Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2590
DünənDünən1228
Bu həftəBu həftə2590
Bu ayBu ay12126
Bu günə qədərBu günə qədər7500343

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

FİFA prezidentliyi uğrunda 5 nəhəngin - Mübarizəsi

Bu gün Sürixdə FİFA-nın növbədənkənar konqresi keçirilir.


"Dalğa TV" xəbər verir ki, konfransda təşkilata prezident seçiləcək. Məlumata görə, prezidentliyə 5 namizəd var: Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim əl-Xəlifə, Avropa Futbol Assosiasiyası İttifaqının baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, CAR-ın mənzil tikintisi üzrə keçmiş naziri və Nelson Mandelanın silahdaşı Mosimo Qabriel Sehvale və FİFA baş katibinin keçmiş müavini fransız Şerom Şampan.

Məlumat üçün bildirək ki, FİFA prezidenti postuna seçkilər gizli səsvermə əsasında keçirilir. İlk mərhələdə qələbə qazanmaq üçün səslərin 3-də 2-sini toplamaq lazımdır.

FİFA prezidentinin vəzifəsini müvəqqəti icra edən İssa Hayatu bildirib ki, yeni prezident təşkilatın keçmiş rəhbəri Yozef Blatterin mandatını bitirəcək. O, bu postu 2019-cu ilə kimi tutacaq.

Nazir Olimpiya Stadionunda toylara “hə” deyir

"Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var".

Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb:

"Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".

Azərbaycan “Formula-1”dən 5 il sonra imtina edə biləcək

"Heü nə gizli qalmayacaq".

Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula-1" yarışları 5 il keüirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keüirilməsin, onda biz cərimə ödəməliyik.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keüirə, ya da dayandıra bilər:

"Ancaq ilk 5 ildə keüirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da aüıqlaması olacaq. Heü nə gizli qalmayacaq".

Qvardiolanın "Mançester Siti"də illik əmək haqqı açıqlanıb

Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola İngiltərənin "Mançester Siti" futbol komandasında ilinə 26,5 milyon avro qazanacaq.

"Dalğa TV"nin "The Guardian"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisə yeni oyunçuların alınması üçün 198 milyon avro büdcə ayrılacaq.
Onun "Bavariya"dakı illik əmək haqqı 17 milyon avro idi.
Qeyd edək ki, Xosep Qvardiola "şəhərlilər"lə 3 illik müqavilə bağlayıb. Qvardiola yeni işinin icrasına gələn mövsümdən başlayacaq.

Azadlıq Meydanında "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub

"Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinə hazırlıqla bağlı bütün işlər qaydasında gedir. Problem yoxdur".

"Dalğa TV"nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, hazırda 6 km məsafədə yolların dəyişdirilməsi prosesi gedir: "Bu proses zamanı paytaxt sakinlərinə problem yaratmamağa çalışırıq. Baxmayaraq ki, 6 km məsafədə yollar dəyişir. Amma işlər yumşaq formada aparılır, tıxaclara yol vermirik. Ən əsası, betonlamadan öncə yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri yekunlaşıb".
Nazirin sözlərinə görə, artıq yarış üçün 300 metr uzunluğu, 21 metr genişliyi və 2 mərtəbəli bina formasında padok sifariş olunub. Padok hazır şəkildə gələcək və "Azadlıq" meydanında qurulacaq.
Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

“Qalatasaray”ın keçmiş qapıçısı intihara cəhd edib

"Qalatasaray"ın və Kolumbiya milli komandasının keçmiş qapıçısı Ali Farid Mondraqon intihara təşəbbüs edib.

"Dalğa TV"nin xarici KİV-ə istinadən məlumatına görə, keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb.

Həyat yoldaşından ayrıldığı üçün yüksək dozada sakitləşdirici preparat qəbul edərək, həyatına qəsd edən kolumbiyalının vəziyyətinin yaxşı olduğu bildirilib.

"Le Equipe"in iddiasına görə, həyati təhlükəsi qalmayan qapıçı yerli klinikaların birinə yerləşdirilib.

Kasparov: Mənim Azərbaycanla heç bir əlaqəm ola bilməz

"Bakı özünəməxsus imperiya "forpostu" idi".

Bakıda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov chess-news.ru nəşrinin suallarını cavablandırarkən, Azərbaycana olan münasibətindən danışıb.

"Mən 1990-cı ilin yanvar ayında Bakını tərk etməli oldum. Həmişə demişəm ki, paytaxtı Moskva olan ölkədə doğulmuşam, və SSRİ dağılandan sonra, paytaxtı Moskva olan ölkədə yaşamağa davam edirəm. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili həmişə əsas olub.

Bizim ailədə müxtəlif millətlərin nümayəndələri var, Bakı digər respublikaların paytaxtından rus mədəniyyətinin təsirinin çox böyük olması ilə fərqlənirdi. Bu ölkənin cənubunda yerləşən özünəməxsus imperiya "forpostu"idi.

Baxmayaraq ki, mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdur və ola da bilməz".

