Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün249
DünənDünən1595
Bu həftəBu həftə6051
Bu ayBu ay50750
Bu günə qədərBu günə qədər7421224

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

ARDNŞ xarici bazarda mövqelərini gücləndirir

alt

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ruminiya səhmdarlarının "SOCAR Petroleum SA"-da qalan 10 faiz iştirak payını satın alıb.

Bununla da ARDNŞ "SOCAR Petroleum SA"-nın 100 faizlik sahibi olub.

ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirmək üçün "SOCAR Petroleum"un nizamnamə kapitalını 35 milyon avro artırmaq niyyətindədir.

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, sövdələşmə şirkətin strateji yanaşmasının, yəni Ruminiya bazarında öz mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsidir: "2014-cü ilin əvvəlində başa çatmış sövdələşmə şirkətimizin Rumıniya bazarında inkişafının yeni mərhələsinə təkan verir"

“SOCAR Corcia qas” şirkəti Terjola rayonunda çoxuşaqlı ailəyə qaz çəkmişdir

alt“SOCAR Corcia qas” şirkəti Gürcüstanın İmereti bölgəsindəki Terlola rayonunda çoxuşaqlı Tukvadzelər ailəsinə pulsuz təbii qaz kəməri çəkmişdir. Ailəyə, həmçinin qaz sobası da hədiyyə edilmişdir.
İmereti bölgəsinin qubernatoru Zaza Meparişvili Yeni ildə çoxuşaqlı imkansız ailəyə yardıma görə şirkətə təşəkkür etmişdir.
Tukvadzelər ailəsinin başçısı çoxdan arzusunda olduğu belə bir niyyətə qovuşmalarına göstərdiyi xeyirxahlığa görə “SOCAR Corcia qas” şirkətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

ARDNŞ: Heç kəsə söz verə bilmərik ki, ixtisara salınan işçilər əvvəlki vəzifəsinə, aldığı maaşa və dərəcəyə uyğun işə geri qaytarılacaq

altAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan gənc işçilərin yenidən işlə təmin oluna biləcəyinə aydınlıq gətirib.


“APA-Economics”in məlumatına görə, ARDNŞ-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, ixtisara düşmüş işçilərin adları ARDNŞ kadr ehtiyatı bazasına oturdulur.

Onun sözlərinə görə, bu şəxslərin adları ixtisaslar üzrə komplektləşdiriləcək: “İxtisara düşən işçilər 2 aylıq ödənişlərini alıblar. Kadr ehtiyatı bazasında elə insanların adları və ixtisasları var ki, onları işlə təmir etmək mümkün deyil. Bu ixtisaslar üzrə komplektləşdirilmə həyata keçirildikdən sonra şirkət üzrə mövcud vakansiya olduqda, işdən könüllü şəkildə çıxanların, təqaüdə gedənlərin hesabına yenidən işlə yəmin ediləcəklər”.

A.Bəkirli bildirib ki, bu ixtisaslar üzrə vakansiyalar yarandıqda, qurum ədalətli və yalnız test üsulu ilə imtahan təşkil edəcək: “Burada da test imtahanlarını ən yüksək balla keçən işçini yenidən işlə təmin edəcəyik. Qalan keçid balını keçməyən işçilərə isə biz gələcəkdə iş təklif etməyəcəyik. Bu insanlar artıq öz gələcəyi haqqında fikirləşməlidir. Test müsabiqəsində az bal toplayan işçilər isə gözləyəcək və növbəti vakansiya yarandıqda, onlar imtahansız işlə təmin olunacaqlar”.

Departament rəisi vurğulayıb ki, ARDNŞ-a kənardan işə qəbul edilməsi prosesi dayandırılıb: “Hətta müvəqqəti olaraq analıq məzuniyyətinə və sosial məzuniyyətə çıxan işçilərin hesabına biz həmin adları kadr ehtiyatı bazasında olan insanları imtahan verdikdən sonra daimi işlə təmin edəcəyik. Bu işçilərdən müəyyən bir qrupu mövsümi işlərdə istifadə olunacaq”.

