Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1185
DünənDünən3410
Bu həftəBu həftə4595
Bu ayBu ay14131
Bu günə qədərBu günə qədər7502348

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Dünya çempionu: “Bakı-2015” Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçiriləcək”

alt“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir”.

Bunu karate üzrə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev deyib.

O, cəmiyyətimizin “Bakı-2015” Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşdığını qeyd edib və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin bütün hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirdiyini bildirib.

Dünya çempionu bütün Azərbaycan vətəndaşlarının Oyunların yüksək səviyyədə keçirilməsi üçün həmrəy olduqlarını vurğulayıb: “Hər kəs şahid olacaq ki, “Bakı-2015” Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək. Bəzi qüvvələr Azərbaycanın uğurlarını istəmirlər. Onlar qaryaxma kampaniyaları keçirərək, ölkəmizin uğurlarına kölgə salmaq niyyətindədirlər. Amma bu, mümkün deyil. Hər kəs prosesləri izləyir. Bütün Azərbaycan vətəndaşları və dünya belə kampaniyaların əsassız olduğunu bilir. Belə hallar ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman da baş vermişdi. Azərbaycan uğurlar əldə edəndə bəzi qüvvələr işə düşürlər və qarayaxmalara başlayırlar. Ancaq müstəqil Azərbaycana qarşı belə qarayaxmalarla heç nə əldə edə bilməyəcəklər. “Bakı-2015” I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və inanıram ki, Azərbaycan idmançıları da yüksək nəticələrlə xalqımızı sevindirəcəklər”.

Azərbaycan idmançıları karate üzrə dünya çempionatında 40 medal qazanıblar

altTbilisidə karatenin şotakan növü üzrə keçirilən VI dünya çempionatı başa çatıb.

Azərbaycanın 6 yaşdan 14 yaşadək olan oğlan və qız karateçilərindən sonra tatami üzərinə 15-16 və 17 yaşadək idmançıları çıxıb. Yeniyetmələrimiz mübarizədən 4 qızıl, 3 gümüş və 6 bürünc medalla ayrılıblar.

Sonra tatamiyə 18 yaşdan yuxarı və veteran karateçilər təşrif buyurublar. Azərbaycan karateçiləri bu dəfə 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.

Azərbaycan idmançıları karatenin kumite növü üzrə yarışlarda da uğurlu çıxış ediblər. Kumite yarışlarını idmançılarımız üçüncü yerdə başa vurublar.

Beləliklə də Azərbaycan karateçiləri bu dünya çempionatında 17-si qızıl olmaqla, 40 medal qazanıblar.

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli yığma komandasının məşqçisi, Əməkdar Məşqçi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ərəfəsində karateçilərimizin bu qədər medal qazanmaları qürurvericidir. İnanırıq ki, Avropa Oyunlarında da karateçilərimiz çoxlu qızıl medal əldə edəcəklər.

Dünya çempionatının bürünc medalçısı Ülviyyə Məmmədova qazandığı uğura görə məşqçilərinə təşəkkürünü bildirib. O deyib: “Yeniyetmə və gənclərimiz bu çempionatda əsl fədakarlıq göstərdilər. Azərbaycanın qadın karateçiləri də gümüş və bürünc medallar qazanmaqla, nəyə qadir olduğumuzu dünyaya nümayiş etdirdilər”.

“Milan“ satıldı - 1,5 milyarda

alt

"Milan"ın səhmlərinin 75 faizi satılıb.

 Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, klubun 75 faizlik hissəsi çinli işadamlarına 1,5 milyard avroya satılıb. "Milan"ın yeni sahibləri hətta bu günlərdə şəhərə gələrək stadionda "Ceona" ilə matçı da canlı izləyib.

"Milan"ın yeni inşa olunacaq stadionu ilə bağlı işləri sürətləndirib.

2018-ci ildə istifadəyə veriləcək stadion 48 min tamaşaçı tutumuna malik olacaq.

Qeyd edək ki, "Milan" 1926-cı ildən ev oyunlarını "San Siro" stadionunda keçirir.

