Dalga Televiziyasi ARDNŞ Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün83
DünənDünən3188
Bu həftəBu həftə9996
Bu ayBu ay19532
Bu günə qədərBu günə qədər7507749

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ARDNŞ Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb

alt“Socar Georgia Petroleum” şirkəti Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb.

“APA-Economics”in şirkətə istinadən yaydığı məlumata görə, oktyabrın 13-dən “Socar Georgia Petroleum”ə məxsus yanacaqdoldurma məntəqələrində neft məhsullarının bütün növlərində qiymətlər aşağı salınıb. Oktyabrın 17-dən qiymətlər yenidən 3-5 tetri, yəni 1-2 qəpik (2-3 sent) azaldılıb.

Beləliklə, “Socar Georgia Petroleum” şirkətinə məxsus şəbəkələrdə dizel yanacağının 1 litri 2,04 lari, (91 qəpik), Avropa ekoloji standartlarının tələblərinə cavab verən dizel yanacağının 1 litri isə 2,21 lariyə (99 qəpik) satılır. “Requlyar” benzininin 1 litrinin qiyməti 2,04 lari (91 qəpik), “Avrorequlyar” -2,08 lari (93 qəpik), “Premium”-2,16 lari (97 qəpik), “Super”-2,25 lari (1,01 manat) təşkil edir.

Qeyd edək ki, son iki ayda “Socar Georgia Petroleum”un yanacaq doldurma məntəqələrində neft məhsullarının qiyməti 6 dəfə aşağı salınıb. Nəticədə neft məhsulları 8-10 tetri (3-4 qəpik) ucuzlaşıb.

Saytda Axtarış

Son xəbərlər