Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün427
DünənDünən1775
Bu həftəBu həftə5897
Bu ayBu ay54593
Bu günə qədərBu günə qədər7481927

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

SOCAR-dakı qəzayla bağlı cinayət işi açıldı

alt

Neft meydançasında baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

Baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda tapılaraq sahilə çıxarılıb.

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

ARDNŞ Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb

alt“Socar Georgia Petroleum” şirkəti Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb.

“APA-Economics”in şirkətə istinadən yaydığı məlumata görə, oktyabrın 13-dən “Socar Georgia Petroleum”ə məxsus yanacaqdoldurma məntəqələrində neft məhsullarının bütün növlərində qiymətlər aşağı salınıb. Oktyabrın 17-dən qiymətlər yenidən 3-5 tetri, yəni 1-2 qəpik (2-3 sent) azaldılıb.

Beləliklə, “Socar Georgia Petroleum” şirkətinə məxsus şəbəkələrdə dizel yanacağının 1 litri 2,04 lari, (91 qəpik), Avropa ekoloji standartlarının tələblərinə cavab verən dizel yanacağının 1 litri isə 2,21 lariyə (99 qəpik) satılır. “Requlyar” benzininin 1 litrinin qiyməti 2,04 lari (91 qəpik), “Avrorequlyar” -2,08 lari (93 qəpik), “Premium”-2,16 lari (97 qəpik), “Super”-2,25 lari (1,01 manat) təşkil edir.

Qeyd edək ki, son iki ayda “Socar Georgia Petroleum”un yanacaq doldurma məntəqələrində neft məhsullarının qiyməti 6 dəfə aşağı salınıb. Nəticədə neft məhsulları 8-10 tetri (3-4 qəpik) ucuzlaşıb.

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində beynəlxalq daşımaların tariflərə uyğunlaşdırılması aparılır

altBakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində beynəlxalq daşımaların tariflərə uyğunlaşdırılması aparılır. Artıq dəhliz tikilir və bu məsələlər də gündəmdədir.


"APA-Economics"in xəbərinə görə, bu haqda nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

M. Pənahov bildirib ki, tariflərin tətbiqi forması, eyni zamanda sənədləşmənin qaydaları və digər məsələlər müzakirə predmetidir. "Hazırda ölkələr arasında müzakirələr aparılır, onların sazişləri hazırlanır. Bu da yüklərin ölkələr arasında maneəsiz hərəkətinə imkan verəcək"- deyə M. Pənahov qeyd edib.

Layihənin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı bir-birilə birləşdirən yeni birbaşa xəttdir: "Bu layihə imkan verəcək ki, ölkələr arasında həm iqtisadi, həm ticari əlaqələrin inkişafı üçün şərait yaransın. Bu layihə dəniz daşımaçılığı ilə müqayisədə iki dəfə - həm vaxt, həm məsafə baxımdan səmərəli olacaq. Bugünkü tədbirdə Qazaxıstan, Xorvatiya, Albaniya, Rumıniya, Çin və digər ölkələr də layihəni dəstəklədiklərini qeyd etdilər".

ARDNŞ prezidenti yeni mənzillərin açarlarını və orderlərini neftçilərə təqdim edib

altBu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçələrində neftçilər üçün inşa edilmiş 5 yeni yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edib.

“APA-Economics”in xəbərinə görə, binaların tikintisinə 2013-cü ilin yanvar ayından başlanıb və Bünyadzadə küçəsi 7 ünvanında istifadəyə verilən yeni 9 mərtəbəli bina 2 blokdan, 64 mənzildən ibarətdir. Hər biri 32 ədəd 2 otaqlı və 3 otaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 5 945,92 kv.m., yaşayış sahəsi isə 2600,96 kv.m. dir.

28 May küçəsində yerləşən 9 mərtəbəli 4 yaşayış binasının isə ümumi sahəsi 23 815, 78 kv.metrdir ki, bunun da 10 099 kv.metri yaşayış sahəsidir.

Bu binalarda ümumilikdə 27 ədəd bir otaqlı, 97 ədəd 2 otaqlı, 97 ədəd 3 otaqlı və 27 ədəd 4 otaqlı mənzillər var.

