Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün337
DünənDünən859
Bu həftəBu həftə2684
Bu ayBu ay51380
Bu günə qədərBu günə qədər7478714

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycan və Rusiya neft tranziti müqaviləsi imzalayıb

altAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın «Transneft» şirkəti arasında yeni müqavilə imzalanıb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə «Transneft» şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.

«Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək», - deyə ARDNŞ-in rəsmi məlumatında bildirilir.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində azərbaycanlı tələbələrlə görüş keçirilmişdir

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin Tbilisi şəhərindəki mərkəzi ofisində bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilmişdir. 
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov xarici ölkələrdə yaşayan soydaşlara qayğı və diqqət yönümündə əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Heydər Əliyev adına Fondun həyata keçirdiyi böyük sosial layihələrin səmərə verdiyini vurğulamışdır. O bu görüşün məhz azərbaycanlı gənclərin qonşu Gürcüstanda lazımi səviyyədə təhsil almaları, gələcəkdə tələbələrin təqaüdlə təmin olunmaları üçün monitorinq qrupun yaradılması və s. məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə təşkil olunduğunu qeyd etmişdir.
M.Məmmədov Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayının ilbəil artdığını vurğulamış, SOCAR-ın onların təhsil haqlarının ödənilməsində təşəbbüsündən söhbət açmış, soydaşların gürcü ictimaiyyətinə inteqrasiyası istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün vacib tədbirlərin bundan sonra da həyata keçiriləcəyini qeyd etmişdir.
Tələbələrdən Ceyhun Məmmədli, Günel İskəndərova, Günay İbadova, İlqar Nəbiyev və digərləri qayğı və diqqətə görə Azərbaycan Dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.

Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 33 milyon ton xam neft ixrac olunmuşdur

alt2013-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunmuşdur.
“bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildirmişlər ki, kəmərin gündəlik ötürmə gücü 1,2 milyon bareldir. 2013-cü ildə BTC üzrə əsaslı işlərə 75 milyon dollar sərf edilmişdir. Bu il üçün isə həmin göstəricinin 119 milyon dollar olacağı nəzərdə tutulur.
BTC boru kəməri ilə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan kondensat nəql edilir. Bundan əlavə, kəmərlə Türkmənistan nefti də ötürülür. Ötən ilin oktyabrından başlayaraq BTC ilə Tengiz neftinin nəqli bərpa edilmişdir.
Ümumiyyətlə, 2006-cı ilin iyunundan - Ceyhandan ilk tankerin yola salındığı vaxtdan 2013-cü ilin axırınadək BTC boru kəməri ilə nəql edilmiş təxminən 245,4 milyon ton xam neft Ceyhan limanında 2390 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Gürcüstanda yeni qaz şəbəkəsi istismara verilmişdir

altFevralın 14-də Gürcüstanın Kareli rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istsimara verilmişdir.
Açılış mərasimində Gürcüstanın energetika naziri Kaxi Kaladze, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərləri iştirak etmişlər. Dzlevicari kəndində 15 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilmişdir. Şəbəkənin 330 abonentə xidmət etməsi nəzərdə tutulmuşdur.
Bununla da Kareli rayonunda 86 kilometr uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatmış, 2 min 768 abonent qazla təmin olunmuşdur. Ümumilikdə, Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu isə 591 kilometrə çatdırılmışdır ki, bu da 18 min 315 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan vermişdir. Cari ilin sonuna kimi daha 127 kilometrlik qaz kəmərinin istismara verilməsi və 1500 abonentin qazla təminatı nəzərdə tutulur.
2009-cu ildən bu günədək “SOCAR Georgia Gas” şirkəti tərəfindən ölkə miqyasında 4 min kilometr qaz kəməri tikilmiş, nəticədə 188 mindən çox abonent qazla təmin olunmuşdur. İlin sonunadək 750 kilometr uzunluğunda qaz kəmərinin çəkilişi və daha 22 min abonentin təminatı nəzərdə tutulmuşdur.

