Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün843
DünənDünən355
Bu həftəBu həftə10919
Bu ayBu ay42462
Bu günə qədərBu günə qədər7530679

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Ronaldo yeni rekorda imza atıb

altUEFA superkubokunda "Sevilya" ilə görüşdə dubl etməklə komandasının qələbə qazanmasında pay sahibi olan "Real" (Madrid) klubunun hücumçusu Cristiano Ronaldo matçın ən yaxşı oyunçusu seçilib.

GSR.fm-in Qol.Az-a istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçuya mükafatını sabiq baş məşqçisi ser Aleks Fergüsson təqdim edib.

Ronaldo superkuboku qazanmaqla yeni rekorda imza atıb. Futbolçu qazandığı superkubokla klub səviyyəsində mümkün olan bütün titullara yiyələnib.

Qeyd edək ki, "Sevilya" ilə görüşdə iki dəfə fərqlənən Ronaldo avrokuboklarda vurduğu qolların sayını 70-ə yüksəltməklə Filippo İnzaqiyə çatıb. Hər iki futbolçu "Real"ın eks futbolçusu Raul Gonzalesdən geri qalır. İspaniya millisinin sabiq üzvünün aktivində 77 qol var.

Kirsan İlümjinov yenidən FİDE prezidenti seçilib

altKirsan İlümjinov yenidən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti seçilib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, Norveçdə keçirilən səsvermədə onun yeganə rəqibi 13 qat dünya çempionu Harri Kasparov olub.

İlümjinovun lehinə 110 nəfər, Kasparovun - 61 nəfər səs verib.

Qeyd edək ki, Kalmıkiya Respublikasının sabiq başçısı İlümjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edir.

"Qarabağ" çempionluq qazandı

altAzərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilib.

Turnir cədvəlinin lideri "Qarabağ" ən yaxın izləyicisi "İnter"i qəbul edib.

7/24news xəbər verir ki, oyun nəticəsində "Qarabağ" "İnter"i 4-1 hesabıyla məğlub edib.

Azərbaycan- Ermənistan 3:1

alt

Bolqarıstanın Smakov şəhərində yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Avropa çempionatında 50 kq çəki dərəcəsində çıxış edən Əfqan Xaşalov növbəti mərhələyə adlayıb.

AzNews.az xəbər verir ki, bolqar Daniel Qanev, və macar Eqyed Balajı məğlubiyyətə uğradan Xaşalovun bu dəfəki “qurbanı” erməni idmançı olub. Belə ki, yarımfinalda Narek Hovannisyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz finaldakı rəqibini gözləyir.

"Bakı"nın futbolçusu hakimə kəllə vurdu

altAzərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Bakı" - "İnter" oyununda xoşagəlməz hadisə baş verib.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.

"Real" İspaniya kubokunun sahibi oldu

altİspaniya kubokunun final oyunu keçirilib.

7/24news xəbər verir ki, "Barselona" və "Real" (Madrid) klubları qələbə uğrunda mübarizə aparıb.

Real Madrid rəqibini 2-1 hesabı ilə məğlub edərək İspaniya kubokunun yeni sahibi olub.

"Barselona" - "Real" (Madrid) - 1:2

Qol: Di Maria, 11 (0:1), Bartra, 68 (1:1), Bale, 85 (1:2)

Ronaldo Messinin rekordunu təkrarladı

alt"Real"ın futbolçusu Cristiano Ronaldo "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Dalgatv-nin  Qol.Az-a istinadən verdiyi xəbərə görə, Çempionlar Liqasının 1/4 finalında "Borrusiya" ilə oynanılan matçda (3:0) bir dəfə fərqlənən portuqaliyalı hücumçu bununla da cari mövsüm ÇL-də vurduğu qolların sayını 14-ə yüksəldib. Ronaldo bu nəticə ilə ÇL-də bir mövsümdə ən çox fərqlənən Messinin rekorduna şərik olub.

Ronaldo "Borussiya" ilə cavab qarşılaşmasında da qol vursa, yeni rekord müəyyənləşdirəcək.

İdmançımız 7 saniyəyə ermənini nokauta saldı

alt

“MMA idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda idmançılarımızdan ibarət “Legion Fight klub” komandası qalib olub. Qafqaz ölkələrinin iştirak etdiyi yarışda vətənimizi beş idmançı təmsil edib”.

