Dalga Televiziyasi Gürcüstanda Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının iclası keçirilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1509
DünənDünən3315
Bu həftəBu həftə8234
Bu ayBu ay17770
Bu günə qədərBu günə qədər7505987

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının iclası keçirilir

altSentyabrın 9-da Gürcüstanda Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının 58-ci iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, üç gün davam edəcək tədbirdə 15 ölkədən 100 nümayəndə iştirak edir.

Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin yük daşımaları departamentinin vaqon şöbəsinin rəis müavini Daxil Şirəliyev, vaqonların təhlükəsiz hərəkəti üzrə texniki müfəttiş Əlövsət Nəcəfov təmsil edir.

Tədbirdə Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Latviya, Litva və Estoniyadan gələn dəmiryol rəhbərləri və digər mütəxəssislər  iştirak edir.

Yığıncaqda iştirakçı olan ölkələrin dəmiryol mütəxəssislərinin Cənubi Qafqaz və ümumiyyətlə, keçmiş MDB ölkələrində vaqonların vəziyyəti və yükgötürmə qabiliyyəti, keyfiyyəti, standartlara uyğun olması və gələcəkdə vaqon təsərrüfatının inkişaf etdirilməsi istiqamətində fikir, rəy və təklifləri dinlənilib.

Gürcüstan Dəmiryolu İdarəsindən APA-ya verilən məlumata görə, dəmiryolu nəqliyyatı məsələləri ilə bağlı Dəmiryol Administrasiyasının Nəqliyyat Şurası Komissiyasının 58-ci iclasında səsləndirilən bütün təklif və rəylər, vaqonlar barədə müəyyənləşdirilən bütün detallar min səhifədən ibarət sənəddə cəmləşəcək və bu sənəd dəmiryol mütəxəssislərinin 59-cu görüşündə öz təsdiqini tapacaq.

Saytda Axtarış

Son xəbərlər