Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1445
DünənDünən1348
Bu həftəBu həftə5140
Bu ayBu ay53836
Bu günə qədərBu günə qədər7481170

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Gürcüstandan Ermənistana qazın nəqli dayandırılıb

altKazbeqi rayonunda Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Dəryal vadisində baş verən dağ uçqununun fəsadlarını aradan qaldırmaq üçün Gürcüstan hökuməti tərəfindən tədbirlər görülür.

Dalgatv APA-ya istinadən xəbər verir ki, uçqun altından iki Türkiyə vətəndaşı sağ olaraq çıxarılıb. Güman edilir ki, sürüşmə zamanı yerli sakinlər olan gürcü fəhlələri də uçqun altında qalıb və onların sağ qalmasına ümid yoxdur. Yerli sakinlər bildiriblər ki, uçqun və palçıq sürüşməsi təhlükəli olduğundan, texnikanın işləməsi çətinləşib.

Dağ uçqunu ilə əlaqədar Gürcüstandan Ermənistana qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

ARDNŞ-dan neft çənindəki yanğınla bağlı açıqlama

altAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Bakıda neft çənində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, məlumatda bildirilib ki, bu gün səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.

Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edilib ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

Gürcüstanın “DTH” platforması “Azərspace-1” peyki üzərindən yayıma başlayır

altAzərbaycanın peyk operatoru “Azərkosmos” ASC və Gürcüstanda “DTH” (Direct-to-Home, birbaşa peyk yayımı) operatoru kimi fəaliyyət göstərən “Iveriasat” şirkəti arasında “Azərspace-1” peykinin tutumlarının uzunmüddətli icarəsinə və DTH platformasının peykə çıxarılmasına dair müqavilə bağlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən qapalı platformanın peyk üzərindən yayıma çıxarılması platformaya daxil olan kanallara Gürcüstanla yanaşı, Avropa və Yaxın Şərq ərazisində də baxmaq imkanı verəcək. “TV11”, “Global Media Group” və “Viasat” kimi populyar kanal paketlərinin daxil olduğu platforma 60-dan çox kanalı özündə birləşdirəcək.

“Iveriasat” şirkəti “DTH” xidmətlərini göstərərək Gürcüstanın SD (standard rezolyusiyalı) və HD (yüksək rezolyusiyalı) formatında olan televiziya və radio kanallarının “MPEG4” standartında kodlaşdırılmış yayımını təşkil edir. Sözügedən şirkətin bu gün Tbilisi şəhərində keçirilmiş rəsmi açılış mərasiminə qatılan “Azərkosmos” ASC-nin nümayəndə heyəti ilə “Iveriasat” şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru “Azərkosmos” ASC rəqəmli yayım, “VSAT” şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

TRACECA layihəsi üzrə Tbilisi konfransında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə ətraflı söhbət getmişdir

altGürcüstan paytaxtında “Loqistika prosesləri və dəniz magistralı” layihəsinin ikinci, yekun konfransı keçirilmişdir. Konfrans iştirakçıları Asiyadan Avropaya və əks istiqamətə marşrutlar, gələcəyə baxış və digər mühüm məsələlər ətrafında müzakirələr aparmışlar.

“Şərq Tərəfdaşlığı” layihəsinin üzvü olan ölkələrin regional proqram meneceri Stefan Bil iştirakçıları salamlamış və TRACECA layihəsinin əhəmiyyətindən söhbət açmışdır. Gürcüstan iqtisadiyyat və sabit inkişaf nazirinin müavini, TRACECA-nın Gürcüstandakı milli katibi Natia Mikeladze ölkəsində həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
TRACECA-nın Azərbaycandakı milli katibi Akif Mustafayev AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, konfransda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı ətraflı söhbət getmiş, layihənin böyük əhəmiyyətə malik olduğu bir daha vurğulanmışdır. A.Mustafayev demişdir: Konfransda 13 ölkədən nümayəndə heyəti iştirak edirdi və mən çıxışımda BTQ layihəsi ilə yanaşı, ölkəmizdə TRACECA çərçivəsində həyata keçirilən tədbirlərə geniş yer ayırdım. İştirakçılara Azərbaycanın bu qəbildən olan layihələrə böyük miqdarda investisiya yatırdığı haqqında məlumatlar çatdırıldı. Həmçinin analoqu olmayan, müasir tələblərə tam cavab verəcək Bakı Beynəlxalq Dəniz Limanının inşasının gedişi barədə informasiya da maraqla qarşılandı.
A.Mustafayev daha sonra qeyd etmişdir ki, TRACECA layihəsinə diqqətin getdikcə artdığı müşahidə olunur və Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bu sahədə mühüm rol oynayacağı artıq danılmaz həqiqətdir. Bir çox ölkələr öz yüklərinin tez bir zamanda mənzil başına çatdırılması baxımından bu layihəyə üstünlük verdiklərini nümayiş etdirirlər. Bu istiqamətdə gömrük-keçid məntəqələrinin fəaliyyəti ilə bağlı planlaşdırılan yeniliklər, əlaqəli fəaliyyət proqramları da artıq çoxları üçün diqqət çəkən amillərə çevrilmişdir.
TRACECA-nın Azərbaycandakı milli katibi, həmçinin vurğulamışdır ki, konfrans iştirakçılarına Azərbaycan dövlətinin başçısının ölkə iqtisadiyyatının dinamik inkişafı ilə yanaşı, beynəlxalq layihələrə sərmayə yatırımı sahəsində qarşıya qoyduğu vəzifələr, bu istiqamətdə qazanılan böyük uğurlar, BTQ dəmir yolu layihəsinin və bir sıra digər qlobal layihələrin Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin məhsulu kimi artıq dünyanın aparıcı ölkələrinin diqqət mərkəzində olduğu barədə də məlumatlar çatdırılmışdır.