Bakıya neçə erməni gəlir?

altBakıda keçiriləcək ilk Avropa Oyunlarına neçə erməni cüdoçununun qatılacağı müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, idmançıların sayını Avropa Cüdo Birliyi təsdiqləyib. Məlumata görə, Bakıya 4 kişi və 1 qadın erməni cüdoçu gələcək. Cüdo komkandasının heyətinin Ermənitan Cüdo Federasiyasl tərəfindən mayın1-dən 3-dək açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

“Bakı-2015” I Avropa Oyunlarının məşəli alovlandırıldı

alt

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verib. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.

Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev bugünkü mərasimdə çıxış edib.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib.

Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başlayıb. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Vladimir Putin söz verdi

altRusiya Prezidenti Vladimir Putin FIFA və bütün futbol həvəskarlarının 2018-ci il dünya çempionatı ilə bağlı ümidlərini boşa çıxartmayacağına dair söz verib.

ANS PRESS-in məlumatına görə, Rusiya lideri bu haqda ali futbol qurumunun prezidenti Yozef Blatterlə görüşündə deyib.

Putin bildirib ki, hazırda Rusiya qarşısında 2018-ci il dünya çempionatını keçirmək kimi böyük vəzifə var:

"Komandamızın necə çıxış edəcəyini deyə bilmərəm, bu, mütəxəssislərin işidir, lakin çempionata hazırlıq hakimiyyətin vəzifəsidir. Rusiyada çoxlu inzibati qərarlar qəbul edilir, lakin hazırlıq işləri də bir o qədər vacibdir. İşə fəal başlamışıq. Hər şey plan üzrə gedir və bildiyiniz kimi, sizi daim bu barədə məlumatlandırırıq".

“Bakı-2015” Brüsseldə təqdim olunub

altAprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.


Heydər Əliyev Fondundan APA-ya bildiriblər ki, Brüsselin “Egmont” sarayında təşkil olunan təqdimat mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.

Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya olunan səfirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və “Bakı-2015”ə həsr olunan film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üzrə hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi baxımından həyata keçirilmiş işlər barədə məlumat verilir.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlardan danışaraq birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin bu nailiyyət və idmana dövlət qayğısının nəticəsi olduğunu bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirin idmançılar, o cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib və çox qısa vaxtdan sonra, iyun ayında Azərbaycanda böyük idman bayramının şahidi olacaqlarını söyləyib.

“Bakı-2015” birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu müşayiət edən musiqiçilər tərəfindən müxtəlif caz kompozisiyaları təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda paytaxt Bakı və Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan foto-sərgi ilə də tanış olublar. Sonda qonaqlara Heydər Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.

5 erməni cüdoçu Bakıya gələcək

altErmənistan Cüdo Federasiyası iyun ayında Bakıda keçiriləck I Avropa Oyunlarında 5 cüdoçularının iştirak edəcəyini açıqlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Cüdo Federsiyasının vitse-prezidenti David Xitaryan iştirakçıların çox olduğunu, lakin yalnız 5 nəfərin Bakıya göndəriləcəyini deyib.

“Ermənistanı yarışda Ovanes Davtyan (60 kq), Arsen Kazaryan (66 kq), David Nikoqosyan (73 kq), Andranik Çaparyan (91 kq) və qadınlardan Janna Stankoviç təmsil edəcək”.

Avropa Oyunlarında Ermənistan 6 idman növündə - boks, güləş, sambo, cüdo, taekvando və atıcılıqda iştirak etmək barədə qərar verib.

Bakı-2015 - Avropa Oyunları - Azərbaycanı tarixə yazacaq hadisə

alt

Politoloq Rufiz Qonaqov və jurnalist Rəfail Becanov “Bakı-2015: 1-ci Avropa Oyunları” ilə bağlı geniş məqalə ilə çıxış ediblər.


