Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2557
DünənDünən1228
Bu həftəBu həftə2557
Bu ayBu ay12093
Bu günə qədərBu günə qədər7500310

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkü atılacaq

"Dalğa TV"nin məlumatına görə, tədbir 19 komandanın iştirakı ilə təşkil olunacaq.

Komandalardan 10-u Premyer Liqa, 9-u I Divizion təmsilçiləridir. Reqlamentə əsasən, 1/4 finaladək və finalda mübarizə tək oyunluq sistemlə aparılacaq. 1/4 final və yarımfinalda isə cütlüklər ev və səfər prinsipi ilə oynayacaqlar. Əvvəlcə I Divizion komandalarından 6-sı 1/8 finala 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Premyer Liqa təmsilçiləri və I Diviziondakı qalan 3 klub yarışa növbəti mərhələdən qoşulacaq.

İlkin mərhələ oyunları oktyabrın 14-də, 1/8 final qarşılaşmaları dekabrın 2-də, 1/4 final görüşləri gələn il martın 2-də və 9-da, yarımfinallar aprelin 27-də və mayın 4-də, final matçı isə mayın 25-də olacaq.

Püşkatma mərasimi saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Püşkatmaya qatılan komandalar:

Premyer Liqa: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.

I Divizion: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”. 

SOCAR “AVRO-2016”nın kubokunun təqdimatını keçirib

Bu g ün SOCAR Expo Milan-2015 sərgisindəki Azərbaycan pavilyonunda futbol üzrə Avropa çempionatı AVRO-2016nın kubokunu səhər saat 10-dan axşam saat 11-ə qədər qonaqlara və futbol azarkeşlərinə təqdim edib.

"Dalğa TV"nin SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AVRO-2016 da daxil olmaqla, Avropanın milli yığma komandaları arasında ke çiriləcək b üt ün yarışlarının rəsmi sponsoru olan SOCAR UEFA tərəfindən dəstəklənən ədalətli oyun prinsipləri və qarşılıqlı h örmət dəyərləri ilə daha dayanıqlı d ünya ü ç ün atılan addımlar arasındakı vəhdəti vurğulayaraq AVRO-2016 nın əsas m ükafatı olan kuboku EXPO tədbirinə gətirməkdən q ürur duyduğunu bəyan edib.

Gələn ilin yayında Fransada ke çiriləcək AVRO-2016 Avropa Çempionatının qalibinə təqdim ediləcək kuboku g örə bilmək b üt ün futbol azarkeşləri ü ç ün nadir f ürsətdir. Kubokun Milanda ke çirilən EXPO sərgisində təqdim edilməsi isə diqqəti Azərbaycan və İtaliya milli yığma komandaları arasında oktyabrın 10-da Bakıda baş tutacaq futbol oyununa cəlb edir.

UEFA-nın ilk katibi Henri Delaunayın şərəfinə adlandırılmış Futbol üzrə Avropa çempionatının kuboku Arthus Bertrand tərəfindən 1960-cı ildə Parisdə dizayn edilmiş və əvvəlki 45 il ərzində qalib komandalara təqdim edilmiş kuboku əvəzləyərək yeni m ükafat kimi qalib komandalara təqdim olunacaq. SOCAR f ürsətdən istifadə edərək kuboku g ün ərzində ən innovativ pavilyon kimi dəyərləndirilən və qonaqlar tərəfindən ən çox qiymətləndirilən Azərbaycan pavilyonunda azarkeşlərə və qonaqlara n ümayiş etdirib. Kubok pavilyonun birinci mərtəbəsində yerləşdirilib və futbol azarkeşlərinə kubokla şəkillər çəkdirməyə imkan yaradılıb. Eyni zamanda, pavilyonun arxasında yerləşən meydan çada Azərbaycanın milli musiqiləri səsləndirilib, konsert təşkil edilib.

SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ;əsas rəsmi sponsoru qismində respublikamızda futbolun aktiv və etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan milli yığma komandasının sponsoru olmaq şirkətə öz ün ü qlobal səviyyədə tanıtmaq ü ç ün unikal platformadır. Bu, həm də SOCAR-ın enerji sektorunda qabaqcıl brendə çevrilmək məramına uyğundur.

;

“Qarabağ" qalib gəldi - VİDEO

Riçard Almeydanın mükəmməl qolu

 

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib."Dalğa TV" xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Belçikanın Anderlext klubunu qəbul edib. İlk turda Tottenhem ə uduzan Ağdam klubu doğma meydanda, 33 qat Belçika çempionu ilə oyunda ilk xalını qazanıb.

1 oktyabr

Avropa Liqası, qrup mərhələsi

II tur

J qrupu

22:00. Qarabağ (Azərbaycan) – Anderlext (Belçika) - 1:0

Qol: Riçard Almeyda, 36 (1:0)

 

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0 (Birinci hissə)Qol: Riçard Almeyda, 36 (1:0)

Posted by Dalğa TV on Thursday, 1 October 2015

Bakıda keçiriləcək "Formula-1" yarışının vaxtı dəyişdirildi

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtını dəyişdirib.

"Dalğa Tv" sportal.az –a istinadən xəbər verir ki, FİA paytaxt küçələrində təşkil olunacaq yarışı gələn il 19 iyuna salıb.

Halbuki, ilkin siyahıda bu Qran Prinin iyulun 17-də baş tutacağı bildirilirdi. FİA bu addımı Bakı mərhələsinin 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.

Qeyd edək ki, "Formula-1"də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq.

Karate və daha 4 idman növünün "Tokio-2020"nin proqramına salınması tövsiyə olunub

2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (İOC) 5 idman növü tövsiyə olunub.

"Dalğa TV"-nin məlumatına görə, belə tövsiyə ilə "Tokio-2020"nin Təşkilat Komitəsi çıxış edib.

Təşkilatçılar beysbol/softbol, karate, sörfinq, qayayadırmanma və skeytbordinqdə ümumilikdə 18 dəst medal uğrunda medal planlaşdırıblar. Müvafiq federasiyalar olimpiada proqramına salınmağa namizəd növləri avqustda Tokioda təqdim ediblər. Həmin vaxt skvoş, uşu və boulinqin də təqdimatı olub.

"Tokio-2020"dən bildirilib ki, yeni növlər xüsusən, gənclər arasında populyar olmalı, habelə, biznes-model nəzərə alınmalıdır.

Beysbol/softbol 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının proqramında yer alsa da, sonradan olimpiada proqramından çıxarılıb.

Qedyd edək ki, yekun qərar İOC-un 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyroda keçiriləcək Sessiyasında veriləcək. Tokio olimpiadası isə 2020-ci il iyulun 24-dək avqustun 9-dək təşkil olunacaq. 

Son 10 ildə ən çox gəlir əldə edən idmançılar - TOP-20

"Forbes" jurnalı son 10 ildə ən çox gəlir əldə edən idmançıların ilk "20"liyini təqdim edib. Modern.az jurnala istinadla xəbər verir ki, siyahıda ilk pilləni professional qolf iştirakçısı olan amerikalı Tayqer Vuds qazanaıb. İdmançı 2005-ci ilin yayından bəri 845 milyon dollar qazanıb. Həmin pulların əksəriyyəti qolf turnirlərindəki qələbələrə görə deyil, reklam kompaniyalarına görə ödənilib.

 

 

2-ci pillədə isə yenə amerikalı idmançı qərarlaşıb. Məğlubedilməz boksçu Floyd Meyuezer 10 ildə 660 milyon dollar qazanıb. 3-cü yerdə isə basketbolçu Kobi Brayant yer alıb. O, reklam müqavilələri və məvacib hesabına 475 milyon dollar gəlir götürüb.

10 ildə ən çox kapital toplamış idmançıların ilk "20"liyi aşağıdakı kimidir.