Bakı-Tiflis-Ceyhan boru kəmərinin təhlükəsizliyini təmin edən xüsusi mühafizə xidmətinin nümayəndələri Gürcüstana səfər ediblər - FOTO

altBu gün Azərbaycanın Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərinin təhlükəsizliyini təmin edən xüsusi mühafizə xidmətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriliblər ki, nümayəndə heyəti Gürcüstan DİN-in nəzdində fəaliyyət göstərən strateji boru kəmərlərinin mühafizə Departamentində olub.

Gürcüstan tərəfinin nümayəndələri Azərbaycan nümayəndə heyətini rabitə sahəsində 2013-cü ildən həyata keçirilən əhəmiyyətli texnoloji yeniliklərlə və vacib dəyişikliklərlə, eyni zamanda yeni rəqəmsal avadanlıqların işi və digər innovasiya xüsusiyyətləri ilə tanış ediblər.

Gürcüstanın Xaşuri rayonunun Surami qəsəbəsində yeni qaz şəbəkəsi istsimara verilib

altÖtən il Gürcüstanda 57 min 733 abonentin qazlaşdırılması işləri başa çatdırılıb.

 Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində 8 min 464 abonent təbii qazla təmin olunub.

 “SOCAR- Corgia” şirkətinin investisiya proqramı çərçivəsində 2009-2013-ci illərdə ölkədə 166 min 91 abonent “mavi yanacaq”la təmin olunub. Cari ilin planında Gürcüstanda 86 min ailəyə qaz çəkilməsi nəzərdə tutulub.

  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Gürcüstan hökuməti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən, şirkət 2017-ci ilədək bu ölkədə daha 100 min abonenti təbii qazla təmin edəcəkdir.

  Gürcüstanda yeni qaz şəbəkəsi istismara verilib.

  Açılış mərasimində Gürcüstanın energetika naziri Kaxi Kaladze, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərləri iştirak ediblər. Surami qəsəbəsində 14 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilib. Şəbəkənin 980 abonentə xidmət etməsi nəzərdə tutulub. 

  Bununla da Xaşuri rayonunda 91 kilometr uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatıb, 2 min 980 abonent qazla təmin olunub. Ümumilikdə, Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu isə 605 kilometrə çatdırılıb ki, bu da 19 min 295 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan verib.        

Gürcüstanda ARDNŞ-nin 108-ci yanacaqdoldurma stansiyası açılmışdır

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan Nümayəndəliyi bu ölkədə 108-ci yanacaqdoldurma stansiyasını istifadəyə vermişdir.
Müasir tələblərə tam cavab verən obyekt Tbilisi şəhərində açılmışdır. İstehlakçılar burada avtomobilləri üçün benzinlə yanaşı, qaz da ala biləcəklər.
Yanacaqdoldurma stansiyasının açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.
Stansiyada 25 nəfər işlə təmin olunmuşdur.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan-Gürcüstan əməkdaşlığının getdikcə möhkəmləndiyini, Gürcüstanın yanacaq bazarında şirkətin mövqeyinin gücləndiyini vurğulamış, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmişdir.