Azərbaycan Birinci Avropa Oyunlarına hazırlaşır. 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edildi. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var idi. Səsvermə nəticəsində Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edildi. Gizli səsvermə zamanı 48 səsdən 38 səs toplayan Bakı ev saibliyi hüququnu əldə etdi. İyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. Əsrlər keçəndən sonra da Azərbaycan adı Avropanın idman tarixində səslənəcək, müxtəlif viktorinalarda, yarışmalarda hər zaman səslənəcək. Bəlkə də ölkəmizin adını unudulmayacaq tarixə yazmaq üçün illərlə çalışıb nail ola bilməzdik. Amma dövlətin gücü, prezident İlham Əliyevin iradəsi və strateji qərarı ilə buna cəmi 16 gün ərzində nail oluruq. Zaman, əsr, texnologiya, Avropa Oyunlarının məkanı dəyişəcək, amma ilk oyunlarının təşkilatçısı, həmin oyunlara ev sahibliyi edən Azərbaycanın birinciliyi dəyişməyəcək. Yaşından, dinindən, irqindən, siyasi mövqeyindən, ölkəmizə sevgisindən asılı olmayaraq, dünyanın idman arenasında hər kəsin dilində Azərbaycan ilk oyunların təşkilatçısı kimi səslənəcək. Bu tarixi hadisənin daha bir əhəmiyyəti ilk dəfə keçirilməsidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi əleyhimizə danışanların istəyindən asılı olmayaraq, tarixdə qalacaq bir addımdır. Dünyada uşaqdan - böyüyə hər kəs bilir ki, ilk olimpiya oyunları qədim Yunanıstanda keçirilib. Heç bir tarixə malik olmasa belə, Yunanıstanın bu tarixi ilkə imza atması onun haqqında dünyaya yetərincə bilgi vermək gücündədir. İndi də növbə Azərbaycanındır. Azərbaycanın adı, onun qüdrəti ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi dünya tarixində əbədi yazılacaq.

Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman yarışına əsaslı hazırlıq aparılıb. Olimpiya oyunlarının dünyada təbliğ olunması görünməmiş miqyasda və uğurla təşkil edilib. Təşkilat Komitəsinin sədrinin iştirakı ilə Avropanın əsas ölkələrində - Fransada, İtaliyada, İsveçdə, Almaniyada təqdimat mərasimləri keçirilib. Artıq dünyanın diqqəti Azərbaycanda keçiriləcək "Bakı-Avropa Oyunları - 2015"dədir.

İkinci idman bayramı yeni informasiya imkanı kimi

Avropa Oyunları dünyanın ikinci ən böyük idman bayramıdır. Dünya yay və qış olimpiadasından sonra Avropa Oyunları bu analogiyaya malikdir. Heç kim mübahisə etməz ki, futbol üzrə Dünya çempionatından sonra Avropa çempionatı nə qədər böyük bayramdır və insanlar onu olduqca maraqla gözləyir. Avropa Oyunları hazırda o qədər populyar olmasa da, yaxın günlərdə, elə oyunlar başlayandan bunun populyarlığının və əhəmiyyətinin şahidi olacağıq.

Olimpiya oyunları idman yarışları, idmanın insanlara bəxş etdiyi dəyərlər olmaqla yanaşı, müasir dövrdə iqtisadi və siyasi məqsədlər də daşıyır. Böyük yarışların təşkilatçısı olan ölkələrdə turizmin inkişafı baxımından da böyük əhəmiyyətli hadisədir. Eyni zamanda bu kimi idman yarışlarının ev sahibi olan ölkələrin siyasi məqsədləri də olur. Azərbaycan kimi ölkə üçün isə olduqca əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir. Faktiki olaraq, Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarını 20 faizi işğal altında olan, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı Soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün isə olduqca böyük fürsətdir. Təkcə yarışlara qatılan idmançıların sayı 6 min nəfərdən çox olacaq. Texniki heyət, jurnalistlər, turistlər, azarkeşlər hesabına bu say on minlərlə olacaq. Oyunları işıqlandırmaq üçün iki min nəfər jurnalistin ölkəmizə gələcəyi gözlənilir. Bundan böyük imkan olarmı? Bu da bizim üçün tariximiz, üzləşdiyimiz faciələr, mədəniyyətimizlə bağlı dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Təbi ki, bu imkan vətəndaş cəmiyyətinin bütün spektrlərinin üzərinə də ciddi vəzifələr qoyur. Bütün imkanlardan yararlanaraq, daha çox təbliğat aparmaq, mədəniyyətimizi, tariximizi, torpaqlarımızın işğalı faktını və bütünlükdə ölkəmizi təbliğ etmək qarşımızda duran əsas missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bunun öhdəsindən layiqincə gələcəkdir.

