Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün256
DünənDünən859
Bu həftəBu həftə2603
Bu ayBu ay51299
Bu günə qədərBu günə qədər7478633

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

9 ölkə neft sanksiyalarından azad edilib

alt

ABŞ Dövlət Departamenti 9 ölkəni İrana qarşı neft sanksiyalarından 6 ay müddətinə azad edib.

Həmin ölkələr arasında Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və Tayvan da var.

Dövlət Departamenti 9 ölkənin 2012-ci maliyyə ili milli müdafiə səlahiyyət qanununun (NDAA) 1245 saylı maddəsinə uyğun olaraq təkrar sanksiyalardan azad edildiyini açıqlayıb. Bundan əlavə, Malayziya, Cənubi Afrika Respublikası, Sinqapur və Şri-Lanka bir daha sanksiyalardan azad edilən ölkələrdir. Ümumiyyətlə, ABŞ Dövlət Departamenti 9 ölkəni dördüncü dəfə sanksiyalarda azad edildiyini bildirib.

İran Rusiyanın yardımı ilə yeni nüvə stansiyası tikəcək

alt

İran və Rusiya 4 min meqavat gücündə yeni nüvə stansiyasının tikintisi üzrə danışıqlar aparırlar.
 Bunu İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib:

"İran və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, hazırda qarşı tərəflə danışıqlar aparırıq. Burada məqsəd Rusiya tərəfinin dörd min meqavat gücündə yeni nüvə stansiyasının tikintisində bizə yardım etməsidir".

Ə.Ə.Salehinin sözlərinə görə, Buşəhr nüvə stansiyası artıq üç aydır ki, iranlı mütəxəssislər tərəfindən idarə olunur və bu üç ayda bir milyard 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib: "Biz Rusiya ilə yeni nüvə stansiyalarının inşası ilə bağlı çox ciddi müzakirələr aparırıq. Rusiyadan başqa, digər ölkələrlə də müzakirələrimizi davam etdiririk". Lakin təşkilatın sədri müzakirə aparılan digər ölkələrin adlarını açıqlamayıb.

“Günəşli” yatağında yeni quyu istismara verildi

 

alt

"Günəşli" yatağındakı 14-cü özüldən 41 nömrəli quyu qazmadan sonra istismara verilib.

 "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 4001-3975 metr intervaldan sutkalıq 55 ton neft və 36000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb

altAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında dövlət büdcəsinə 138,976 mln. manat vəsait ödəyib. Bu, ötən ilin oktyabr ayına nisbətən 10,2% çoxdur.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 324,068 mln. manat ödənilib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 14,2% çoxdur.

Bundan əlavə, bu ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13,378 mln. manat vəsait köçürüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 3,9% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən DSMF-yə ödəniş ötən ilin 10 ayına nisbətən 1,5% artaraq 133,490 mln. manata çatıb.

Bakıda ARDNŞ-ın iştirakı ilə biznes-görüş keçirilib

altBu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirakı ilə biznes-görüş keçirilib.

Görüşə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, iş adamları, Azərbaycandakı xarici səfirliklərin nümayəndələri qatılıblar.

ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov tədbir iştirakçılarını şirkətin fəaliyyəti, ölkədə gördüyü işlər haqda məlumatlandırıb. Daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.


Görüş mətbuata qapalı keçirilib.

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,6 milyon nəfəri keçib

altBu il noyabr 1-nə olan məlumata əsasən Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 1 603 258-ə çatıb. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, onların 1 584 076-sı əhali, 19 182-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 688 675-i Bakı şəhəri (678 783 əhali, 9 892 qeyri-əhali), 914 583-ü regionların (905 293 əhali, 9 290 qeyri-əhali) payına düşür.

Bu ilin noyabrın 1-nə olan məlumata görə, əhali qrupu abonentlərinin mənzillərində 803 min ədəd “smart-kart” tipli sayğac quraşdırılıb. Bu il yanvarın 1-nə bu rəqəm 594 min həddində idi.

Azərbaycanda tikinti işlərinin qiymətləri ucuzlaşıb

Bu ilin III rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3% ucuzlaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3%, yol və körpü tikintisində isə 0,1% ucuzlaşma müşahidə edilib.

Bu ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, sosial təyinatlı binaların tikintisi üzrə 0,2%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,1% ucuzlaşıb.

Hesabat rübündə yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,5%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,3%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,1% ucuzlaşıb.

Yol tikintisi üzrə qiymətlər 0,1%, körpü tikintisi üzrə isə qiymətlər 0,3% ucuzlaşıb.

“Akkord” Korporasiyası yeni istehsal sahəsini işə salıb

alt“Akkord Mingəçevir Maşınqayırma Zavodu”nda dam örtüyü və onun aksesuarlarını istehsal edən yeni istehsal sahəsinin açılışı olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu istehsal sahəsində 5 avtomat xətt və aksesuarlar istehsal edən avadanlıqlar istismara verilib.

Dam örtüyü istehsal edən xətt Finlandiyanın dünyada tanınmış “Samesor OY” şirkətindən alınıb. Xətdə Avropa standartlarına cavab verən fin texnologiyası ilə eni 1200 mm, uzunluğu 2200 mm olan dam örtükləri, həmçinin sifarişçilərin tələbinə uyğun müxtəlif uzunluqda dam örtükləri istehsal etmək mümkündür. Xəttin aylıq istehsal gücü 500 tondur.

Digər avtomat xətlər Finlandiyanın tanınmış “Magring OY” şirkətindən alınıb. Xətlər Avropa standartlarına tam cavab verən texnologiya ilə 12 adda aksesuar - boru, nov, mahiyyə, qazan, daxili və xarici künclüklər, su axıdıcı dirsək, nov, boru bərkidiciləri və s. istehsalına imkan verir.

Dam örtüyü və aksesuarların istehsalı üçün istifadə olunan materiallar Finlandiyanın “RUUKKİ OY” şirkətindən rulon formasında alınır.

Bu günlərdə adıçəkilən şirkətlərin nümayəndələri “Akkord Mingəçevir Maşınqayırma Zavodu”nda olublar. Gələcəkdə bu sahəni daha da genişləndirmək üçün yeni əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.

Dövlət Neft Şirkətinin ekologiya idarəsi müəssisələrində monitorinq işlərini davam etdirir

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları tərəfindən “Abşeron” və “Bahar Energy” şirkətlərinin mədən ərazilərində ekoloji monitorinqin aparılması nəzərdə tutulmuşdur.
AzərTAc xəbər verir ki, monitorinqin məqsədi neft-qaz hasilatı ilə məşğul olan müəssisələrdə ətraf mühitə ehtimal olunan təsirlərin vaxtında aşkar edilməsi və qiymətləndirilməsi, həmçinin mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsindən ibarətdir.
Monitorinq qrupu müəssisə ərazisində formalaşan tullantıların və lay sularının idarə olunması, neft və neft məhsulları ilə çirklənmiş torpaqlar və onların rekultivasiyası, yaşıllaşdırma işləri, atmosferə atılmaların ölçülməsi, qazma və istismar işlərinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məsələlərini araşdıracaqdır.

ARDNŞ “Bulla-dəniz” yatağındakı yanğını 2 aydan sonra söndürə bildi

altARDNŞ-nin və ABŞ-ın “BOOTS & COOTS” servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb.

Bu barədə ARDNŞ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.

Xatırladaq ki, “Bulla-dəniz” yatağındakı qaz quyusunda avqustun 17-də qəza baş verib və yanğın başlayıb. Yanğın dünənədək davam edib.

Qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir.

“Şahdəniz-2” layihəsinə üç milyard ABŞ dolları məbləğində vəsait xərclənmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Şahdəniz-2” layihəsinə üç milyard ABŞ dolları məbləğində vəsait xərclənmişdir.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev demişdir.
R.Abdullayev qeyd etmişdir ki, “Şahdəniz-2” layihəsi ilə əlaqədar olaraq sonuncu müqavilələr yaxın 5 ildə Azərbaycan qazını alacaq Avropa şirkətləri ilə imzalanmışdır. Cari ilin sonunadək isə layihənin tərəfdaşları ilə yekun müqavilə bağlanaraq işlərə başlanılacaqdır.

Dövlət Neft Şirkəti qarşıdakı beş il ərzində “Şahdəniz-2”, Cənub boru kəməri, TANAP və TAP layihələrini reallaşdırmağı qarşısına məqsəd qoymuşdur

altAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qarşıdakı beş il ərzində “Şahdəniz-2”, “Cənub” boru kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik kəməri (TAP) layihələrini reallaşdırmağı qarşısına məqsəd qoymuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri ARDNŞ-in prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
R.Abdullayev bildirmişdir ki, bizim əsas hədəfimiz Azərbaycan qazının Avropa və region ölkələrinə çatdırılmasıdır. Bu layihələrdən olan TAP 40 milyard dollar dəyərində dünya əhəmiyyətli bir layihədir.

Saytda Axtarış

Son xəbərlər