A.Bəkirli qeyd edib ki, ARDNŞ artıq bu gün 500 nəfər işçinin ikinci peşəyə yiyələnəcəyini müəyyən edib: “Əgər onların ixtisaslarına yaxın vakant iş yeri yaranarsa, biz həmin işçinin peşəsini dəyişməsini təmin edəcəyik. Şirkət öz vəsaiti hesabına bu işçilərin ixtisas artırılmasını həyata keçirəcək. Onlar ixtisasartırma sertifikatını aldıqdan sonra ARDNŞ onları ən tələb olunan vakansiya ilə təmin edəcək. Biz heç kimin hüququnu tapdalamaq fikrində deyilik. Amma bununla belə, ARDNŞ olaraq söz verə bilmərik ki, bu insanların hamısı əvvəl işlədiyi vəzifəyə, əvvəl aldığı maaşa və dərəcəyə uyğun işə geri qaytarılacaq. Burada da rəqabət əsas rol oynayacaq. Biz ən ədalətli prinsiplərlə həmin işçiləri geri qaytarmağa çalışacağıq. Burada savad, bilik, bacarıq və səriştəlilik əsas rol oynayacaq. Bu savad və biliyin göstəricisi isə onun verdiyi test imtahanın nəticələri müəyyən edəcək. Həmin işçilər də test imtahanını verdikdən sonra yeni iş yerinə məktubla göndəriləcək. Bundan ədalətli bir metod və addım varsa, biz ona da baxa bilərik”.

SOCAR ölkədə operatorsuz yanacaqdoldurma məntəqələri yaradacaq

SOCAR şirkəti 2014-cü ildə “SOCAR” brendi adı altında avtomatik mini-yanacaqdoldurma məntəqələrinin (YDM) inşasına başlamağı planlaşdırır.Bu barədə cümə günü Dövlət Neft Şirkətindəki mənbə bildirib. “Bu il paytaxtda operatorsuz işləyəcək mini-YDM-in yaradılması üzrə işlərə başlamaq planlaşdırılır” – deyə, mənbə qeyd edib.

Hazırda yeddi yaxud səkkiz belə YDM-in layihələndirilməsi üzərində iş gedir.

Qeyd edək ki, mini-YDM-in inşasının bəzi üstünlükləri var. Belə ki, onlar kiçik ərazi tutur, ənənəvi YDM-lə müqayisədə inşaat və quraşdırma işlərinə xərcləri azaldır, yanacağı operatorsuz buraxmağa imkan verir, yanacaqdoldurma və ödəniş prosesi isə avtomatik rejimdə həyata keçirilir ki, bu da yekunda buraxılış qabiliyyətinin artması ilə nəticələnir.

Yeni stansiyanın tikintisinə hazırlıq işləri yekunlaşır

altBakı Metropoliteni paytaxtın Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) yerləşən «B-04» stansiyasında tikintinin hazırlıq mərhələsini başa çatdırmaq üzrədir.

Burada bütün köçürmə işləri, demək olar ki, başa çatdırılıb. Qurumdan bildirilib ki, alınan torpaq sahələri ilə bağlı problemlərin şəhər mərkəzində daha qlobal məsələyə çevrilməsinin əyani nümunəsini «B-05» stansiyası nümayiş etdirib: «Bununla bağlı il ərzində aparılan danışıqlar, təklif olunan müxtəlif layihələr və yerdəyişmələr bu il öz həllini tapmalıdır».

Qeyd edək ki, bu stansiya Bənövşəyi xəttin davamı, yəni üçüncü stansiya olacaq. Bu, «Papanin» adlanan ərazidə, Ceyhun Səlimov küçəsində tikilən stansiyadan sonrakı stansiya olacaq. Yəni, «Xocasən» deposundan sonra «Avtovağzal» stansiyası, daha sonra isə «Memar Əcəmi-2» və artıq tikintisinə başlanan stansiya olacaq.

Yeni televiziya və radio kanallar açılacaq

alt

"Azərbaycanda yeni televiziya və radiokanalının açılması ilə bağlı təkliflər var".

Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.Onun sözlərinə görə, artıq bununla bağlı MTRŞ-ya təkliflər var və hazırda bu təkliflər qurumda dəyərləndirilir: “Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya oyunlarının keçirilməsinə qədər bu kanalların açılması gözlənilənilir”.  O, qeyd edib ki, ötən il bir radio və televiziya kanalı açılıb. Bu prosses bu il də davam etdirilə bilər: “Açılacaq yeni televiziya və radio kanalının hansı adda fəaliyyət göstərəcəyini qabaqcadan deyə bilməyəcəyəm. Lakin kanal regionların birində açıla bilər”.

"Apple" şirkəti "SnappyCam" startupını alıb

alt

Apple "SnappyCam" startupını alıb. "SnappyCam" smartfonlar üçün sürətli foto çəkilişi təmin edir.

 "SnappyCam 3.0" bir saniyədə 20 və 30foto çəkiliş imkanı verir. Həmçinin, bu xidmətlə fotonu altı dəfə böyütmək mümkündür.

MDB ölkələrinin orta aylıq əmək haqqı reytinqi

alt

Azərbaycan MDB ölkələri arasında orta aylıq əmək haqqının məbləğinə görə dördüncü yeri tutub.

