Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2576
DünənDünən1228
Bu həftəBu həftə2576
Bu ayBu ay12112
Bu günə qədərBu günə qədər7500329

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Bakıda keçiriləcək “Formula-1”in tarix məlum oldu

"Gələn il Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-Prisinin keçiriləcəyi dəqiq tarix məlum olub. Yarışma gələn ilin iyun ayının 19-da baş tutacaq".

Bunu jurnalistlərlə görüşündə Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-Pri yarışlarını təşkil edəcək "Baku Grand Prix" şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bu yarışma futbol üzrə dünya çempionatı və olimpiya oyunlarından sonra üçüncü ən ciddi idman tədbiridir: ""Formula-1" Avropa Qran-Pri yarışları dünyanın 187 ölkəsində yayımlanır, 500 milyondan artıq aidutoriyası var".

 

Paytaxtın mərkəzi küçələrində baş tutacaq yarışmanın ölkəmizin qarşısında böyük imkanlar açacağını deyən N.Arpadarai bildirib ki, bu tədbir ölkəmizə turist axınını gücləndirəcək: "Bakı şəhərinin yolları "Trasslar qrupu"na aid olduğu üçün bu tədbir şəhərin mərkəzi küçələrində təşkil ediləcək. "Formula-1"ə hazırlıq çərçivəsində yollarda təmir işləri aparılacaq, yol örtükləri yenilənəcək. Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq. "Hökumət evi"nin qarşısında "Formula-1" şəhərciyi tikiləcək. Tamaşaçı tribunaları gecələr qurulacaq ki, əhalinin gediş-gəlişinə mane olmasın. Tikinti işləri gələn il aparılacaq və bu zaman hava şəraiti nəzərə alınacaq. Bu mötəbər idman tədbiri ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi növbəti ciddi uğurlardan biri olacaq".

Gürcü komandası Azərbaycan çempionatında oynayacaq

Voleybol Superliqası noyabrın 6-da start götürür.

Noyabrın 6-da qadınlar arasında voleybol üzrə növbəti Azərbaycan çempionatı başlayacaq.

"Dalğa TV" xəbər verir ki, bu dəfə çempionatda müsabiqədən kənar əsaslarda Gürcüstanın "Tbilisi" komandası çıxış edəcək.

Superliqada həmçinin "Lokomotiv", "Telekom", "Azərreyl", "Azəryol" və Azərbaycanın gənclərdən ibarət yığma komandası çıxış edəcək.

Noyabrın 6-da:

"Tbilisi" - Azərbaycanın gənclərdən ibarət yığması

"Lokomotiv" - Azərbaycanın gənclərdən ibarət yığması

"Lokomotiv" - "Telekom"

"Azərreyl" - "Azəryol" komandaları görüşəcəklər.

Gürcüstanda futbol matçı zamanı azarkeşlər və klub rəsmiləri hakimləri döyüblər

Gürcüstan çempionatının II liqasında "Baxmaro" və "Sulori" komandaları arasında keçirilmiş futbol matçı zamanı kütləvi insident baş verib.

"Dalğa TV"nin məlumatına görə, oyun başa çatdıqdan sonra "Sulori" azarkeşləri meydançaya girərək, hakimləri söyüşlə və fiziki üsulla təhqir ediblər.

Klub nümayəndələri isə hakimlər və paltardəyişmə otaqlarına soxulublar.

Baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Futbol Federasiyasının (GFF) yeni prezidenti Levan Kobiaşvili İmereti Regional Futbol Federasiyasında olub. Regional federasiya rəsmiləri ilə görüşdə L.Kobiaşvili insidenti müzakirə edərək tərəflərin arqumentlərini dinləyib. O, insident iştirakçılarının sərt cəzalandırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Levan Kobiaşvili oktyabrın 5-də GFF prezidenti seçilib. O, yeni vəzifədə Zviad Siçinavanı əvəzləyib.

"SOCAR-Azərbaycan"dan ardıcıl üçüncü qələbə

Makedoniyanın Skopye şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kubokunda III turun oyunları keçirilib.

"Dalğa TV"nin məlumatına görə, "Odlar Yurdu" meydan sahiblərinin "Alkaloid" klubu ilə üz-üzə gəlib və turnirdə ilk dəfə məğlubiyyətə üzülüb. SOCAR-Azərbaycan isə Rusiyanın "Universitet-Beloreçensk" klubuyla qarşılaşmada ardıcıl üçüncü qələbəsini qazanıb.