“SOCAR Georgia Petroleum” Gürcüstanın ən böyük vergi ödəyicisidir

alt

Bu gün Tbilisidə 2013-cü ildə Gürcüstanın neft məhsulları sektorunda uğur qazanmış şirkətlərin mükafatlandırılma mərasimi olub.

Azərbaycan Dövlət Neft Şirkətindən  verilən məlumata görə, Neft Məhsulları İdxalçıları İttifaqı tərəfindən təşkil olunmuş mərasimdə Gürcüstan hökumətinin və dövlət strukturlarının, diplomatik missiyaların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, həmçinin ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri iştirak ediblər. “SOCAR Energy Georgia” şirkəti ən böyük investor və ən mühüm sosial layihələrin müəllifi kimi xüsusi diplom və mükafata layiq görülüb.

“SOCAR Georgia Petroleum” şirkəti isə ölkənin ən böyük vergi ödəyicisi elan olunub. 2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödənilib. 2006-cı ildən bu vaxtadək şirkət Gürcüstanın dövlət büdcəsinə ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 dollar) məbləğində vergi ödəyib.

Qeyd edək ki, ötən il “SOCAR Georgia Petroleum” vasitəsilə Gürcüstanda SOCAR brendi ilə 11 yeni yanacaqdoldurma məntəqəsi açılıb. Bunlardan 4-ü qazdoldurma stansiyası, 6-sı multi-funksional kompleksdir. Hazırda 9 yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Ümumilikdə Gürcüstanda SOCAR brendi ilə 106 YDM fəaliyyət göstərir. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür.

 

Tbilisidə yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

altGürcüstan paytaxtında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.


Paytaxt Tbilisinin Sarcişvili prospekti və Didi Diqomi yaşayış massivinə gedən yolun kəsişməsində tikilən yanacaqdoldurma məntəqəsinin açılışını ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov həyata keçirib.

M. Məmmədov jurnalistlərə açıqlamasında məntəqədə 20 nəfərə yaxın insanın iş ilə təmin olunduğunu bildirib: “Bu yanacaqdoldurma məntəqəsi Gürcüstanda istifadəyə verilən sayca 112 yanacaqdoldurma məntəqəsidir. Bu 112 yanacaqdoldurma məntəqəsinin 7-də müştərilər həm qaz, həm də benzin doldururlar. Bu gün istifadəyə verilən məntəqə kombinə olunmuş yanacaqdoldurma stansiyasıdır. Stansiya müasir standartlara cavab verir”, deyə M. Məmmədov bildirib.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbərinin sözlərinə görə, yaxın günlərdə soydaşlarımız yaşayan bölgələrdə də belə tipli yanacaqdoldurma məntəqələrin açılışı planlaşdırılıb.

ARDNŞ ötən ay Ceyhan limanında 1,6 milyon tona yaxın xam neft ixrac edib

alt

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min 157 ton təyyarə yanacağı ixrac edib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322 min 996 ton, Ceyhan limanından isə 1 milyon 592 min 40 ton xam neft ixrac edib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
2014-cü ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 108,76 dollara satılıb.

Türkiyə ən ucuz qazı Azərbaycandan alır

alt

Türkiyə Azərbaycandan aldığı təbii qazın hər 1 min kubmetrinə 335 ABŞ dolları ödəyir.


«APA-Economics»in «Zaman» qəzetinə istinadən verdiyi məlumata görə, eyni həcmdə qazı Türkiyə Rusiyadan 425 dollara alır. Türkiyənin İrandan aldığı 1000 kubmetr qaz isə 490 dollara başa gəlir.

Nəşrin yazdığına görə, bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İrana səfər edəcək. Səfər çərçivəsində aparılacaq danışıqların əsas mövzusu İran qazının qiymətinin endirilməsi olacaq. Belə ki, Türkiyə tərəfi İranda keçiriləcək görüşdə onlara Azərbaycan və Rusiya ilə müqayisədə İran qazının çox baha olduğunu izah etməyə və qiymətin endirilməsinə çalışacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə tərəfindən «Botaş» şirkəti qazın baha olması və bu qiymətlərə endirimlərin edilməsi üçün İranla bağlı Beynəlxalq İqtisadi Məhkəməyə müraciət etmişdi. Məhkəmə çəkişməsi hələ də davam edir. Hətta Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mətbuata açıqlamasında «İran qazın qiymətini çox şişirdir» deyə bildirmişdi. Rəsmi Tehran isə qazın qiymətində endirimin olacağını vəd edib və buna R.Ərdoğanın İrana gözlənilən səfəri zamanı nail olunacağı ehtimal edilir.

ARDNŞ-in ixtisara salınmış işçiləri ilə bağlı proqram təsdiq edilib

İşçilərin sosial dayanıqlığının təmin olunması üçün tədbirlərin görülməsi barədə əmr imzalanıb

alt

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram” təsdiq edilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 2014-cü il yanvarın 17-də şirkətin bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması üçün tədbirlərin görülməsi barədə əmr imzalayıb. 

Əmrdə bildirilir ki, Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq məqsədi ilə ARDNŞ tərəfindən həyata keçirilən ardıcıl islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, həm də az səmərəli və effekt verməyən biznes proseslərinin aradan qaldırılması zərurəti yaradır. 

Bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyənləşdirilən həmin proseslərin təkmilləşdirilməsi, bir qayda olaraq, idarəetmə strukturunda müəyyən dəyişikliklərin aparılmasını şərtləndirir. Bu dəyişikliklər isə öz növbəsində bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olur. Əmrdə daha sonra bildirilir ki, ARDNŞ daim işçilərinin həyat səviyyəsinin yüksəldilməsini, sosial dayanıqlığının təmin olunmasını diqqət mərkəzində saxlayır. İnsan resurslarının idarə edilməsində yeni standartların yaradılması, bu standartlar vasitəsilə sərbəstləşən işçilərin Şirkət sistemində iş yerləri ilə təmin olunması, onlara müxtəlif proqramlar üzrə müavinətlərin ödənilməsi kimi tədbirlər bu istiqamətdə atılmış real addımlardandır. 

Qeyd olunur ki, müvafiq situasiyalarda müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə ARDNŞ-nin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq Əmr-Qərarları qəbul edilmişdir və bununla da indiyə qədər sərbəstləşmiş çox sayda işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət ödənilməsi həyata keçirilmişdir. Həmin proqramdan hal-hazırda da xeyli işçinin yararlandığı bildirilir və ARDNŞ-nin sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması istiqamətində tədbirlərinin davamlı olacağı bir daha vurğulanır. 

17 yanvar 2014-cü il tarixli əmrlə “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram” təsdiq edilmişdir. Əmrdə sərbəstləşən işçilərin Proqrama qoşulmaq üçün müraciət etmə müddəti, Proqramın qüvvədə olma müddəti müəyyən olunmuşdur. Proqramın icrasının həyata keçirilməsi məqsədi ilə ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucovun sərdliyi ilə daimi fəaliyyət göstərəcək Komissiya yaradılmışdır. Komissiyaya Proqrama qoşulmuş sərbəstləşən işçilərin ARDNŞ-nin strukturuna daxil olan müəssisələrdə yerləşdirilməsi, bu mümkün olmadıqda isə icraçı qurumla birlikdə onların kənar təşkilatlarda, Şirkətin podratçıları, subpodratçıları, eləcə də ARDNŞ ilə müqavilə münasibətlərində olan digər təşkilatlarda yerləşdirilməsi üçün qanunvericiliyə və müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılmışdır. Əmrdə həmçinin Komissiyanın vəsatəti əsasında Proqram iştirakçılarının ixtisasının artırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar da verilmişdir. 