1. Tayqer Vuds - 845 milyon dollar

2. Floyd Meyuezer - 660 milyon dolar

3. Kobi Brayant - 475 milyon dollar


4. Lebron Ceyms - 472 milyon dollar


5. Fil Mikelson - 468 milyon dollar

6. Rocer Federer - 455 milyon dollar

7. Devid Bekxem - 441 milyon dollar

8. Menni Pakayo - 432 milyon dollar

9. Kriştiano Ronaldu - 407 milyon dollar

10. Lionel Messi - 350 milyon dollar

11. Aleks Rodrigez - 291 milyon dollar

12. Fernando Alonso - 289 milyon dollar


13. Deyl Ernhardt - 277 milyon dollar


14. Valentino Rossi - 275 milyon dollar

15. Derik Cetter - 271 milyon dollar

16. Kimi Raykonen - 261 milyon dollar

17. Rafel Nadal - 253 milyon dollar

18. Mariya Şarapova - 250 milyon dollar

19. Luis Hamilton - 246 milyon dollar

20. Peyton Meninq - 243 milyon dollar

Bütün dünyanı ayağa qaldıran 7 yaşlı Səid Ronaldo ilə birlikdə - FOTOLAR + VİDEO

10 gün bundan öncə Suriyadan qaçaraq Macarıstan sərhədindən Avropaya daxil olmaq istəyən Osama Möhsün və Səid adlı ata və övladın Ştefan Rixteru adlı almaniyalı jurnalist tərəfindən üzləşdiyi insanlığa sığmayan hərəkət qısa zaman ərzində dünyada geniş ajiotaj doğurdu.

 

Hadisə zamanı jurnalist qucağında azyaşlı oğlu ilə sərhəd xidmətçilərinin əlindən xilas olmaq istəyən Osama Möhsünə badalaq vuraraq yerə yıxmışdı.

 

Sözügedən olayın videgörünütülərinin yayılmasından sonra, Suriyada yaşadığı müddətdə futbol məşqçisi olan Osama Möhsün övladı ilə bir yerdə CENAFE adlı futbol akademiyası tərəfindən məşqçi kimi İspaniyaya dəvət olunaraq vətəndaşlıqla təmin edildi. Suriyalı ata və oğul üçün 10 gün ərzində baş verənlər bütün həyatlarını dəyişdi.

Balaca Səid isə balaca futbolçu olaraq şənbə günü həyatının ən xoş və nostalji anlarını yaşayıb.

Belə ki, o bütün uşaq futbolçuların ən böyük arzusu olan Kristiano Ronaldo ilə görüşərək, Real-Madridin Santiyago Bernabeu stadionda baş tutan Granada komandası ilə oyuna çıxıb. İslaminsesi.org həmin anları əks etdirən fotoları və videogörüntüləri sizlərə təqdim edir.

2024 Yay Olimpiya Oyunlarına namizəd şəhərlərin adı açıqlandı

eynəlxalq Olimpiya Komitəsi 2024 Yay Olimpiya Oyunlarına namizəd olan şəhərlərin siyahsını açıqlayıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, siyahıya Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) daxil edilib.

Paris bundan əvvəl 1900 və 1924-cü illərdə, Los-Anceles 1984-cü ildə və Roma isə 1960-cı illərdə Olimpiya Oyunlarına ev sahibliyi edib. ABŞ-ın Boston və Kanadanın Toronto şəhərləri isə namizədliklərini geri götürüblər.

Çempionlar Liqası - "Qalatasaray" uduzdu - Bütün HESABLAR

Çempionlar Liqasında 2015/2016 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.
"Dalğa TV"  xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

 A qrupu

PSJ (Fransa) - "Malmö" (İsveç) - 2:0 
"
Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 4:0 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Real Madrid

1

1

0

0

4:0

3

2.

PSJ

1

1

0

0

2:0

3

3.

Malmö 

1

0

0

1

0:2

0

4.

Şaxtyor

1

0

0

1

0:4

0

B qrupu

PSV (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1 
"Volfsburq" (Almaniya) - CSKA (Moskva, Rusiya) - 1:0

S

Komandalar

O

Q

H

M

T-F

Xal

2.