III tur

SOCAR (Azərbaycan) - "Universitet-Beloreçensk" (Rusiya) - 4,5:1,5

Veselin Topalov (2813) - Boris Gelfand (2741) - 0,5:0,5

Aniş Qiri (2798) - Vladimir Malaxov (2694) - 0,5:0,5

Fabiano Karuana (2796) - Baadur Jobava (2683) - 1:0

Maykl Adams (2742) - Sergey Rublevski (2702) - 1:0

Teymur Rəcəbov (2738) - Yevgeni Alekseyev (2642) - 1:0

Şəhriyar Məmmədyarov - Konstantin Landa (2626) - 0,5:0,5


"Odlar Yurdu" (Azərbaycan) - "Alkaloid" (Makedoniya) - 2:3

Emil Sutovski (2635) - Vasili İvançuk (2726) - 0.5:0.5

Vasif Durarbəyli (2618) - Yevgeni Tomaşevski (2758) - 0,5:0.5

Ülvi Bacarani (2546) - Dmitri Yakovenko (2748) - 0,5:0.5

Vüqar Rəsulov (2505) - Dmitriy Andreykin (2720) - 0:1

Nicat Abasov (2517) - Yuri Krivoruçko (2710) - 0,5:0,5

Qədir Hüseynov (2634) - Yanqyi Yu (2721) - 0,5:0,5

Turnir cədvəli: 1-6. SOCAR (Azərbaycan), "Novıy Bor" (Çexiya), "Siberiya" (Rusiya), "Alkaloid" (Makedoniya), SŞM (Rusiya), "Obiettivo" (İtaliya) - 6 xal,
9. "Odlar Yurdu" (Azərbaycan) - 4 xal.

FIFA dünyanın ən yaxşı futbol məşqçisi adına namizədlərin siyahısını açıqlayıb

FIFA cari ilin yekunlarına görə dünyanın ən yaxşı futbol məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ali futbol qurumunun siyahısında Massimiliano Alleqri (“Yuventus”), Karlo Ançelotti (“Real”), Loran Blan (PSJ), Unai Emeri (“Sevilya”), Xosep Qvardiola (“Bavariya”), Luis Enrike (“Barselona”), Joze Mourinyo (“Çelsi”), Xorxe Sampaoli (Çili yığmasının baş məşqçisi), Dieqo Simeone (“Atletiko”) və Arsen Venqer (“Arsenal”) yer alıblar.

İlin ən yaxşı məşqçisinin adı gələn il yanvarın 11-də Sürixdə elan olunacaq.

​Türkiyə ən yaxşı qrup üçüncüsü kimi Avro-2016-ya vəsiqə qazanıb - VİDEO

Türkiyə yığması futbol üzrə Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində keçirdiyi son oyunda İslandiyanı məğlub edib (1:0) və ən yaxşı qrup üçüncüsü kimi turnirin final mərhələsinə vəsiqə qazanıb.

"Dalğa TV" xəbər verir ki, bu yolda türklərin əsas rəqibi son tura qədər Macarıstan yığması olub.

Yekunda Türkiyə öz qrupunda 18 xal, Macarıstan isə 16 xal toplayıb. Macarlar play-off mərhələsində mübarizəni davam etdirəcəklər.

Türkiyə son qrup oyununda İslandiya millisini qəbul edib. Dramatik keçən oyunda qolu 89-cu dəqiqədə Səlcuq İnan cərimə zərbəsindən vurub.

Avro-2016. "A" qrupu.

Türkiyə-İslandiya - 1:0

Qol: Səlcuk İnan, 89 (1:0)

 

Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsində son matçını keçirib

AVRO-2016-nın seçmə mərhələsinə yekun vurulub.

"Dalğa TV"nin məlumatına görə, Azərbaycan yığması turnirdə son matçına çıxıb.

Milli komandamız seçmə mərhələnin yekun qarşılaşmasında Bolqarıstanın qonağı olub. Hər iki komanda üçün formal xarakter daşıyan oyun yalnız qrupdakı turnir cədvəli baxımından əhəmiyyətli idi ki, yığma komandamız qalib gələcəyi halda qrupda 4-cü pillədə qərarlaşacaqdı.

Ancaq gözlənilənlərin əksinə olaraq millilərimiz matçdan məğlub ayırılıblar. Robert Prosineçkinin yetirmələri Bolqarıstana 2 top fərqi ilə yeniliblər.

AVRO-2016-nın seçmə mərhələsi
H qrupu

Bolqarıstan - Azərbaycan - 2:0
Qol: Aleksandrov, 20, Rangelov, 56

Baş hakim: Tamaş Boqnar
Sofiya. Vasil Levski stadionu

​Azərbaycanlı hakim Ermənistanın yığmasının oyunlarına təyinat alıb

Futzal üzrə FIFA referisi Yusif Nurullayev dünya çempionatının ilkin seçmə mərhələsinə təyinat alıb.

