Dalga Televiziyasi Bakı 2015 Avropa Oyunları ARDNŞ ilə tərəfdaşlıq edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün736
DünənDünən355
Bu həftəBu həftə10812
Bu ayBu ay42355
Bu günə qədərBu günə qədər7530572

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı 2015 Avropa Oyunları ARDNŞ ilə tərəfdaşlıq edəcək

alt

Bakı 2015 Avropa Oyunları bu gün fəxr hissi ilə elan edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmasını təsdiq edən müqaviləyə imza atıb.

Modern.az xəbər verir ki, müqaviləyə görə yarışlarla bağlı maarifləndirməni artırmaq məqsədilə ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində və ticarət nöqtələrində Bakı 2015 Avropa Oyunlarının loqotipi təsvir olunacaq.

 

ARDNŞ İsveçrə, Gürcüstan, Rumıniya və Ukrayna daxil olmaqla digər dörd ölkədə həyata keçirəcəyi marketinq kampaniyaları sayəsində Avropa Oyunlarının qitə miqyasında təbliğ olunmasına da dəstəyini göstərəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunları Azərbaycanı dünyanın digər ölkələrində təbliğ etmək üçün çox mühüm imkandır və bu cür yüksək dəyərə malik beynəlxalq şirkət tərəfindən dəstəyin göstərilməsi vacibdir. Bakı 2015 Avropa Oyunları ərəfəsində ARDNŞ-nin və onun bütün işçi heyətinin tam dəstəyini almaqdan çox məmnunuq.”

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimində `Cənub Qaz Dəhlizi`nin genişləndirilməsi üzrə tikinti işinin başlanılması münasibətilə saziş elan olunub. 

Bunu da qeyd etmək lazımdır ki, bu gün eyni zamanda, `Əsrin Müqaviləsi`nin imzalanmasının 20 illiyi tamam olur. Həmin müqavilə Azərbaycanın təbii ehtiyatlarını beynəlxalq ictimaiyyətə açıq elan etdiyinə şahidlik etmişdir.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev qeyd edib: “Biz Bakı 2015 Avropa Oyunlarına dəstəyimizi göstərməyimizlə fəxr edirik, çünki birinci Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük idman yarışları olacaq.

“İdman sahəsində sponsorluq etmək bizim üçün çox vacib məqamdır və ARDNŞ ölkənin tarixində baş verən və böyük maraq doğuran belə bir anın bir hissəsi olmaq şərəfinə nail olur. 

“Avropa Oyunları özündən sonra uzunmüddətli müsbət dəyişikliyin qoyacaq və bu dəyişikliyin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik.”

ARDNŞ P&G, Tissot, BP və Nar Mobile şirkətlərinə qoşularaq Bakı 2015 Avropa Oyunlarının beşinci Rəsmi Tərəfdaşına çevrilir. Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki deyib: “Bir sıra yüksək səviyyəli beynəlxalq şirkətlərin dəstəyini almaq istənilən əsas idman yarışları üçün əhəmiyyət kəsb edir və Bakı  2015-in yüksək keyfiyyətli tərəfdaşları birinci Avropa Oyunlarının gözəl keçəcəyinə səbəb olacaq.”

 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq əlavə edib: “Avropa Oyunlarının başlanmasına qalan günləri geri sayılır. Və bu vaxtda əksər böyük Azərbaycan şirkətlərinin idman vasitəsilə Avropanı birləşdirəcək belə innovativ yarışlara dəstəyi bizə böyük inam bəxş edir.”

60 000-dən çox işçisi olan ARDNŞ əsas böyük idman qurumları və yarışları ilə, o cümlədən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uzun müddətli birliyə malikdir.

Şirkət, eyni zamanda, 2016-cı ildə Fransada keçiriləcək Avropa Futbol Çempionatının əsas sponsorlarından biri olmaq üçün də öz razılığını verib.

Saytda Axtarış

Son xəbərlər