Binalar su, elektrik xətləri və təbii qazla təchiz edilib, tam təmirli mənzillər isə, mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub.

Rövnəq Abdullayev yeni mənzillərin açarlarını və orderlərini neftçilərə təqdim etdikdən sonra onlara firavan həyat arzulayıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən bir hissəsində dəmir yollarının quraşdırılması başa çatdırılıb

altBakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmir yollarının quraşdırılması başa çatdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki tikinti işləri uğurla davam etdirilir. Tikintinin intensiv aparıldığı ümumi uzunluğu 184 km olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində həyata keçirilən işlər 4 mərhələdə reallaşdırılır:

Birinci etapuzunluğu 29,2 km olan Marabda-Tetritskaro hissəsinin reabilitasiya, rekonstruksiyavə tikintisi;

İkinci etapuzunluğu 49,7 km olan Tetritskaro-Tsalka hissəsinin reablitasiya, rekonstruksiyavə tikintisi;

Üçüncü etapuzunluğu 74,1 km olan TsalkaAxalkalaki hissəsinin reablitasiya, rekonstruksiyavə tikintisi;

Dördüncü etap – uzunluğu 26,3 km olan Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsinin, uzunluğu 4,5 km olan Axalkalaki stansiyasının və uzunluğu 156 m olan Qırxbulaq körpüsünün tikintisi.

İlk üç etap “Azəryolservis” ASC ilə Gürcüstan hökumətinin müvafiq qurumu – “Marabda Kartsaxi Dəmiryolu” MMC arasında imzalanmış podrat müqaviləsinə əsasən “Azəryolservis” ASC tərəfindən icra olunur. 2011-ci ildə “Azəryolservis” ASC-in Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətli aparılması üçün zəruri olan struktur bölmələri yaradılıb. Hazırda Gürcüstanda ”Azəryolservis” ASC-nin mərkəzi aparatında 29 nəfər işçi çalışır.

Artıq birinci etap üzrə tikinti işləri yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşıb, yol geyimi hazırlanıb, bina və qurğularda son tamamlanma işləri başa çatdırılıb.

İkinci etapda (Tetritskaro-Tsalka) torpaqyatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanıb, əsasyol bütövlüklə yenidən qurulub. Hazırda rabitə, işarəvermə, elektrik təhcizatı, elektrik əlaqə şəbəkəsi, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir.

Üçüncü etapda (Tsalka-Axalkalaki) torpaq işləri, 155 ədəd süni qurğuların və körpülərin, binavə digər tikililərin tikintisi, dəmiryolunun döşənməsi işləri başa çatdırılıb. Hazırda qırmadaşın səpilməsi işinə başlanılıb. Son 5 ay ərzində 70 km-dən çox dəmir yolu döşənib ki, bu da Gürcüstan üçün rekord nəticədir.

Dördüncü etapda (Axalkalaki-Kartsaxi) yol yatağının, körpülərin, suötürücülərin, dəmiryolunun döşənməsi işləri başa çatdırılıb. Kartsaxi stansiyasında əsas və stansiya daxili yollar və Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsü  üzrə tikinti işləri tam bitib.

Gürcüstan və Türkiyə arasında sərhəddə tikilən tunelin ümumi uzunluğu 4450 metrdir ki, bununda Türkiyə tərəfindən başlayaraq 2560 metr hissəsində işlər başa çatıb. Gürcüstan ərazisində olan 2070 metr tunelin 240 metrəsi tunelin girişinə aiddir. Qalan 1830 metr tunelin 960 metri qazılıb, geri qalan 870 metrin qazıntısı sürətlə davam etdirilir.

Axalkalaki stansiyasında partlayış yolu ilə davam etdirilən torpaq işləri sona çatmaq üzrədir. Eyni zamanda, paralel olaraq stansiya ərazisində olan süni qurğuların da tikintisi davam etdirilir.

Axalkalaki stansiyasında vağzal binasının tikintisi işləri yekunlaşıb. Hal-hazırda binanın daxilində təmir və quraşdırma işləri aparılır. Bu işlərin cari ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.