Baharın gəlişi ilə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində işlər sürət götürmüşdür

altBakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan sahəsi əsasən yüksək dağlıq bölgədən keçir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Gürcüstan filialının direktoru Qurban Piriyev yolun bu hissəsində işlərin gedişi ilə tanış olmuşdur.
Filialın direktoru AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, yazın gəlişi dəmir yolunda işlərin yüksək sürətlə aparılmasına şərait yaratmışdır. O, yolun Marabda-Tetrisxaro sahəsində infrastrukturun tam hazır olduğunu bildirmiş və Tetrisxaro-Zalqa hissəsində bütün körpülərin tikintisinin başa çatdırıldığını, yeni relslərin döşəndiyini, elektrik-rabitə işlərinin görüldüyünü qeyd etmişdir.
Qurban Piriyev demişdir ki, Zalqa-Axalkalaki sahəsində 8 kilometr dəmir yolu çəkilmiş, uzunluğu 154, eni 9, hündürlüyü 27 metr olan Qırxbulaq körpüsünün inşası başa çatdırılmışdır. Hazırda yolun 20 kilometrinə relslər döşənir. Həmçinin Gürcüstan-Türkiyə sərhədindəki tuneldə də işlərin vüsət aldığı və artıq 86 metr uzunluğunda tunel qazıldığı, hər gün bunun 2-3 metr artırıldığı qeyd olunmuşdur.
ASC-nin Gürcüstan filialının direktoru BTQ dəmir yolu layihəsinin Gürcüstan sahəsində işlərin nəzərdə tutulduğu vaxtda başa çatdırılacağını vurğulamışdır.

Gürcüstan parlamentinin saytı dağıdılıb

altBu gün Gürcüstan parlamentinin rəsmi veb-saytı (www.parliament.ge) kənardan hücuma məruz qalıb.
APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, parlamentin mətbuat xidmətinin nümayəndəsi saytın xakerlər tərəfindən dağıdılmasını istisna etməyib. Məlumata görə, hazırda Gürcüstan ali qanunvericilik orqanının saytının açılmaması səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
Xatırladaq ki, parlamentin saytı 2013-cü il dekabrın 31-də də dağıdılmışdı.

Azərbaycan benzin ixracını bərpa etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 86 168 ton dizel yanacağı ixrac edib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.

alt
 

Həmçinin, ötən ay 13 088 ton təyyarə yanacağı ixrac edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur.

Fevral ayında ARDNŞ tərəfindən avtomobil benzininin ixracı bərpa olunub və bu, 383 ton təşkil edib. Ötən ay 34 448 ton vakuum qazoylu da ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində avtomobil benzini ixracının həcmi 383 ton, vakuum qazoylunun ixracı isə 34 448 ton olub.

Bundan başqa, 2 ay ərzində ötən ilin eyni dövrünə nisbətən dizel yanacağının ixracı 2,7% azalaraq 164 275 ton, təyyarə yanacağının ixracı isə 10% artaraq 23 245 ton təşkil edib.

Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 970,15 ABŞ dolları, təyyarə yanacağı - 959,85 dollar, dizel yanacağı - 908,73 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 632,81 dollar təşkil edib.

Tağı Əhmədov işdən çıxarılıb

altAzərbaycan prezidenti İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

“APA-Economics”in məlumatına görə, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb.

Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

- Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi

Müəyyən edilib ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə isə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

“Bakı Metropoliteni” QSC-nin sədri təyin olunan Zaur Hüseynov bundan əvvəl “Bakıelektrikşəbəkə” ASC sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

APA-nın məlumatına görə, 1964-cü ildə Bakıda şəhərində anadan olan Z. Hüseynov bir neçə xarici dil bilir.

O, “Bakıelektrikşəbəkə” ASC yaranan vaxtdan bu qurumda çalışmağa başlayıb.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.

Gürcüstan və Aİ "Şahdəniz-2" layihəsinin həyata keçirilməsini müzakirə ediblər

altGürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə energetika məsələləri üzrə Avropa komissarı Günter Ottingerlə görüşüb.

Baş nazirin dəftərxanasından Trend-ə bildiriblər ki, görüş zamanı tərəflər ölkənin Avropa İttifaqının "Enerji birliyi" layihəsinə daxil olmasının perspektivlərini müzakirə ediblər.

Görüşdə qeyd olunub ki, Aİ Gürcüstanın "Enerji birliyi"nə daxil olması ideyasını dəstəkləyir. Quruma daxil olmağa hazırlıq prosesinə gəldikdə, bu məsələ üzrə danışıqlar təxminən altı-səkkiz ay davam edəcək və müvafiq saziş bu ilin oktyabrında imzalanacaq.

Görüş zamanı tərəflər bir sıra enerji məsələlərini də müzakirə ediblər və əsas diqqət Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlinə imkan verəcək "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması məsələsinə ayrılıb.

G.Ottingerin qeyd etdiyi kimi, Azərbaycan qazının Gürcüstana tranziti zamanı Gürcüstan nəql edilən həcmdən beş faiz əldə edəcək ki, bu da ölkənin qaz təchizatını yaxşılaşdıracaq.

Görüşdə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və ölkənin energetika naziri Kaxa Kaladze də iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər