Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün946
DünənDünən3410
Bu həftəBu həftə4356
Bu ayBu ay13892
Bu günə qədərBu günə qədər7502109

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Tarixin ən yüksək gəlirli idmançısı - Forbes açıqladı

Forbes ulduz basketbolçu Maykl Cordanı bütün dövrlərin ən çox gəlir qazanan idmançısı elan etdi.

AzNews.az Tass-a istinadən xəbər verir ki, basketbolçu indiyə qədər 1.7 milyard dollar gəlir qazanıb. O,karyerası ərzində 93 milyon dollar pul əldə edib. Bura, sporsorlardan aldığı gəlir daxil deyil.

Maykl Cordan ikiqat olimpiya çempionudur. Həmçinin, "Çikaqo Bullz" klubu ilə birlikdə Milli basketbol assosiasiyasının altıqat çempionudur.

Dəhşətli faciə bu komandanı qalib etdi

Təyyarə qəzasında futbolçularını itirən “Şapekoense” komandası Cənubi Amerika kubokunun qalibi elan edildi.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən qəbul edilib.

“Şapekoense” Kolumbiyanın “Atletiko Medelin” klubu ilə dekabrın 1-də finalın ilk oyunu üçün Kolumbiyaya gedərkən qəzaya uğrayıb. 

22 "Şapekoense" futbolçusunun da olduğu təyyarədə 81 sərnişin olub. Futbolçulardan yalnız üçü sağ qalıb. 

Formula-1 yarışlarına biletlər satışa çıxarılıb - Qiymətlər

Bu gündən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb. 

AzNews.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır. 

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi kimi öz yerini alıb. 
Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. 

2017 Formula 1 Azərbaycan Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Dörd günlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, ayaqüstü yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq. 

Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı dəyişdi - RƏSMİ

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula 1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.
Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də baş tutacaq.
Bu addım Qran Prinin "24 saat Le Man" marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.
Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.

Cüdo üzrə milli komandamızın üzvləri Gürcüstanda təlim-məşq toplanışındadır

alt

Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.

AZƏRTAC xəbər verir ki, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.

Ötən gündən start götürən toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular yer alır.

Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.

Məşhur şahmatçı 12-ci mərtəbədən yıxılıb öldü

alt

Rusiyada 20 yaşlı qrossmeyster Yuriy Yelisyeyev faciəli şəkildə ölüb.

Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, o, pəncərələrin birindən digərinə çıxmaq istəyərkən binanın 12-ci mərtəbəsindən yerə düşüb. Bu barədə şahmatçının dostu sosial şəbəkədə bildirib.

Y. Yelisyeyev 2012-ci ildə 16 yaşlı yeniyetmələr arasında dünya çempionu, 2016-cı ildə “Moscow Open” turnirinin qalibi olub.

Forumla-1 və İslam Oyunlarının keçirilməsinə bu qədər vəsait xərclənəcək

Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəc vəsaitin məbləği məlum olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub ki, “İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər” kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. 

Azərbaycanın 2 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib

Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyində 1/8 finala yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü daha bir mərhələ adlayıb.

Belə ki, boksçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev irlandiyalı Patrik Donovana çətinliklə də olsa qalib gəlib – 3:2. Təmsilçimiz yarımfinal üçün Ukrayna millisinin erməni əsilli idmançısı Zorovar Petrosyanla döyüşəcək.

Yığmamızın heyətində ən ağır çəki dərəcəsində rinqə çıxan Məhəmməd Abdullayev (+91 kq) də komanda yoldaşı kimi irlandiyalı üzərində qələbə qazanıb. O, Şihi Kevin 5:0 hesabı ilə məğlub edib. Abdullayev növbəti qarşılaşmasında Justis Hunini (Avstriya) sınağa çəkəcək.

