işləri 2 ildə yüksək səviyyədə yerinə yetirir.

Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə isə Olimpiya Oyunlarından və qaydalardan danışıb. O bildirib ki, 20 idman növü üzrə yarışlar keçiriləcək. Yeni qaydalara əsasən, güləşin hər üç növü üzrə 6 çəki qaydası saxlanılıb. Bu, Beynəlxalq Güləş Federasiyasının qəbul etdiyi qərardır.

Bekhemin oğlu "Arsenal"da oynayacaq (FOTO)

altDevid Bekhemin böyük oğlu “Arsenal” klubu ilə saziş bağlayıb. ANS PRESS-in məlumatına görə, İngiltərə yığmasının keçmiş oyunçusu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem London “Arsenal”ında kariyerasına başlayıb.

15 yaşlı oyunçu ilə razılıq bu mövsümün sonuna kimi imzalanıb. Əgər Bruklin özünü müsbət tərəfdən göstərə bilsə, onunla çoxillik müqavilə imzalanacaq.

O da bildirilir ki, “Çelsi” və “Mançester Yunayted” klublarının ona marağına baxmayaraq “Arsenal” futbolçu ilə razılığa gələ bilib. Oyunçunun atası 14 il ərzində “qırmızı şeytanlar” üçün oynayıb və ehtimal olunurdu ki, Bruklin futbolla orada məşğul olmağa başlayacaq.

Bekhem ailəsinin böyük oğlu özünü daha əvvəl fotomodel kimi sınayıb. O, xüsusilə “Man About Town” (Elit təbəqə) jurnalı üçün çəkilib.

Bruklindən başqa London klubunun tərkibində Devid Bekhemin 12 yaşlı ortancıl oğlu Romeo da çıxış edir. O, 13 yaşdan yuxarı olmayan oyunçuların komandasını təmsil edir.

Türkiyə-Braziliya matçı olacaq

altTürkiyə ilə Braziliya arasında hazırlıq oyunu baş tutacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ev sahibliyi edəcəyi matç Şükrü Saracoğlu Stadında baş tutacaq. Azərbaycan futbol həvəskarlarının yaxından təqib etdiyi matç 12 noyabr tarixində keçiriləcək və oyun Türkiyənin "Show TV" kanalından canlı yayımlanacaq.

Qarşılaşmaya dünya şöhrətli ulduzlar damğasını vuracaq. Belə ki, Braziliya yığmasının heyətində David Luiz, Oskar, Neymar kimi tanınmış futbolçular çıxış edəcək.

Bu oyunla Qazaxıstan matçına hazırlaşan Türkiyə millisi isə hər iki oyunda qələbə qazanmaq niyyətindədir.

Hər iki oyun üçün Türkiyə millisinin heyəti də açıqlanıb:

Qapıçılar: Volkan Dəmirəl, Volkan Babacan, Harun Tekin.

Müdafiə: Tarık Çamdalı, Gökhan Gönül, Kaan Ayhan, Sərdar Əziz, Bəkir İrtəgün, Semih Kaya, Caner Erkin, İsmayıl Köybaşı.

Yarımmüdafiəçilər: Hamit Altıntop, Mehmet Ekici, Səlcuq İnan, Bilal Qısa, Oğuzhan Özyakup, Alper Potuk, Mehmet Topal, Ozan Tufan.

Hücum: Adəm Böyük, Volkan Şən, Gökhan Törə, Olcay Şahan, Arda Turan, Umut Bulut, Mevlüt Erdinç, Mustafa Pektemək, Burak Yılmaz.

Cavid Qurbanov qızlara himn yazdı

altBirinci ol, qalib ol – Azəryol... Azəryol!”

“Azəryol” voleybol klubunun bazasında 2014-2015-ci il mövsümünün açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Cavid Qurbanovun rəhbəlik etdiyi klubun tədbirində “Azəryol”un öz talismanı - “Yola” təqdim olunub. Mərasimdə “Azəryol”un şərəfini qoruyacaq oyunçular təqdim edilib. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, əməkdar məşqçi Faiq Qarayev çıxış edərək Cavid Qurbanova təşəkkür edib, həm öz adından, həm də Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun adından “Azəryol”a yeni mövsümdə uğurlar arzulayıb.

Klubun prezidenti Cavid Qurbanov çıxışında qeyd edib ki, bu gün ölkəmizdə idmana və idmançilara prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı göz qabağındadır. Mərasimdə “Azəryol” voleybol klubunun himni təqdim edilib. Sportnet.az-ın məlumatına görə himnin sözlərinin müəllifi C. Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.

***

Uzağı yaxın edər

Rəvandır yollarımız.

Sahillər birləşdirən

Körpülər qollarımız.

Qələbəyə aparar

Vətən övladlarımız.

Şan-şöhrətli ölkəmə

Bəlli uğurlarımız,

Birinci ol, qalib ol –

Azəryol... Azəryol!

***

Bayrağını sancdığın

Bu zirvələr sənindir.

Qazandığın qələbə,

Hər uğur vətənindir –

Yurdumun torpağında

Kök atıb bitənindir.

Azərbaycan adıyla

Sən həmişə qalib ol –

Azəryol... Azəryol!

“Qalatasaray” “Fənərbaxça”nı iki dəqiqədə yendi

altTürkiyə çempiontanın bu gün keçirilən 6-cı turunun məırkəzi oyunu “Qalatasay”-“Fənərbaxça” derbisi olub. Modern.az saytı xəbər verir ki, 88 dəqiqə rəqibindən üstün oyun nümayiş etdirməsinə baxmayaraq “Qalatasaray” əzəli rəqibinin qapısına yol tapa bilməyib. Oyunun 88-ci dəqiqəsində “Cim-bom”un hollandiyalı ulduz oyunçusu Vesley Sneyder cərimə meydançasının kənarından vurduğu qarşısıalınmaz zərbə ilə hesabı açıb. Bundan 2 dəqiqə sonra Sneyder daha bir dəfə fərqlənib. “Fənərbaxça” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Oyunun əsas vaxtına əlavə olunan 5-ci dəqiqədə Alper Potuk hesab arasındakı fərqi birə endirib. Beləliklə, “Qalatasaray” əzəli rəqibini 2:1 hesabı ilə məğlub edib.

Saytda Axtarış

Son xəbərlər