17 yanvar tarixli əmrlə təsdiq edilən və həmin əmrə əlavə olunan “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”da göstərilir ki, bu Proqramın iştirakçısı olan sərbəstləşmiş işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilməsi və onların ARDNŞ-nin digər müəssisələrində və ya kənar təşkilatlarda yerləşdirilməsi təmin olunacaqdır. Bunun üçün sərbəstləşmiş işçilər müəyyən edilmiş müddət ərzində sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməklə proqrama qoşula bilərlər. Sərbəstləşən işçinin ARDNŞ-nin daxili normativ sənədlərinə uyğun olaraq müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ da saxlanılır. Beləliklə, sərbəstləşən işçiyə seçim imkanı yaradılır: o, orta aylıq əmək haqqının 5 mislinin alınması ilə bağlı müvafiq qaydada müraciət etməkdə, yaxud da bundan imtina edərək ARDNŞ-nin həyata keçirdiyi yeni Proqrama qoşulmaqda sərbəstlik əldə edir. “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”ın daha bir üstün cəhəti bundan ibarətdir ki, sərbəstləşən işçinin sosial təminatı ən azı bir il müddətində təmin olunur, bu müddət ərzində ixtisasartırmaya ehtiyacı olan işçilər üçün müəyyən kurslar təşkil edilir ki, bu da onlar üçün daha əlverişli yeni iş yerlərinin tapılmasına köməklik göstərəcəkdir. Proqram çərçivəsində müvafiq dövlət orqanları, işə düzəltmə agentlikləri və digər təşkilatlarla əlaqələr qurulacaq, sərbəstləşən işçilərin yeni iş yerləri ilə təmin olunması üçün zəruri tədbirlər görüləcək.

“SOCAR Corcia qas” şirkəti Gürcüstanın paytaxtı Tbilisidə yeni yanacaqdoldurma stansiyası açıb

alt “SOCAR Corcia qas” şirkəti Gürcüstan paytaxtı Tbilisidə yeni yanacaqdoldurma stansiyasını istifadəyə verib. Stansiyanın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Məntəqənin açılışını ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov həyata keçirib.

Mahir Məmmədov qeyd edib ki, bu, Gürcüstanda sayca 106-cı yanacaqdoldurma stansiyasıdır.O əlavə edib ki,bu ilin sonuna kimi daha 50 yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək. Stansiyanın müasir tələblərə uyğun inşa olunduğunu bildirən şirkət rəsmisi burada 15 nəfərin işlə təmin edildiyini və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli və Bolnisi rayonlarının hər birində yeni qazdoldurma stansiyasının açılacağını vurğulayıb.

ARDNŞ açıqlama yaydı

alt

 

Açıqlamada deyilir ki, Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən Qəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun tikintisi həyata keçirilir. İşçi layihəsinə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb.

Tikinti işləri «Azərinşaatservis» MMC tərəfindən aparılır.

«Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işlərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə Mozdok-Qazıməmməd magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiyaya qazın nəqli müvəqqəti dayandırılıb. Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq həmçinin Mozdok-Qazıməmməd magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə başlanılıb. Bu məqsədlə təmir işləri ARDNŞ-in «Qaz İxrac» İdarəsi tərəfindən aparılır», - deyə məlumatda bildirilir.

Azərbaycan Rusiyaya qaz nəqlini dayandırdı

alt

Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz nəqlini dayandırıb.

Bu barədə “İnterfaks” yanacaq-enerji kompleksinin mərkəzi dispetçer idarəsinə istinadən xəbər yayıb.

Xəbərdə Azərbaycan qazının nəqlinin dayandırılanadək sutkada 3 milyon kubmetr təşkil etdiyi bildirilir. “Qazprom”dan isə deyiblər ki, Azərbaycan bu addımın səbəblərini və qazın verilməsinin bərpa tarixini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan qazı Dağıstanın qaz təminatının əsas mənbələrindəndir.

Saytda Axtarış

Son xəbərlər