Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün686
DünənDünən3410
Bu həftəBu həftə4096
Bu ayBu ay13632
Bu günə qədərBu günə qədər7501849

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Fətullah Gülənin qardaşı tutuldu

alt

Fətullahçı Terror Təşkilatının başçısı Fətullah Gülənin axtarışda olan qardaşı Qütbəddin Gülən saxlanılıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FETÖ araşdırması çərçivəsində "silahlı terror təşkilatı üzvü olmaq" cinayəti ilə axtarışda olan Qütbəddin Gülənin Gaziemir rayonunda bir qohumunun evində olduğu müəyyən edilib. Polisin keçirdiyi axtarış-əməliyyat nəticəsində o, İzmirdə saxlanılıb.

Qütbəddin Gülən Terrorla Mübarizə İdarəsinə aparılıb.

İŞİD-çi idmançı millimizə necə gəlib?

Azərbaycan Güləş millisinin sabiq üzvü Çamsulvara Çamsulvarayevin Suriyada İŞİD terror təşkilatının tərkibində öldürülməsi dünya mediasında səs-küyə səbəb olub. Vaxtilə komandamız üçün önəmli simalardan sayılan idmançının radikal dini qruplaşmaların tərkibində döyüşməsi ölkəmizdə də birmənalı qarşılanmayıb.

Bəs, Çamsulvara Çamsulvarayev kimdir?

9 sentyabr 1984-cü ildə Rusiyanın Serqoqala şəhərində doğulan idmançı dağıstanlıdır. 2007-cu ildən Azərbaycan yığmasının şərəfini qorumuş güləşçi yığmamızın heyətində bir neçə turnirdə fəxri kürsüyə qalxıb. Çamsulvara Çamsulvarayev 2007-ci ildə Sofiyada keçirilən Avropa çempionatında bürünc medal əldə edib. Daha sonra 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bundan başqa 2008-ci ildə Tamperedə keçirilən Avropa çempionatında bürünc medal, 2009-ci ildə Herninqdə keçirilən Dünya çempionatında gümüş medal, 2009-cu ildə Vilnüsdə keçirilən Avropa çempionatında qızıl medalı boynundan asıb. Sonuncu dəfə 2010-cu ildə Bakıda keçirilən güləş üzrə Avropa Çempionatında bürünc medal qazanıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında da millimizi təmsil edən idmançı uğursuz çıxış edib.

İdmandan uzaqlaşdıqdan sonra Çamsulvara idmandan tamamilə getmiş və radikal qüvvələrə qoşulmuşdur. İŞİD terror təşkilatının sıralarında döyüşən idmançı 28 sentyabr 2016-cı ildə İraqın Mosul şəhərində güllələnib. Güləşçinin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Əcnəbi idmançıların milliyə gətirilməsi zaman-zaman mediada müzakirələrə səbəb olur. Statistikaya nəzər salanda əksəriyyətinin uğursuz olduğu üzə çıxıb.

Çamsulvaranın da milliləşdirilməsində Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti, əslən dağıstanlı Maqomed Aliomarovun adı hallanır. O, London Olimpiadasında qadınlardan ibarət yığmamızda baş məşqçi kimi də işləyib.

Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib

Milli Gimnastika Arenasında  42-ci Ümumdünya Şahmat Olimpiadasının  təntənəli bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət rəsmiləri iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra qaliblər mükafatlandırılıb. Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.

Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.

Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə bağlı videoçarx nümayiş olunub.

Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin çıxışı ilə davam edib.

Qeyd edək ki,  sentyabrın 2-dən start götürən və Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşən Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.

Qeyd edək ki, kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb.   Ukrayna  ikinci yeri, Rusiya millisi isə üçüncü yeri tutub. Azərbaycanın əsas komandası 15 xalla yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

Azərbaycan cüdoçusu “Rio-2016” Paralimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) “Rio-2016” Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

APA-nın xəbərinə görə, Bayram Mustafayev ¼ finalda braziliyalı Halison Oliviera Botoya qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda cüdoçumuz yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələrək finala yüksəlib.

Həlledici  görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi istefa verib

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Hoçson istefa verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə R. Hocson AVRO-2016 çərçivəsində keçirilən İngiltərə-İslandiya oyunundan sonra deyib.

"Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”, - R. Hocson deyib.

Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk etmək məcburiyyətində qalıb.

Avropa Liqasında "Samtredia" - "Qəbələ" matçı Tbilisidə keçirilməyəcək

"Qəbələ"nin Gürcüstan "Samtredia"sı ilə futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi cavab görüşünün məkanı müəyyənləşib.