Bu haqda “Axar.az”a klubun məşqçisi Orxan Həmzəyev məlumat verib: Erməni idmançısı nokaut oldu “3 idmançımız - Nihat Şükürzadə, Orxan Quliyev və Təbriz Bəşirov birinci pilləni qazanıblar. Yarışda ən diqqət çəkən məqam isə Orxan Quliyevin Ermənistan döyüşçüsünü 7 saniyə ərzində nokaut etməsi olub”. Qeyd edək ki, “Legion Fights Club” komandası iyul ayında Bolqarıstanda keçiriləcək yarışa hazırlaşır.

FİFA-dan "Barcelona"ya transfer qadağası

altFİFA "Barselona" klubunu ağır cəzalandırıb.

Dalgatv-nin Qol.Az-a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi iki transfer dönəmində heç bir futbolçunu heyətinə qata bilməyəcək.

Buna "Barsa"nın 18 yaşlı bir oyunçunun transferində qanunsuzluğa yol verməsi səbəb olub. Beləliklə, Kataloniya təmsilçisi ötən mövsümdən transfer etmək istədiyi "Borussiya"nın qapıçısı Andre ter Ştegeni transfer edə bilməyəcək.

Qeyd edək ki, 350 min funt cərimə ödəməli olacaq "Barselona" bir il ərzində müqaviləsi başa çatacaq futbolçuları ilə də müqavilə yeniləyə bilməyəcək.

Kaka "Milan"dan ayrıla bilər

alt"Milan"ın braziliyalı futbolçusu Kaka komandanı tərk edə bilər.

Dalgatv-nin  Qol.Az-a istinadən verdiyi xəbərə görə, ötən il "Real"dan transfer olunan futbolçunun müqavilə müddəti bu mövsümün sonunda başa çatır.

Ancaq müqavilə şərtlərinə uyğun olaraq "Milan" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Kaka istənilən vaxt komandadan ayrıla bilər. Bunu klubun vitse-prezidenti Adriano Qalliani deyib.

Qeyd edək ki, Kaka bu yaxınlarda karyerasını ABŞ-da davam etdirmək istədiyini bildirib.

Adı Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk gürcüstanlı azərbaycanlı

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar kəndinin sakini Etibar Budaqlının adı Ginnesin Rekordlar Kitabının 2014-cü ildə işıq üzü görmüş nəşrinə daxil edilmişdir.
Yeni nəşrin Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyində təqdimat mərasimi keçirilmişdir.
Qeyri-adi bioenerjiyə malik olan idmançı bədənində yüz kiloqramdan çox dəmir əşyanı saxlaya bilir. O, İtaliya, Çin, Almaniyada çıxışları ilə tamaşaçıları təəccübləndirmiş, bu sahədə 12 dəfə rekordu təzələmişdir.
Etibar Budaqlı demişdir: “Bu yaxınlarda Qafqaz Rekordlar Federasiyasını təsis etmişəm. Məqsədim Azərbaycanda və Gürcüstanda qeyri-adi istedada malik olanları üzə çıxarmaq, onları Ginnesin Rekordlar Kitabına istiqamətləndirməkdir. Bununla əlaqədar müxtəlif qurumlarla məsləhətləşmələr aparılır”.
E.Budaqlı adı Gürcüstanda Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk azərbaycanlıdır.

“Qalatasaray“ rəqibini darmadağın etdi - 6-1

alt

Futbol üzrə Türkiyə Superliqasının növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, İstanbulun “Qalatasaray” futbol klubu Türk Telekom stadionunda “Akhisar Bələdiyyəsi” komandasını qəbul edib. Gərgin keçən oyunda sarı-qırmızılılar rəqibini darmadağın edib. “Qalatasaray”ın futbolçusu Didye Droqba 13-cü dəqiqədə topu tora qovuşduraraq qol yağışının açılışını edib. Daha sonra Alex Teres hesab arasındakı fərqi 2-yə çatdırıb. Matçın 48-ci dəqiqəsində isə Droqba dubla imza ataraq hesabı 3:0-a çatdırıb. Oyunun birinci hissəsi bu hesabla da başa çatıb. İkinci hissədə isə sarı-qırmızılılar yenidən 3 dəfə fərqlənib. “Akhisar Bələdiyyəsi” klubu bir dəfə fərqlənə bilib. Oyun 6:1 hesabı ilə başa çatıb.

Saytda Axtarış

Son xəbərlər