Hansı ölkə bu idman bayramının sahibi olmaq istəməzdi...

Yaxın-uzaq qonşularımızdan, ən yaxın dostlarımızdan ən yaxın düşmənlərimizə qədər hər bir ölkə bu dünyanın ikinci möhtəşəm idman bayramına ev sahibliyi etmək, onun ilk təşkilatçısı kimi tarixdə qalmaq istəyərdi. Bu yarışın verdiyi imkanlar hesabına öz mədəniyyətini, tarixini, iqtisadi gücünü, siyasi görüşlərini dünyaya çatdırmaq arzu edərdi. Xüsusən də Cənubi Qafqaz ölkələri. İstər Gürcüstan, istərsə də Ermənistan əgər gücləri yetsəydi, bu tarixi şansı qaçırmazdılar. Amma faktdır ki, Gürcüstanın da, Azərbaycan torpaqlarını havadarları hesabına işğal edən Ermənistan bu oyunlara ev sahibliyi etmək gücündə deyil. Çünki hər iki ölkədə nə iqtisadi resurslar, nə siyasi sabitlik buna imkan vermir. Çünki olimpiya oyunlarına çəkilən xərcləri qarşılamaq üçün dövlətin maddi və iqtisadi resursları olmalıdır. Regionun lider dövləti Azərbaycandan başqa hər hansı ölkənin bunu qarşılamaq gücü yox idi. Nə dostumuz Gürcüstanın, nə də düşmənimiz Ermənistanın.

Tarixə yazılacaq və tarix olacaq bu idman yarışına ev sahibliyi etmək üçün həm də siyasi uzaqgörənlik əsas amil idi. Azərbaycan rəhbərliyi, prezident İlham Əliyev bunu düzgün qiymətləndirərək, zamanında müdrik qərar qəbul etdi. Qərarın alınmasında siyasi iradə nümayiş etdirildi. Bu da nəticə. Azərbaycan Avropa Oyunlarının ilk təşkilatçısı, ev sahibi kimi tarixə yazıldı. Bu tarixi nə dəyişmək, nə saxtalaşdırmaq mümkün deyil. Azərbaycanın adı Avropa ölkələri ilə bir sırada durur. Bir zamanlar Azərbaycan Avropada neft-qaz ixracatçısı kimi, inkişaf edən demokratik ölkə kimi tanınırdısa, 2011-ci ildə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi, 2012-ci ildə bu beynəlxalq mədəniyyət tədbirinin təşkilatçısı kimi öz yerini tutdu. Bundan sonra idman sahəsində də, miqyasına görə yalnız Dünya Olimpiya Oyunlarından geridə qalan böyük idman tədbirinə ilk dəfə ev sahibliyi edən ölkə kimi dünyanın idman tarixində öz yerimiz olacaq. Reallıq budur.

“Qara piar” iflasa uğrayır

Mötəbər idman bayramına hazırlaşdığımız bir vaxtda ölkəmizi istəməyən daxili və xarici qüvvələr Azərbaycanın əleyhinə müxtəlif təbliğat aparmaqda fəallaşıblar. İstər ölkədaxili, istərsə ölkəmizdən kənarda olan bəzi təşkilatlar və qurumlar Azərbaycanın çox mötəbər bir tədbirə ev sahibliyi etməsini sinirə bilmir. Ölkə daxilindəki radikal müxalifət, xaricdə isə hər zaman onların sözünü deyən, Azərbaycana qarşı qərəzi ilə seçilən bəzi təşkilatlar qara piar təşkil etməyə cəhd edir. Avropa Oyunlarına xərclənən vəsaitlər şişirdilir, dünyada və yerli əhali arasında ölkəni imicinə zərbə vurmağa çalışılır. Təbii ki, bunun üçün ilk növbədə olimpiadaya çəkilən xərclər söhbət mövzusuna çevrilir. Amma deyilənlərin yalan olduğu açıq-aydın ortadadır. Faktlar həmişəki kimi radikal müxalifətin və onların xarici havadarlarının ölkənin imicinə zərər vurmaq üçün yazdıqları, söylədikləri yalançı rəqəmləri üzə çıxarır. Rəsmi açıqlamaya görə birinci Avropa Oyunları üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya - PR işləri nəzərdə tutulur ki, buna da 959 milyon manat vəsait ayrılıb. Ehtiyat fonddan isə 1 milyon 154 min manat vəsait təşkil edib. Büdcə üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə - şəhərin infrastrukturu ilə bağlı olan xərclərdir olub və bu da nəzərdə tutulan istiqamətdə istifadə olunub. Rəsmi açıqlamalara görə, Olimpiya futbol stadionu 500 mln. manat, Su idmanı növləri sarayı 200 mln. manatdan çox, atıcılıq mərkəzi 110 mln. manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hər biri 50 mln. manata yaxın, Avropa Parkı isə 100 mln. manatdan az məbləğə başa gəlib.

Tənqidçi medianın araşdırması da bu qüvvələrin yalan söylədiyini təsdiqləyir. Reallığı elə tənqidçi medianın öz araşdırmalarına istinad etməklə sadalayaq. “Azadlıq” radiosunun araşdırmasına görə, Azərbaycan hökuməti Avropa Oyunlarına hazırlıqla bağlı aşağıdakı idman obyektlərinin tikintisini aparıb və bunlara ümumilikdə əvvəlcədən nəzərdə tutulan məbləğdə vəsait xərclənib. Bəs 4 milyard və ya 8 milyard vəsait haradan çıxdı? Qara piar budur. Azərbaycan dövləti cəmi 960 milyon vəsait xərcləyir, amma daxili, xarici düşmənlər, ölkəmizi gözü götürməyənlər bunu 8 milyard oxuyur, görür, təbliğat aparır.

Yaxud haradasa bir itin öldürülməsindən şou düzəldirlər. Bu kimi adi bir hadisəni sosial şəbəkələrdə ölkəmizin əleyhinə çevirmək cəhdləri göz önündədir. Küçələrin sahibsiz heyvanlardan təmizlənməsinin Avropa oyunlarına hansısa aidiyyatı varmı? Bir qurum öz vəzifəsini icra edirsə, əhalinin sağlamlığının qorunmasına yönəlik tədbirlər görürsə, bunun nəyi pisdir? Bu qədər cılız yanaşma və ölkənin imicinə xələ gətirmək cəhdi ölkəmizin uğurlarından qorxmaq, aparılan siyasətin uğurundan əndişələnmək, Azərbaycanın artan beynəlxalq nüfuzundan çəkinməkdir.

