Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün277
DünənDünən957
Bu həftəBu həftə9478
Bu ayBu ay47216
Bu günə qədərBu günə qədər7474550

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Dövlət Neft Şirkətinin ekologiya idarəsinin kollektivi növbəti iməcilik keçirmişdir

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində payız-qış mövsümü ilə əlaqədar növbəti iməcilik keçirilmişdir.
AzərTAc xəbər verir ki, iməcilik müddətində idarənin əməkdaşları tərəfindən ərazidə 120 Eldar şamı əkilmiş və ağacların küləkdən mühafizə olunması üçün dayaq dirəkləri basdırılmışdır. Mövcud ağacların dibi yumşaldılmış, suvarılmış, dirəkləri bərkidilmişdir.
Bundan əlavə, iməcilik iştirakçıları ərazidə bir sıra abadlıq işləri apararaq, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərmişlər.

SOCAR-ın yanacaqdoldurma məntəqəsi innovasiya, yanacağın keyfiyyəti və xidmət səviyyəsinə görə MDB-də birinci olmuşdur

altUkraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma (YDM) məntəqələrindən biri Rusiyanın “Müasir YDM” jurnalı tərəfindən MDB üzrə sentyabr ayının ən yaxşı yanacaqdoldurma kompleksi elan edilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDN-SOCAR) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kiyevin 11 kilometrliyində, “Borispol” beynəlxalq hava limanına gedən yolun üzərində yerləşən YDM üç əsas xüsusiyyətinə - innovasiya, yanacağın keyfiyyəti və xidmət səviyyəsinə görə fərqlənmişdir. Münsiflər heyəti ənənəvi Azərbaycan motivləri ilə müasir trendlərin, Şərq qonaqpərvərliyi ilə Avropa keyfiyyətinin unikal şəkildə birləşdirilməsini xüsusi vurğulamışdır.
YDM-də müştərilərin bütün arzuları nəzərə alınmış, interyerin tərtibatı, kafenin, “SOCAR FM” radiosunun fəaliyyəti kimi ən kiçik detallara da xüsusi diqqət yetirilmişdir. Avtomobil sahibləri burada yüksək keyfiyyətli yanacaq və xidmətlə təmin olunurlar. Bütün bu keyfiyyətlər sayəsində YDM ekspertlərin, münsiflər heyətinin rəğbətini, müştərilərin etibarını qazanmışdır.

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artmışdır

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət bazarında əhaliyə 13,9 milyard manatlıq və ya keçən ilin doqquz ayı ilə müqayisədə 9,6 faiz çox müxtəlif istehlak malları satılmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, istehlak mallarının 51,9 faizini ərzaq, 48,1 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi artmışdır.
Hesabat dövründə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,8 milyon manat təşkil etmişdir.
Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 84,7 faizini hüquqi, 15,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır.
Elektron ticarət dövriyyəsinin 91,3 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

ARDNŞ-in ixtisaslı fəhlə kadrlara tələbatını ödəyəcək mərkəz yaradıldı

altQobustanda yeni regional təlim, tədris və sertifikatlaşdırma Mərkəzinin açılışı olub. APA TV-nin xəbərinə görə, Dövlət Neft Şirkətinin ixtisaslı fəhlə kadrlara olan tələbatını ödəmək üçün Mərkəzdə 48 sinif otağı, 28 inzibati və köməkçi otaq mövcuddur. Burada 12 ixtisas tədris olunacaq, 370 fəhlə kadrının hazırlanması nəzərdə tutulub. ARDNŞ prezidenti Rövnəq Abdullayev hesab edir ki, Təlim Mərkəzində Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin ixtisaslı fəhlə kadrlarına ehtiyacın ödənilməsi üçün də imkanlar yaradılacaq. Artıq BP şirkətinin ilk sifarişi qəbul olunub.

ARDNŞ üçün qeyri-ənənəvi olan 500-dən artıq peşə üzrə fəhlə kadrlarına ehtiyacın təmin olunması məqsədi ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə-texniki məktəbin imkanlarından istifadə olunması planlaşdırılır. Təhsil naziri Mikayıl Cabbarov deyir ki, bununla bağlı Təhsil Nazirliyi ilə ARDNŞ arasında danışıqlar aparılır.

Gələcəkdə bu mərkəzdə qaynaqçıların attestasiyası, sertifikatlaşdırılması, audit, simulyasiya aparatında istifadə etməklə hazırlanması və s. peşə sınaqlarının keçirilməsi nəzərdə tutulub.

Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO

altSentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın müstəqilliyinin ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni bu sahəyə yönəltməklə həmin kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artmışdır

altGürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ilin ötən səkkiz ayı ərzində Azərbaycan ilə bu ölkə arasında ticarət dövriyyəsi 840,61 milyon dolları təşkil etmişdir. Bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 12,7 faizini təşkil edir. Məlumatda, həmçinin bu göstəricinin 2012-ci ilin eyni dövründəkindən 3,26 faiz çox olduğu qeyd edilir. 
Cari ilin 8 ayında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 6,64 milyard dolları təşkil etdiyi və bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,13 faiz az olduğu bildirilir.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ticarət tərəfdaşıdır. Üçüncü yerdə isə Ukraynadır.

