Dalga Televiziyasi Azadlıq Meydanında "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün766
DünənDünən1228
Bu həftəBu həftə766
Bu ayBu ay10302
Bu günə qədərBu günə qədər7498519

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azadlıq Meydanında "Formula 1" üçün ikimərtəbəli hazır bina sifariş olunub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinə hazırlıqla bağlı bütün işlər qaydasında gedir. Problem yoxdur".

"Dalğa TV"nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, hazırda 6 km məsafədə yolların dəyişdirilməsi prosesi gedir: "Bu proses zamanı paytaxt sakinlərinə problem yaratmamağa çalışırıq. Baxmayaraq ki, 6 km məsafədə yollar dəyişir. Amma işlər yumşaq formada aparılır, tıxaclara yol vermirik. Ən əsası, betonlamadan öncə yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri yekunlaşıb".
Nazirin sözlərinə görə, artıq yarış üçün 300 metr uzunluğu, 21 metr genişliyi və 2 mərtəbəli bina formasında padok sifariş olunub. Padok hazır şəkildə gələcək və "Azadlıq" meydanında qurulacaq.
Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Saytda Axtarış

Son xəbərlər