Azərbaycanı sevməyən bəzi qüvvələr ölkədə insan hüquq və azadlıqlarının pozulmasından danışırlar. Son 4 ayda ölkə başçısı 2 dəfə əfv Fərmanı imzalayıb. Ötən ilin dekabrında imzalanan fərmanla 79 nəfər cəzanın çəkilməyən hissəsindən, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimə cəzasından azad edilib. Həmin Fərmanla əfv olunanların arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, o cümlədən vəkil Qurban Məmmədov da olub. Bu Novruz bayramı ərəfəsində ölkə prezidenti İlham Əliyev cənablarının əfv fərmanı ilə isə daha 90 nəfər məhbus azadlığa çıxdı ki, onların da 4-ü maraqlı tərəflərin siyasi məhbus, yaxud vicdan məhbusu hesab etdiyi şəxslərdir. Belə bir humanistliyin müqabilində hansı insan haqlarının pozulmasından danışmaq olar?
Vətəndaş cəmiyyətinin sıxışdırılmasını gündəmin mövzusuna çevirənlər, bu fikri müxtəlif beynəlxalq tədbirlərdə səsləndirənlər fərqində deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası az əvvəl ölkə QHT-lərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdi. 387 QHT-yə qrant ayrıldı. Ayrılan vəsaitin həcmi milyon manatlarla ölçülür. Bu, vətəndaş cəmiyyətinə dövlətin dəstəyidir, yoxsa sıxışdırılması? Təbii ki, bu ölkədə vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyidir. Azərbaycan mətbuatı da daim dövlətin dəstəyini hiss edir. Ölkənin əsas və aparıcı media orqanlarına KİVDF vasitəsilə milyonlarla manat vəsait ayrılır. Artıq bu kimi hallar adi həyat normasıdır və vətəndaş cəmiyyəti sektoru hər zaman dövlətin dəstəyini hiss edir. Bu siyasi xətt ölkə prezidentinin siyasətidir. Dövlət ölkənin azad və müstəqil vətəndaş cəmiyyətinin formalaşmasını özünün prioritetlərindən biri hesab edir və bu sektorun “beşinci kolon”a çevrilməsinin istəmir.
Artıq bir neçə ildir ki, siyasi partiyalar da dövlət büdcəsindən maliyyələşir. Parlamentdə təmsil olunan siyasi partiyaların hər biri hüquqi və qanunu prosedurlara görə dövlətdən maliyyə dəstəyi alır. Elə isə nədən vətəndaş cəmiyyəti təhlükədədir bəyanatları səslənir? Məqsəd Azərbaycan hökumətinə təzyiq etmək cəhdidir. Əslində Azərbaycan internet, söz və mətbuat azadlığına, vətəndaş cəmiyyətinin inkişafına görə dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni cərgədədir.

Udan Azərbaycan və xalqdır

Burada bir xatırlatma, xüsusən də qara piarın aparıcı tərəfdaşına çevrilən radikal qüvvələr üçün yerinə düşər. Ötən əsrin 60-70-ci illərində Azərbaycanda çox böyük infrastruktur layihələri həyata keçirilib. Bakı metrosundan tutmuş Məişət Kondisionerləri Zavoduna, Sumqayıtda Kimya sənayesinin, Gəncədə metal sənayesinin inkişafına, Neft Emalı zavodlarına, Heydər Əliyev adına Respublika sarayına qədər. Adlarını saymaqla qurtarmaz. Həmin layihələrə də müxtəlif məbləğdə dövlət vəsaiti xərclənib. İşi-gücü donos yazmaq olanlar o zaman da bu layihələrə qarşı çıxırdı. Amma Heydər Əliyev sarsımaz iradəsi ilə həmin layihələrin gerçəkləşməsinə, həyata keçməsinə nail oldu. İndi həmin tikililərdən, zavodlardan, saraylardan, metrodan kim istifadə edir, həmin infrastruktur layihələri kimə qalıb? Bizlərə, Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinə. Bütün problemlərə, donoslara baxmayaraq o zaman həmin layihələrin həyata keçirilməsi də xalqın və dövlətin maraqları çərçivəsində, uzaqgörənliklə həyata keçirilib. İndi də eləcə. Avropa Oyunları oyunları üçün tikilən, istifadəyə verilən bu idman arenalarından kim istifadə edəcək? Bəlkə biz bilmirik, avropalılar gedəndə həmin arenaları da özləri ilə aparacaqlar? “Evrovizion” Bakıda keçirilərkən tikilən Kristal Zalı aparıblar bəlkə xəbərimiz yoxdur? Bu qədər arqumentsiz, faktsız danışmaqla cəmiyyətdə sosial baza toplamaq mümkün deyil. İllərdir cəmiyyətə yalan informasiyalar verdiyindən radikallar öz sosial dayaqlarını itiriblər və cəmiyyət tərəfindən qəbul edilməyən siyasi cərəyana çevriliblər. Bunun da ən əsas səbəblərindən biri cəmiyyətə illərdir yalan informasiyalar verməkdir. Özləri üçün yalandan bir daldanacaq və sığınacaq qurublar. Elə bilirlər ki, hər kəs onlara inanır.