Altı ölkə EXPO-2020-nin Türkiyədə keçirilməsinə görə "Petkim"ə dəstək verib

altAltı ölkənin xarici işlər nazirləri EXPO-2020-nin Türkiyədə keçirilməsinə görə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin sədri Kənan Yavuza dəstək verdiklərini ifadə ediblər.

"SOCAR Turkey Enerji"nin rəhbəri Azərbaycan, Gürcüstan, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina, həmçinin Albaniyanın xarici işlər nazirləri ilə görüş keçirib və XİN rəhbərləri ilə ümumdünya EXPO-2020 sərgisinin İzmir şəhərində keçirilməsi imkanını müzakirə edib.

Məlumatda qeyd edilir ki, XİN rəhbərləri əmin olduqlarını bildiriblər ki, təmsil etdikləri ölkələr EXPO-2020-nin İzmirdə keçirilməsinin lehinə səs verəcəklər.

2013-cü ilin sonunda Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasında EXPO-2020-nin harada keçiriləcəyinə dair səsvermə baş tutacaq. Sərgi 2020-ci il mayın 1-dən oktyabrın 31-dək davam edəcək.

İstanbulda Azərbaycan və İran nəqliyyat nazirləri arasında görüş keçirilib

Azərbaycan və İran nəqliyyat nazirləri arasında görüş keçirilib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, görüş Türkiyənin İstanbul şəhərində keçirilən XI Beynəlxalq Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Şurasına üzv ölkələrin toplantısı çərçivəsində baş tutub.

Görüşdə hər iki tərəf beynəlxalq sahədə ikitərəfli əlaqələrin inkişafında nəqliyyatın əhəmiyyətini vurğulayıblar. Ziya Məmmədov həmçinin İran quru yollarında Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin normal hərəkətinə yaradılmış şəraitə görə iranlı həmkarı Abbas Axundiyə təşəkkür edib.

Eyni zamanda Z.Məmmədov Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsini istəyib.

Dövlət Neft Şirkətində xarici KİV nümayəndələri ilə görüş olmuşdur

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (ARDNŞ) Bakıda səfərdə olan “Reuters”, “DPA” və “EUobserver” informasiya agentliklərini, “İl Sole 24 Ore” qəzetini, eləcə də “L’Espresso” gündəlik jurnalını təmsil edən bir qrup jurnalistlə görüş olmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqlar Azərbaycanın qədim neft ölkəsi olduğunu və Avropanın qaz təchizatında yaxından iştirak etdiyini yaxşı bildiklərini söyləmişlər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını, neftçilərimizin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini söyləmişdir. O, ölkəmizdə həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri çərçivəsində əldə olunmuş nailiyyətlərdən, şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin qurulmasından, Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rol oynamasından danışmışdır. Dünyanın nüfuzlu neft-qaz şirkətləri ilə ARDNŞ arasında yaranmış səmərəli əməkdaşlıq münasibətlərinə toxunan R.Abdullayev son illər şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında jurnalistləri məlumatlandırmışdır.
Daha sonra ARDNŞ-in prezidenti KİV nümayəndələrinin Azərbaycanda təsdiqlənmiş və proqnozlaşdırılan karbohidrogen ehtiyatlarının həcmi, “Cənub Qaz Dəhlizi”nin açılmasında “Şahdəniz-2” layihəsinin əhəmiyyəti, Trans-Adriatik qaz boru kəmərinin gerçəkləşməsində ARDNŞ və tərəfdaşlarının rolu, Türkiyədə həyata keçirilən Trans-Anadolu qaz kəməri və “STAR” layihələri ilə bağlı suallarını cavablandırmışdır. Jurnalistlərin şirkətin İsraildə və digər ölkələrdə “apstrim” layihələrində iştirakı, habelə Xəzər dənizinin Azərbaycan sektorunda axtarış-kəşfiyyat işlərinin genişlənməsi, bu məqsədlə yeni qazma qurğularının inşa olunması və başqa mövzularda çoxsaylı suallarına da ətraflı cavab verilmişdir.

Sudan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa etdi

altSudan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xarici İşlər Nazirliyində Sudan səfirliyinin əməkdaşı ilə ilkin tanışlıq görüşü keçirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Xəzərdə təlimlərə başladı

altRusiyanın Xəzər Donanması gəmiləri dənizdə hərbi təlimlərə başlayıb. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Məlumata görə, təlimlər donanma komandanı vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilir. Təlimlərdə 10-dək döyüş və təchizat gəmisi, “Bal” sahil raket divizion kompleksi, 50-dən artıq döyüş texnikası və 1300-dən artıq heyət iştirak edir.

İyul ayında Dövlət Neft Şirkəti 9 min 94 metr qazma işi həyata keçirmişdir

Cari ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9 min 94 metr qazma işi həyata keçirmişdir.
 Şirkətin mətbuat xidmətindən  bildirmişlər ki, bu sahədə görülmüş işlərin 8 min 572 metri istismara, 522 metri isə kəşfiyyata aid olmuşdur. 
Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 92 min 428 metr qazma işi görülmüşdür ki, bunun da 86 min 670 metri istismara, 5 min 758 metri kəşfiyyata aid olmuşdur.

Saytda Axtarış

Son xəbərlər