Dalga Televiziyasi Bütün dünyanı ayağa qaldıran 7 yaşlı Səid Ronaldo ilə birlikdə - FOTOLAR + VİDEO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3037
DünənDünən1228
Bu həftəBu həftə3037
Bu ayBu ay12573
Bu günə qədərBu günə qədər7500790

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bütün dünyanı ayağa qaldıran 7 yaşlı Səid Ronaldo ilə birlikdə - FOTOLAR + VİDEO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

10 gün bundan öncə Suriyadan qaçaraq Macarıstan sərhədindən Avropaya daxil olmaq istəyən Osama Möhsün və Səid adlı ata və övladın Ştefan Rixteru adlı almaniyalı jurnalist tərəfindən üzləşdiyi insanlığa sığmayan hərəkət qısa zaman ərzində dünyada geniş ajiotaj doğurdu.

 

Hadisə zamanı jurnalist qucağında azyaşlı oğlu ilə sərhəd xidmətçilərinin əlindən xilas olmaq istəyən Osama Möhsünə badalaq vuraraq yerə yıxmışdı.

 

Sözügedən olayın videgörünütülərinin yayılmasından sonra, Suriyada yaşadığı müddətdə futbol məşqçisi olan Osama Möhsün övladı ilə bir yerdə CENAFE adlı futbol akademiyası tərəfindən məşqçi kimi İspaniyaya dəvət olunaraq vətəndaşlıqla təmin edildi. Suriyalı ata və oğul üçün 10 gün ərzində baş verənlər bütün həyatlarını dəyişdi.

Balaca Səid isə balaca futbolçu olaraq şənbə günü həyatının ən xoş və nostalji anlarını yaşayıb.

Belə ki, o bütün uşaq futbolçuların ən böyük arzusu olan Kristiano Ronaldo ilə görüşərək, Real-Madridin Santiyago Bernabeu stadionda baş tutan Granada komandası ilə oyuna çıxıb. İslaminsesi.org həmin anları əks etdirən fotoları və videogörüntüləri sizlərə təqdim edir.

Saytda Axtarış

Son xəbərlər