Onlardan fərqli, Ramazan Abdullayevlə  (56 kq) Pərviz Quliyev (69 kq) 1/8 finalda mundialla vidalaşıblar. Onlar müvafiq olaraq, Sam Qudmana (Avstriya) və Pavlo Qula (Ukrayna) uduzub. 

Türkiyə Superliqası: "Fənərbağça” "Qalatasaray”ı məğlub edib

Futbol üzrə Türkiyə Superliqasının XII turu çərçivəsində "Fənərbağça” doğma meydanda "Qalatasaray”ı qəbul edib.

“Report” xəbər verir ki, "Şükrü Saracoğlu" adına stadionda baş tutan derbi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Oyunun qəhrəmanı Robin van Persi olub. Holland hücumçu matçda hər 2 qolun müəllifi olub.

“Fənərbağça” bu nəticə ilə derbidə qələbə nisbətini bir qədər də artırıb. Komanda artıq 151-ci qələbəsini hesabına yazdırıb. Keçirilən 385 matçdan 127-də "Qalatasaray” qələbəyə sevinib, 107 qarşılaşma isə bərabərlik qeydə alınıb.

“Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqası, XII tur

21:00. "Fənərbağça" - "Qalatasaray" - 2:0

Qollar: Robin van Persi, 45, 78-pen

Tbilisidə 64 xanalıq dama üzrə Avropa çempionatının rəsmi açılışı olub

Tbilisidə keçirilən 64 xanalıq dama üzrə Avropa çempionatının rəsmi açılışı olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasimi Beynəlxalq Dama Oyunları Federasiyasının prezidenti Vladimir Longin açıb.

V.Longin bildirib ki, idmançılar 3 növdə - standart, cəld və blits-dama növləri üzrə mübarizə aparacaqlar. Sonda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Çempionatın mükafat fondu 30 min avrodur. Çıxış edənlər idmançılara uğurlar arzulayıblar. Bu gün dama ustaları blits-dama növü üzrə mübarizə aparıblar. Azərbaycanı bu çempionatda Aslan Aslanlı, Famil Kamilli, qadınlar arasında isə Vəfa Aslanova və Leyla Sadıqlı təmsil edirlər. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, SSRİ idman ustası Adil Quliyev "Report"a açıqlamasında deyib ki, idmançılar bu yarışmaya ciddi hazırlaşıblar. Çempionatda tanınmış dünya və Avropa çempionları, güclü qrossmeystrlər iştirak edirlər.

Gənclər arasında dünya və Azərbaycan çempionu, beynəlxalq usta Aslan Aslanlı isə bildirib ki, məqsədi həmişə olduğu kimi Azərbaycanın bayrağını yüksəklərə qaldırmaqdır: "Çalışacağıq ki, ölkəmizin idman şərəfini uca tutaq. Düzdür bu oyundur, bəzən məğlubiyyətlə də üzləşirik. Amma bu bizi ruhdan salmır. Biz mübarizəmizi davam etdiririk”.

Çempionat noyabrın 20-də başa çatacaq.

“Qalatasaray”ın sabiq futbolçusu öldürüldü

alt

“Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb.

Oyunçu Cengiz adlı dostu tərəfindən başından silahla vurulub. Belə ki, onlar kafedə oturub yeyib-içdikdən sonra mübahisə ediblər. Hər iki tərəf kafeni tərk edib. Lakin Burhana qarşı əsəbi soyumayan Cengiz kafenin önündə dostunun başına 5 dəfə silahla atəş açıb. Xəstəxanaya aparılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.

Ronaldo ilk dəfə…

alt

Kriştiano Ronaldo Portuqaliya millisində ilk pokerinə imza atıb.

Qafqazinfo” xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsində Andorraya qarşı görüşdə 4 qol vurub. Ronaldo 2, 4, 47 və 68-ci dəqiqələrdə fərqlənib. Ulduz futbolçu bu barədə rəsmi "facebook" hesabında paylaşım edərək xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Portuqaliya - Andorra oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Saytda Axtarış

Son xəbərlər