Yalanınsa ən böyük düşməni həqiqətdir. Həqiqət isə budur ki, görülən işlər, həyata keçirilən layihələr Azərbaycan xalqının xeyrinədir. Tikilənlər bizə qalacaq. Adlarını sadaladığımız və ya sadalamadıqlarımız kimi. Udan xalq və Azərbaycandır.

Sonda onu qeyd edək ki, ilk oyunların Bakıda keçirilməsi, böyük nailiyyətdir və dövlətin ən böyük uğurlarındandır. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb.

Rufiz Qonaqov, politoloq, Beynəlxalq Münasibətlərin Araşdırması Mərkəzinin sədri
Rəfail Becanov, jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

Almanlar gürcüləri Tbilisidə məğlub etdi

altFutbol üzrə "Avro-2016"nın seçmə mərhələsində V turun oyunları davam edir.

Dünən gecə D, F və İ qrupunda oyunlar keçirilib.

Gürcüstan millisi doğma azarkeşləri önündə son dünya çempionu Almaniyanı qəbul edib. Bu oyun Bakı "İnter"inin çalışdırıcısı Kaxaber Sxadadzenin Gürcüstan millisinin baş məşqçi vəzifəsində ilk rəsmi sınağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Polşa səfərdə İrlandiya millisinin qonağı olub. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Macarıstan - Yunanıstan matçında da heç-heçə qeydə alınıb - 0:0
Portuqaliya isə öz meydanında Serbiyadan üstün olub – 2:1.

29 mart
“Avro-2016”nın seçmə mərhələsi
D qrupu
21:00. Gürcüstan – Almaniya - 0:2
Qollar: Marko Roys, 39 (0:1), Müller, 44 (0:2)

21:00. Şotlandiya – Cəbəllütariq - 6:1
Qollar: Maloney, 18-pen (1:0), Kaskiaro, 20 (1:1), Fletçer, 29 (2:1), Maloney, 34-pen (3:1), Naisimith, 39 (4:1), Fletçer, 77 (5:1), 90 (6:1)

23:45. İrlandiya - Polşa 1:1
Qol: Pezsko, 26 (0:1)

F qrupu
21:00. Şimali İrlandiya- Finlandiya - 2:1
Qollar: Lafferti, 33 (1:0), 38 (2:0), Sadik, 90+1 (2:1)

21:00. Rumıniya – Farer adaları - 1:0
Qol: Keşeru, 21 (1:0)
23:45. Macarıstan - Yunanıstan - 0:0

İ qrupu
21:00. Albaniya - Ermənistan - 2:1
Qollar: Movsisyan, 4 (0:1), Mavraj, 77 (1:1), Qaşi, 81 (2:1)
Qırmızı vərəqə: Hambartsumyan, 70 (Ermənistan)

23:45. Portuqaliya – Serbiya - 2:1
Qol: Karvalio, 10 (1:0), Matiç, 61 (1:1), Koentrao, 63 (2:1)

Bakı Olimpiya stadionu istismara verilib

altTikintisinə 2012-ci ilin dekabr ayında başlanılmış Bakı Olimpiya stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, obyekt Gənclər və İdman Nazirliyi tərəfindən podratçıdan təhvil alınıb.

Qeyd edək ki, Bakı Olimpiya stadionunun sifarişçisi Gənclər və İdman Nazirliyi, baş podratçısı Azərbaycan Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və Təsisat A.Ş” olub. Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb, tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilib. Sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyəti qurum tərəfindən müvafiq qaydada icazə verilib. 12-28 iyun 2015-ci il tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda baş tutacaq.