“Qızıl top” yenə Messiyə ötürüldü

Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlan.

Qızıl top" mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə bəlli olub. Mükafata "Qızıl top"un 4 qat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, "Barselona"nın digər üzvü Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldo namizəd idi. Nəticədə ispaniyanın "Barselona" klubunun və Argentina milli komandasının üzvü Lionel Messi 5-ci dəfə "Qızıl top" mükafatına layiq görülüb. Səsvermədə yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak ediblər.

“Qalatasaray” 2016-cı ilin ilk transferini reallaşdırıb

"Qalatasaray" futbol klubu qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib.

"Dalğa TV"nin klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisi "Kasımpaşa"nın futbolçusu Ryan Donku heyətinə cəlb edib.

Hollandiyalı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu transfer üçün “Qalatasaray” “Kasımpaşa”ya 2.5 milyon avro təzminat ödəyib.

Zabit Səmədov qısasını aldı - VİDEO

"Böyük qardaşım Ramzan Kadırova çox minnətdaram".


Məşhur azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov dünən Çeçenistanın paytaxtı Qroznı şəhərində "Qroznoy bitı 13" çərçivəsində döyüşdə əzəli rəqibi Polşa əsilli avstraliyalı Pol Slavinskiyə qalib gəlib.

 

Üç raundun nəticəsinə görə bütün hakimlər qələbəni Çeçnistanın "Axmat" klubunu təmsil edən həmyerlimizə veriblər.
Döyüş daha tez başa çata bilərdi, belə ki, Zabit üç dəfə rəqibini nokdauna göndərdi, lakin Slavinski sona qədər dözə bildi.

Beləliklə, 8 il sonra Zabit Slavinskidən revanş aldı. Xatırladaq ki, həmyerlimiz 2007-ci ildə Amsterdamda keçirilən döyüşdə texniki nokautla məğlub olmuşdur.
Zabit Səmədovun hesabında 86 döyüşdə 76 qələbə var.

Döyüşdən sonra Səmədov deyib: "Mənə azərkeşlik edən hər kəsə təşəkkürümü bildirirəm, həmyerlilərimə təşəkkür edirəm. Böyük qardaşım Ramzan Kadırova, mənim üçün belə bayram və revanş almağıma şərəait yaratdığı üçün çox minnətdaram".

Bakıda Formula 1: Oturaq yer üçün ən ucuz bilet 125 manata

Qiymətlər elan olundu.

 

Gələn il Bakıda keçiriləcək Formula 1 yarışına biletlərin qiymətləri açıqlanıb.

 

"Dalğa TV" xəbər verir ki, yarışda oturaq yerlər 8 tribunadadır.

 

Abşeron tribunasında 3 gün ərzində yarışları izləmək hüququ verən biletin qiyməti 620 AZN (A, B, C, D, E kateqoriyaları yerlərdə) təşkil edir. Bu tribunalarda imtiyazlı, yəni endirimlə əldə olunacaq biletlərin qiyməti isə 495 AZN bərabərdir.

Digər yerlər üzrə biletlərin qiymətlərini təqdim edirik:

İçəri Şəhər və Azneft tribunalarında qiymətlər 440 AZN (imtiyazlı 310)

Muğam və Sahil tribunaları - 370 AZN (259 AZN)

Qız Qalası və Filarmoniya tribunaları - 305 AZN (199 AZN)

Bulvar və Xəzər tribunaları - 210 AZN (125 AZN)

Bundan başqa, yarışı izləmək üçün ayaqüstü zonalar da təklif olunur.

Ayaq üstü zonaya keçid üçün biletlərin qiymətlər 95 AZN-dir.

Yarışı izləmək üçün ən ucuz bilet isə 19 AZN-ə satılacaq. Bu bilet yalnız ayaqüstü zonaya və yalnız cümə günü yarışı izləməyə imkan verəcək

Almaniya - Hollandiya oyunu ləğv olundu - Terror həyəcanı (Foto)

Almaniya və Niderland arasında baş tutmalı olan yoldaşlıq oyunu ləğv olunub.

"Dalğa TV" qafqazinfo-ya istinadən xəbər verir ki, oyun Hannovarda keçirilməli idi. Bir neçə saat əvvəl Qərb mətbuatı oyunun keçiriləcəyi stadionda naməlum çamadan tapıldığını yazıb. Bununla bağlı araşdırmalara başlanılıb, amma həmin qutudan hər hansı təhlükəli partlayıcının tapılıb-tapılmadığı məlum deyil. Polis qüvvələri stadiona bütün giriş-çıxışları bağlayıblar.

Oyunun hansı günə qədər təxirə salınacağı da açıqlanmır.

Digər bir versiyaya görə isə, matç sadəcə olaraq Parisdə baş vermiş terror hadisəsindən sonra, təhlükəsizlik tədbirləri baxımdan ləğv edilib.

Qeyd edək ki, sözügedən oyunu Almaniya kansleri Angela Merkel və ölkənin digər rəsmi şəxsləri izləyəcəkdi.

Saytda Axtarış

Son xəbərlər