Artıq Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmiryollarının quraşdırılması başa çatdırılıb.

Layihənin icrasındaTürkiyə, Gürcüstan, Azərbaycanvə digərdövlətlərin şirkətləri iştirak edir.

 

Gürcüstanın baş naziri: “Qazaxıstan və Türkmənistanın ehtiyatlarının ixracı üçün Tranxsəzər qaz kəməri layihəsini dəstəkləyirik”

alt“Şahdəniz” qaz yatağı ilə bağlı ikinci fazanın başlanmasından qürur duyuram”.


APA-nın məlumatına görə, bunu bu gün “Əsrin müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili söyləyib.

O bildirib ki, Azərbaycan Gürcüstanın ən yaxın dost və tərəfdaşlarından biridir: “Biz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələri həyata keçirmişik. TANAP layihəsi həyata keçiriləcək, Avropanın enerji xəritəsi dəyişəcək, Qara dəniz və Xəzər dənizi hövzəsindəki dövlətlər üçün yeni imkanlar açılacaq, əlavə iş imkanları yaranacaq, yoxsulluğun səviyyəsi azalacaq. Biz Qazaxıstan və Türkmənistanın ehtiyatlarının ixracı üçün Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik”.

İ.Qaribaşvili deyib ki, bu layihələr davamlı inkişafı təmin edəcək: “Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafda böyük rol oynayacaq. Biz bununla qlobal bazarlara inteqrasiya edirik. Qonşu ölkələrlə azad ticarət böyük töhfə olacaq. Avropa Birliyi ilə azad ticarəti digər dövlətlərə də şamil etmək istərdik. Biz əlimizdən gələni edəcəyik kt, regionda və qlobal səviyyədə Gürcüstan etibarlı tərəfdaş olsun”.

ARDNŞ “Qalatasaray”ın sponsoru olur - Klubdan AÇIQLAMA

alt

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Ünal Aysal sentyabrın 11-də Divan toplantısında “Sponsor problemini həll etdik. Bir həftə içində açıqlama verəcəyik” demişdi. Modern.az saytı xəbər verir ki, “Sabah” qəzeti “Qalatasaray”ın formasının ön hissəsində reklam verəcək şirkətləri açıqlayıb.
Klubun rəsmi saytında da yerləşdirilən məlumatda qeyd edilir ki, sarı-qırmızılılar maraqlı bir strategiya hazırlayıb və Super Liqada ayrı, Çempionlar Liqasındakı oyunlarda ayrı sponsor tapmağı bacarıb.

İyul ayından bəri danışıqlar aparılan Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) sonunda razılaşma əldə edildiyi ortaya çıxıb. Bildirilib ki, SOCAR Türkiyə çempionatında sarı-qırmızılı komandanın formasına reklam verəcək.

Klubun rəsmi saytında hətta geyim formalarının da şəkli yerləşdirilib.

“Qalatasaray”ın Çempionlar Liqası üçün isə Rusiya bankı “Sberbank”la razılığa gəldiyi bildirilir. “Sberbank” sarı-qırmızılı klubun illərdir çalışdığı və kredit aldığı “Denizbank”ın da sahibidir.

Gürcüstanda Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının iclası keçirilir

altSentyabrın 9-da Gürcüstanda Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının 58-ci iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, üç gün davam edəcək tədbirdə 15 ölkədən 100 nümayəndə iştirak edir.

Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin yük daşımaları departamentinin vaqon şöbəsinin rəis müavini Daxil Şirəliyev, vaqonların təhlükəsiz hərəkəti üzrə texniki müfəttiş Əlövsət Nəcəfov təmsil edir.

Tədbirdə Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Latviya, Litva və Estoniyadan gələn dəmiryol rəhbərləri və digər mütəxəssislər  iştirak edir.

Yığıncaqda iştirakçı olan ölkələrin dəmiryol mütəxəssislərinin Cənubi Qafqaz və ümumiyyətlə, keçmiş MDB ölkələrində vaqonların vəziyyəti və yükgötürmə qabiliyyəti, keyfiyyəti, standartlara uyğun olması və gələcəkdə vaqon təsərrüfatının inkişaf etdirilməsi istiqamətində fikir, rəy və təklifləri dinlənilib.