 

MDB-nin Statistika Komitəsinin məlumatlarına görə, bu ilin oktyabr göstəricilərinə əsasən, ən yüksək əmək haqqını Rusiya vətəndaşları alır (922 ABŞ dolları). İkinci yeri Qazaxıstan (689 dollar), üçüncü yeri isə Belarus (575 dollar) tutur. Azərbaycan 545 dollar (426,7 manat) göstəricisi ilə 4-cü mövqedə qərarlaşıb.Ən aşağı əmək haqqı isə Tacikistanda (158 dollar) ödənilir.Qeyd edək ki, bu ilin sentyabr ayında isə Azərbaycanda orta aylıq əmək haqqı 543 dollar (423,3 manat) olub.

Türkiyə İraqdan ucuz qaz alır - SAZİŞ

alt

Türkiyənin Rusiya və İrandan aldığı qazdan daha ucuz qiymətə qaz alması reallaşacaq.


 Şimali İraq Regional Kürd rəhbərliyi Türkiyəyə satılacaq təbii qazla bağlı saziş artıq imzalanıb.

Kürd Muxtariyyətinə yaxın iş adamlarının bildirdiyinə görə, Şimali İraqdan Türkiyəyə veriləcək təbii qazla bağlı imzalanan saziş 20-25 illik dövrü əhatə edəcək. Bu mərhələdə təbii qazın qiyməti ilə bağlı rəqəm açıqlanmasa da, hər min kubmetr təbii qaz üçün Türkiyənin 250 dollar ödəyəcəyi bildirilir.

ARDNŞ yerli KİV-də yayılan xəbərləri şərh edib

altAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yerli mətbuatda yayılan informasiyalara aydınlıq gətirib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-in «Kompleks qazma işləri» tresti «Abşeron» Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Bəhruz Malik oğlu Əliyevin açıqlaması yayılıb. Açıqlamada göstərilən məlumatlar ARDNŞ tərəfindən araşdırılıb.

Məlum olub ki, B.Əliyev həqiqətən də 2010-cu ildən ARDNŞ-in Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından fəaliyyətini «Kompleks qazma işləri» tresti «Abşeron» Qazma İşləri İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi kimi davam etdirib, hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından briqadanın əməkdaşları, o cümlədən də B.Əliyev boşdayanmadadır və bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara əmək haqlarının 2/3-si həcmində maaş ödənilir.

«B.Əliyev bu gün də ARDNŞ-in işçisidir, öz ifadəsi ilə desək, «ixtisara salınması» haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun guya «ixtisara salınması» haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur», - deyə məlumatda bildirilir.

ARDNŞ-in müəssisələrində, o cümlədən B.Əliyevin işlədiyi «Kompleks qazma işləri» Trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında dekabrın 29-da yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb. ARDNŞ struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edərək, onları bu dəyişikliyin nəticələri haqqında şayiələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır.

«Şirkət həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-in əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar», - deyə bəyanatda vurğulanıb.

"Azərbaycanda yeni zavodlar inşa olunacaq"

alt"Bu il Azərbaycanda benzinin istehsal həcmi istehlakla eyniləşib".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunları ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.Onun sözlərinə görə, bu, Azərbaycanın inkişaf göstəricisidir: «Bu inkişaf nəticəsində ölkədə maşınların sayı artıb. Çalışacağıq ki, bu sahəni daha da inkişaf etdirək».


ARDNŞ prezidenti bildirib ki, gələn ilin ortalarında ilk qaz emalı zavodunun tikintisinə başlanılacaq. «Düşünürük ki, bu zavod 2018-ci ilə qədər tam hazır olacaq. 2015-ci ildən isə zavodların köçürülməsinə başlanacaq. Bu sahənin də üzərində ciddi iş gedir».

R.Abdullayev qeyd edib ki, Azərbaycanda Karbomid Zavodunun da tikilərək 33 aya təhvil verilməsi planlaşdırılır. Bu zavodun inşası ilə bağlı tenderin qalibi «Samsung» şirkəti olub. «Açar təhvilvermə» üsulu ilə həyata keçirilən bu layihə çərçivəsində inşaat işlərinə gələn ildən start veriləcək.

ARDNŞ yunan şirkətinin 66 faizini aldı

altAzərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 %-nin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

AzNews.az-ın ARDNŞ-in saytına istinadla verdiyi məlumata görə, imzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. İmzalanma mərasimində qeyd olunub ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsisinin ARDNŞ tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.

Saytda Axtarış

Son xəbərlər