Dalga Televiziyasi Şahmatçımız ermənini məğlub etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün158
DünənDünən3410
Bu həftəBu həftə3568
Bu ayBu ay13104
Bu günə qədərBu günə qədər7501321

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Şahmatçımız ermənini məğlub etdi

Xantı-Mansiyskdə keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatında 7-ci turun oyunları başa çatıb.

Dalga TV Qafqazinfo-ya istinadən xəbər verir ki, oğlanların mübarizəsində 7-ci turda qara fiqurlarla oynayan Ülvi Bacarani Ermənistan təmsilçisi Karen Qriqoryan üzərində qələbə qazanıb.

Yeddi turdan sonra 5,5 xal toplayan Ü.Bacarani ikinci pillədə qərarlaşıb. Nicat Abasov isə norveçli Aryan Tari ilə sülh bağlayaraq aktivindəki xalların sayını beşə çatdırıb. Misrəddin İsgəndərov isə bu turda Argentina şahmatçısı Alan Piçota məğlub olub.

Qızların yarışında yeddinci turda Səbinə İbrahimova Monqolustan təmsilçisi Bayarma Bayarjarqal üzərində qələbə qazanaraq altıncı pilləyə yüksəlib. Günay Məmmədzadə isə Qazaxıstan şahmatçısı Jansaya Abdulmalikə məğlub olub və 4,5 xalla 10-cu yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva 3,5, Aytən Əmrayeva isə 3 xal toplayıb.
İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.

Saytda Axtarış

Son xəbərlər