Gürcüstan Dəmiryolu İdarəsindən APA-ya verilən məlumata görə, dəmiryolu nəqliyyatı məsələləri ilə bağlı Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının 58-ci iclasında səsləndirilən bütün təklif və rəylər, vaqonlar barədə müəyyənləşdirilən bütün detallar min səhifədən ibarət sənəddə cəmləşəcək və bu sənəd dəmiryol mütəxəssislərinin 59-cu görüşündə öz təsdiqini tapacaq.

Azərbaycanla Gürcüstan birgə təlim keçirib

alt Gürcüstan və Azərbaycan arasında “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlim keçirilib. Gürcüstan ərazisindəki Yalquca poliqonunda keçirilən təlimlərdə bu ölkənin Daxili İşlər Nazirliyi əməkdaşları, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirlikləri, Azərbaycanın FHN, həmçinin 
“British Petroleum” şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimlərin keçirilməsində əsas məqsəd Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq çərçivəsində xilasetmə işləri, genişmiqyaslı fövqəladə hallar zamanı qarşılıqlı yardımın təşkilidir.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevin sözlərinə görə, Azərbaycan XIX əsrdən bəri neftin hasilatının aparıldığı ölkədir: “Bizim bu sahədə böyük təcrübəmiz var. Amma bildiyiniz kimi, neft və qazın çıxarılması fövqəladə hallar yaranma təhlükəsi olan mürəkkəb prosesdir. Ona görə fövqəladə hallara qarşı çevik reaksiya verilməsi bizim üçün əsas priorietetlərdən hesab olunur”.

Təlimlərdə həmcinin “British Petroleum” şirkətilə imzalanmış saziş çərçivəsində quruda və dənizdə neft dağılmalarının aradan qaldırılmasına yönəlmiş birgə tədbirlərin həyata kecirilməsi üzrə də işlər aparıldı.

“Sınıq körpü” və “Samur” gömrük məntəqələrində problem aradan qaldırılıb

altAzərbaycanın Gürcüstanda sərhəddə yerləşən “Sınıq körpü” və Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük keçid məntəqələrində yaranan problem artıq tam aradan qalxıb.


Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanla Gürcüstan arasındakı gömrük keçid məntəqəsində yaranmış problemə səbəb qonşu ölkənin ərazisində uçqunun baş verməsi idi: “Türkiyədən, Gürcüstandan Rusiyaya gedən avtomobillərin Azərbaycan ərazisindən keçdiyindən orada tıxac yaranmışdı. Bununla bağlı ərazidə intensiv işlər aparılıb. Gün ərzində sərhəddən avtomobillərin buraxılması sürətləndirib. Artıq tıxac aradan qaldırılıb. İstər “Sınıq körpü”, istərsə də “Samur” gömrük məntəqəsinin fəaliyyətində heç bir problem yoxdur”.

Gürcüstanda “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı beynəlxalq forum keçiriləcək

altSentyabrın 24-də Batumidə “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı birinci beynəlxalq forum keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Foruma ən böyük neft, nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, neft emal edən zavodlar, həmçinin Gürcüstan, Azərbaycan, Ermənistan, Türkmənistan, İran, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Əfqanıstan, Qazaxıstan, Rusiya və başqa ölkələrdən olan yanacaq istehlakçıları dəvət olunub.

Məlumata görə, tədbirdə “Azərbaycanın nəqliyyat koridorunun inkişaf perspektivləri”, “Xəzərdən Qara dənizədək, Mərkəzi Asiyadan Avropayadək nəqliyyat loqistikası və tarif siyasəti”, “Neft və quru yük nəqliyyat axınlarının qiymətləndirilməsi”, “Nəqliyyat mərkəzlərindən yeni regional layihələr” mövzularında müzakirələr aparılacaq.

AMEA əməkdaşları Gürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparacaqlar

altGürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və müşahidələrə başlanılıb.


Məlumat üçün qeyd edək ki, qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin müraciət edib.

Saytda Axtarış

Son xəbərlər