"Dalğa TV"nin qonşu ölkə mətbuatına istinadən verdiyi məlumata görə, oyun paytaxt Tbilisidə deyil, Zestafonidə təşkil olunacaq.
Komandalar iyulun 7-də David Abaşidze adına stadionda üz-üzə gələcəklər. 4500 tamaşaçı tutumuna malik arenada 2012-ci ilin yayında "Neftçi" "Zestafoni" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gəlib. Oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, "Qəbələ" və "Samtredia" komandaları arasındakı ilk görüş iyunun 30-da "Bakcell Arena"da baş tutacaq.

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyən olacaq

Bu gün UEFA Çempionlar Liqasının final matçı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulacaq.

Milanda keçiriləcək həlledici qarşılaşmada İspaniyanın 2 klubu – "Real" və "Atletiko" üz-üzə gələcək. "San Siro"da baş tutacaq Madrid derbisində kimin qalib ayrılacağı maraqla gözlənilir.

Rəqibinə nisbətən Çempionlar Liqası təcrübəsi daha çox olan "Real" həlledici qarşılaşmanın favoriti hesab olunur. "Kral klubu" bu vaxta qədər 10 dəfə bu turnirin qalibi olub ki, bu da rekord göstəricidir.

Komandaların heyətində ciddi itki yoxdu. "Real"ın lideri Kriştianu Ronaldo mayın 24-də zədələnərək, məşqi yarımçıq tərk etsə də, tibbi müayinədən sonra zədənin ciddi olmadığı üzə çıxmış və portuqaliyalı dünəndən etibarən yenidən kollektivə qoşulmuşdu.

Bu isə o deməkdi ki, Ronaldo həlledici qarşılaşmada komandasına kömək edə biləcək. "Atletiko"da isə yalnız Xesus Qames zədəlidi.

Çempionlar Liqası

Final

28 may

22:45. "Real" (Madrid, İspaniya) – "Atletiko" (İspaniya)

Baş hakim: Mark Klattenburq
Milan. "San Siro" stadionu

Azərbaycanlı döyüşçü Moskvada qalib gəldi – VİDEO

Abbasov rəqibinə heç bir şans verməyib.

Azərbaycanlı qaydasız döyüş ustası Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən MMA üzrə “Fight Nights Global 48” turnirində uğurla çıxış edib.

Oxu.Az xəbər verir ki, 70,3 kq qədər çəki kateqoriyasında Nəriman Abbasov İslam Beqidov ilə görüşüb.

Abbasov rəqibinə heç bir şans verməyərək, qələbəni bayram edib.

Neymarın La Liqada vurduğu 24 qol – VİDEO

 

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub Böyüt

Mustafa Dənizlinin istfasından sonra baş məşqçi problemini həll edə bilməyən Türkiyənin "Qalatasaray" idman klubunun futbol komandasını mövsümün sonuna qədər çalışdıracaq mütəxəssisin adı açıqlanıb.

"Dalğa TV"nin klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hollandiyalı Yan Olde Reykerink (Jan Olde Riekerink) "Qalatasaray"ın baş məşqçisi təyin olunub. O, mövsümün sonuna qədər komandanı idarə edəcək.

Qeyd edək ki, Y. Reykerink bu yaxınlarda "Qalatasaray"ın aşağı yaş qruplarına aid komandalarının rəhbəri vəzifəsinə gətirilib. O, sezon başa çatdıqdan sonra yenidən həmin vəzifəyə dönəcək.

Məşhur tennisçi Mariya Şarapovada dopinq aşkar olunub

Məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparatın aşkar edilməsini bəyan edib.

"Dalğa TV"nin "Sport-Ekspress"-ə istinadən verdiyi xəbərə görə, bu barədə M.Şarapova keçirdiyi mətbuat-konfransında bildirib.

"Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, "Australian Open" turnirində götürülən dopinq-test müsbət nəticə verib", deyə M.Şarapova qeyd edib.

Məşhur tennisçinin orqanizmində 2016-cı iin yanvarında qadağan edilən meldoniy preparatı aşkar edilib. Mariya Şarapova bildirib ki, 10 il ərzində adıçəkilən preparatı qəbul edib.

“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılıb

Türkiyənin "Qalatasaray"; klubu UEFA tərəfindən cəzalandırılıb. "Dalğa TV"nin "Milliyet" qəzetinə istinadən məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb..


"Cim-bom"un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.

Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan "Qalatasaray"a güzəşt etməyib. "Aslan" avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il avrokuboklara vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.

Saytda Axtarış

Son xəbərlər