Dalga Televiziyasi Azərbaycanın 2 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2243
DünənDünən2692
Bu həftəBu həftə4935
Bu ayBu ay42673
Bu günə qədərBu günə qədər7470007

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanın 2 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib

Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyində 1/8 finala yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü daha bir mərhələ adlayıb.

Belə ki, boksçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev irlandiyalı Patrik Donovana çətinliklə də olsa qalib gəlib – 3:2. Təmsilçimiz yarımfinal üçün Ukrayna millisinin erməni əsilli idmançısı Zorovar Petrosyanla döyüşəcək.

Yığmamızın heyətində ən ağır çəki dərəcəsində rinqə çıxan Məhəmməd Abdullayev (+91 kq) də komanda yoldaşı kimi irlandiyalı üzərində qələbə qazanıb. O, Şihi Kevin 5:0 hesabı ilə məğlub edib. Abdullayev növbəti qarşılaşmasında Justis Hunini (Avstriya) sınağa çəkəcək.

Onlardan fərqli, Ramazan Abdullayevlə  (56 kq) Pərviz Quliyev (69 kq) 1/8 finalda mundialla vidalaşıblar. Onlar müvafiq olaraq, Sam Qudmana (Avstriya) və Pavlo Qula (Ukrayna) uduzub. 

Saytda Axtarış

Son xəbərlər