Volfsburq

1

1

0

0

1:0

3

1.

PSV

1

1

0

0

2:1

3

3.

Mançester Yunayted

1

0

0

1

1:2

0

4.

CSKA Moskva

1

0

0

1

0:1

0

C qrupu

"Mançester Siti" (İngiltərə) - "Yuventus" (İtaliya) - 1:2 
"Sevilya" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya) - 3:0

S

Komandalar

  1. O 

Q

H

M

T-F

Xal

1.

Atletiko Madrid

1

1

0

0

2:0

3

2.

Benfika

1

1

0

0

2:0

3

3.

Qalatasaray

1

0

0

1

0:2

0

4.

Astana

1

0

0

1

0:2

0

D qrupu

"Qalatasaray" (Türkiyə) - "Atletiko" (Madrid, İspaniya) - 0:2 
"Benfika" (Portuqaliya) - "Astana" (Qazaxıstan) - 2:0  

   

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Sevilya

1

1

0

0

3:0

3

2.

Yuventus

1

1

0

0

2:1

3

3.

Mançester Siti

1

0

0

1

1:2

0

4.

  1. M.

1

0

0

1

0:3

0

16 sentyabr

E qrupu

"Bayer" (Leverkuzen, Almaniya) - BATE (Belarus)
"Roma" (İtaliya) - "Barselona" (İspaniya)

F qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Arsenal" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan) - "Bavariya" (Almaniya)

G qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - "Portu" (Portuqaliya)
"Çelsi" (İngiltərə) - "Makkabi" (Təl-Əviv, İsrail)

H qrupu

"Valensiya" (İspaniya) - "Zenit" (Rusiya)
"Gent" (Belçika) - "Lion"

Putin məşhur amerikalı boksçuya Rusiya vətəndaşlığı verdi

Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib.

"Dalğa TV"-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.

“1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin”, deyə fərmanda bildirilir.

Qeyd edək ki, Roy Cons bundan əvvəl onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib.

Bakıda 1,6 milyonluq dünya kubokunun açılışı - FOTO

Bakıdakı Beynəlxalq Muğam Mərkəzində şahmat üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Dalga TV Azərtac-a istinadən xəbər verir ki, tədbirdə qonaqlara Azərbaycanda şahmatın inkişafı və dünya kuboku yarışlarının reqlamenti haqda məlumat verilib. 
Daha sonra turnir haqqında videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov turnir iştirakçılarını və qonaqları salamlayıb.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov "Bakı-2015" birinci Avropa Oyunlarının təşkilatçılığından söz açaraq, hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnirin püşkü atılıb və açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq. Bu mötəbər turnirdə Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.

Şahmatçımız ermənini məğlub etdi

Xantı-Mansiyskdə keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatında 7-ci turun oyunları başa çatıb.

Dalga TV Qafqazinfo-ya istinadən xəbər verir ki, oğlanların mübarizəsində 7-ci turda qara fiqurlarla oynayan Ülvi Bacarani Ermənistan təmsilçisi Karen Qriqoryan üzərində qələbə qazanıb.

Yeddi turdan sonra 5,5 xal toplayan Ü.Bacarani ikinci pillədə qərarlaşıb. Nicat Abasov isə norveçli Aryan Tari ilə sülh bağlayaraq aktivindəki xalların sayını beşə çatdırıb. Misrəddin İsgəndərov isə bu turda Argentina şahmatçısı Alan Piçota məğlub olub.

Qızların yarışında yeddinci turda Səbinə İbrahimova Monqolustan təmsilçisi Bayarma Bayarjarqal üzərində qələbə qazanaraq altıncı pilləyə yüksəlib. Günay Məmmədzadə isə Qazaxıstan şahmatçısı Jansaya Abdulmalikə məğlub olub və 4,5 xalla 10-cu yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva 3,5, Aytən Əmrayeva isə 3 xal toplayıb.
İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.

Saytda Axtarış

Son xəbərlər