FİDE “Qran-pri” turnirinin Tbilisidə keçirilən növbəti mərhələsi başa çatıb

altDünya Şahmat Federasiyasının (FİDE) “Qran-pri” turnirinin Tbilisidə keçirilən növbəti mərhələsi başa çatıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş sponsorluğu ilə keçirilən turnirin əsas hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov olub. AZƏRTAc xəbər verir ki, Azərbaycanın beynəlxalq qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun iştirak etdikləri çempionatda Rusiya 5, Fransa, Gürcüstan, Niderland, Kuba, Özbəkistan hərəyə bir idmançı ilə təmsil olunub. Turnirin fevralın 27-də keçirilən son oyunlarında ilk gedişi Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn edib. Səfir idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.Üçüncü mərhələnin yekunlarına görə rusiyalı idmançı Yevgeni Tomaşevski ən çox xal toplayaraq qalib olub. Teymur Rəcəbov 6 xalla üçüncü, Şəhriyar Məmmədyarov isə 5,5 xalla 4-5-ci yerləri bölüşüb. F.Həsənov turnirlə bağlı AZƏRTAC-ın xüsusi müxbirinə deyib: “Bu gün Dünya Şahmat Federasiyasının “Qran-pri” turnirinin daha bir mərhələsi başa çatdı. Azərbaycan şahmatçıları bu mərhələdə ümumən uğurlu çıxış ediblər. Turnirin əvvəlində Ş.Məmmədyarov şanslı idmançılardan biri idi. Lakin o, gözlənilən kimi oyun nümayiş etdirə bilmədi. Bəzi oyunlarda heç-heçə oynaya biləcəyi halda məğlub olan Şəhriyar Məmmədyarov növbəti mərhələyə keçə bilmədi. Digər idmançımız Teymur Rəcəbov da gözəl oyun nümayiş etdirdi. Teymur son illər, xüsusilə də “Qran-pri” turnirlərində məğlub olmayan şahmatçı kimi özünü tanıdıb. O, bu turnirdə də məğlub olmadı, bir qələbə, 9 heç-heçə ilə üçüncü yerdədir. Teymur öz əmsalını da 6-7 xal artırıb”. F.Həsənov bildirib ki, yaxın vaxtlarda Şəmkirdə şahmat üzrə super turnir keçiriləcək. Bu turnirdə dünyanın ilk onluğuna düşən şahmatçılardan bir neçəsi, o cümlədən T.Rəcəbov və Ş.Məmmədyarov da iştirak edəcəklər. Ümid edirəm ki, onlar bu turnirdə öz bacarıqlarını nümayiş etdirə biləcəklər. Beynəlxalq qrossmeyster Ş.Məmmədyarov isə oyunla bağlı təəssüratlarını bölüşərək deyib: “Azərbaycan şahmatçıları hər zaman “Qran-pri” turnirlərində uğurla çıxış ediblər. İlk yerdən biri mütləq bizim olub. Dünya çempionatına çıxış qazanmışdıq. Bu turnirdən əvvəlki “Qran-pri”nin qalibi olmuşduq. Çox təəssüf edirəm ki, bu mərhələdə istənilən uğuru qazana bilmədik. Əlbəttə ki, bu mərhələdə çox güclü şahmatçılar mübarizə aparırdılar. Ümumən qalib gəlmək üçün bizə birinci olmaq lazım idi. Çox təəssüf edirəm ki, birinci ola bilmədik. Turnir ümumiyyətlə çox çətin alındı. İlk oyunlarda mən turnirin ən yaxşı oyunçularına qalib gəldim. Təəssüf ki, sonradan gözləmədiyim halda turnirin ən zəif oyunçularına – Rustam Kasımcanova və Baadur Cabovaya məğlub oldum. Sonda əlbəttə ki, nəticələrdən razı deyiləm. Amma şansımız hələ davam edir. Azərbaycanda keçiriləcək dünya kubokundan dünya çempionatının finalına birbaşa vəsiqə qazanmaq olar. Bu şansdan layiqincə istifadə edəcəyik”.

Saytda Axtarış

Son xəbərlər