"Dalğa TV"nin AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Y.Nurullayev 4-cü qrupda keçiriləcək oyunları idarə edəcək. Bu qrupda Kipr, Latviya, Ermənistan və Estoniya yığmaları yer alıb.

Qeyd edək ki, oyunla oktyabrın 22-də, 23-də və 25-də Kiprdə keçiriləcək.

Gürcüstan millisi Azərbaycan çempionatında çıxış edəcək

Qadın voleybolçulardan ibarət Gürcüstan milli komandası 2015-2016 mövsümündə Azərbaycan Super Liqasında mübarizə apara bilər.&

Bildirilib ki, Bakının ;4 komandası - "Lokomotiv", "Azəryol", "Azərreyl" və "Telekom" klubları artıq çempionatda iştirak üçün lisenziya təqdim edib. Hazırda 5-ci klubun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır ki, bu da böyük ehtimalla Gürcüstan millisi olacaq.

Artıq tərəflər arasında məsələ ilə bağlı danışıqlara başlanılıb. Qonşu ölkə yığmasının& Super Liqada mümkün iştirakı 2017-ci il voleybol üzrə Avropa çempionatının Azərbaycan və Gürcüstanda keçiriləcəyi ilə əlaqədardır. Məqsəd iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığı daha da sıxlaşdırmaqdan ibarətdir. Əsasnamə& hazırlandıqdan sonra oyunların keçirilmə yerləri dəqiqləşəcək. Böyük ehtimalla, görüşlər& həm Bakıda, həm də Gürcüstanda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Super Liqasına noyabrın ilk ongünlüyündə start veriləcək.

Bu gün Azərbaycan və İtaliya yığmaları arasında oyun olacaq

Bu gün futbol üzrə Azərbaycan və İtaliya milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçı keçiriləcək.

"Dalğa TV"nin məlumatına görə, rəqib 4 qat dünya çempionları ilə görüş ilk dəfə Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Amma bu, Azərbaycan millisinin son ev oyunu olacaq. 8 turdan sonra İtaliya 18 xalla H qrupuna başçılıq edir. Azərbaycan isə 6 xalla 5-ci pillədə yer alıb. Qonaqlar qələbə qazanacaqları təqdirdə, qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edəcək, meydan sahibləri isə Robert Prosineçkinin başçılığı altında 5-ci matçında ilk məğlubiyyətlə üzləşəcəklər. Əks halda, İtaliya yığmasının seçmə mərhələlərdəki 48 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyacaq.

Bu komandalar arasında ötən il Palermoda keçirilmiş qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 2:1. Həmin oyunda İtaliya millisinin müdafiəçisi Corco Kyellini hər 3 qolun müəllifi olub. O, 2 qolu Azərbaycan yığmasının, 1-ini isə öz komandasının qapısından keçirib. Əvvəlki tsikllərdə isə İtaliya millisi Azərbaycanla yalnız AVRO-2004-ün seçmə mərhələsində qarşılaşıb, Bakıda 2:0, evdə 4:0 hesablı qələbə qazanıb.

Bugünkü qarşılaşma Azərbaycan millisindən Rəşad Sadıqovla Ruslan Abışov üçün əlamətdar olacaq. Abışov 28 yaşını tamamlayır, Sadıqov isə millidə 100-cü oyununu keçirəcək. İtaiya yığmasından isə qapıçı Canluici Buffon 150-ci matçına çıxacaq.

Qeyd edək ki, H qrupunun digər görüşlərində Norveç Maltanı, Xorvatiya Bolqarıstanı qəbul edəcək.

AVRO-2016

Seçmə mərhələ, H qrupu

21:00. Azərbaycan - İtaliya

Baş hakim: Uilyam Kollum (Şotlandiya)

Baş hakimin köməkçiləri: Damyen Makqreyt (İrlandiya), Frensis Konnor (Şotlandiya)

Dördüncü hakim: Alastair Mazer (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Madden (Şotlandiya), Con Biton (Şotlandiya)

Bakı Olimpiya Stadionu

Futbol üzrə İtaliya yığma komandası Bakıya gəlib

Futbol üzrə İtaliya yığması Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək qarşılaşma üçün Bakıya gəlib.

"Dalğa TV" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Azərbaycan-İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

​Braziliya seçmə mərhələyə məğlubiyyətlə başlayıb - VİDEO

Futbol üzrə Braziliya yığması 2018-ci il Dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

"Dalğa TV" xəbər verir ki, "sambaçılar" Çili millisinə 0:2 hesabı ilə yeniliblər.

DÇ-2018. Cənubi Amerika. 1-ci tur

Çili - Braziliya 2:0

Qollar: Varqas, 72 (1:0); Sançes, 90 (2:0).

 

 

Saytda Axtarış

Son xəbərlər