Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1526
DünənDünən634
Bu həftəBu həftə7962
Bu ayBu ay52661
Bu günə qədərBu günə qədər7423135

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycan ixrac və sərhəd nəzarəti sahəsində ABŞ-ın təcrübəsini öyrənir

altABŞ-ın Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycanın ixrac nəzarəti və sərhəd təhlükəsizliyi sahəsində məsul aidiyyəti qurumlarının nümayəndələri üçün Vaşinqton, Çarleston və Buffalo şəhərlərində bir sıra tədbirlər keçirilib.

 Azərbaycanın Nazirlər Kabineti, Müdafiə, Xarici İşlər və Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidməti nümayəndələrinin qatıldığı həmin tədbirlərdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də iştirak edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ-ın Dövlət Departamenti, Ticarət Departamenti, Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndələri ilə görüşüb.

Dövlət Departamentində Azərbaycan nümayəndə heyəti ilkin olaraq Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun İxrac Nəzarəti Ofisinin direktoru xanım Elizabet Rud, həmçinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz və Regional Münaqişələr üzrə Ofisinin direktoru Castin Fridman ilə görüşüb. C.Fridman Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ixrac nəzarəti məsələləri üzrə Azərbaycan və ABŞ-ın tərəfdaşlıq münasibətlərinə malik olduğunu və İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində səmərəli əməkdaşlıq edildiyini bildirib. O, həmçinin bu səfərin ixrac və sərhəd nəzarəti sahəsində ABŞ təcrübəsi ilə yaxından tanışlıq üçün əlverişli imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

Tədbir zamanı sədr müavini Ə.Abdullayev Azərbaycan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzi və burada tətbiq olunan qabaqcıl təcrübə, həmçinin prosedurlar haqqında qarşı tərəfi məlumatlandırıb.

Eyni zamanda, nümayəndə heyəti ABŞ-ın ən böyük dəniz limanlarından birinin yerləşdiyi və azad ticarət zonasına malik Çarleston şəhərinə səfər edib. Burada Azərbaycan nümayəndə heyəti Çarleston limanının rəhbəri Robert Fencel və onun müavinləri Brenda Gibson və Yohan Foq ilə görüş keçirib. R.Fencel rəhbəri olduğu limanın ABŞ ticarət sistemində rolu, burada tətbiq olunan qaydalar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə məlumat verib. Görüş zamanı daşıyıcıların limana çatmazdan öncə mallar haqqında məlumatları 24 saat əvvəl təqdim etməli olduqları və məlumat mübadiləsinin vahid mərkəzləşdirilmiş sistem əsasında, eyni zamanda, aidiyyəti strukturların əməliyyatçılarının yerləşdiyi müvafiq bölmə çərçivəsində aparıldığı bildirilib.

Bundan başqa, nümayəndə heyəti müvafiq əməliyyatlarla praktiki tanışlıq üçün Çarleston Yükləmə Stansiyası və Yük Terminalına səfər edib. Sözügedən qurumlarda fiziki müdaxilə edilmədən nəzarətə imkan verən texnoloji vasitələrə dair nümayəndə heyətinə məlumat verilib, habelə X-Ray aparatı ilə təchiz edilmiş "VACIS" maşınları ilə yoxlamanın hansı şəkildə təşkil edildiyi nümayiş olunub. Çarlestonda olan azad ticarət zonası və belə zonaların səmərəliliyi, həmçinin burada tətbiq olunan təcrübələrə dair ABŞ tərəfinin yanaşması haqqında məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

 

Böyük və Kiçik Qafqazın dağ çaylarında aparılan ölçmə işlərinin nəticələri açıqlanmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin iyulun 15-dən 19-dək Kiçik və Böyük Qafqazın dağ çaylarında apardığı ölçmə işlərinin nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən  bildirmişlər ki, ölçmə işlərinin əsas məqsədi may və iyun aylarında yağan intensiv leysan yağışları nəticəsində çaylardan keçən daşqın və selin izlərinə görə maksimal su sərflərini təyin etmək olmuşdur. Ölçmə işləri zamanı hər bir çayın en kəsiyinin profili çıxarılmış, en kəsiyinin sahəsi, məcranın eni, orta dərinlik, maillik və sürət təyin edilmişdir. 
Hesablamalara əsasən, Kiçik Qafqazın çaylarında ən maksimal su sərfi Gəncəçayda olmuşdur. Çayda su sərfi saniyədə 20,3 kubmetr təşkil etmişdir ki, bu da keçən il ilə müqayisədə bir qədər azdır. Müşahidə dövrü ərzində ən yüksək su sərfi 1965-ci il iyulun 11-də 107 kubmetr/saniyə olmuşdur.
Qoşqarçayda maksimal su sərfi saniyədə 25,2 kubmetr olmuşdur ki, bu da ötən illə müqayisədə azdır. Müşahidə dövrü ərzində ən yüksək su sərfi 1973-cü il iyunun 5-də 152 kubmetr/saniyə olmuşdur.
Böyük Qafqazın çaylarında isə ən maksimal su sərfi Şinçayda saniyədə 215 kubmetr, Kişçayda saniyədə 236 kubmetr Kürmükçayda saniyədə 152 kubmetr olmuşdur ki, bu da ötən illə müqayisədə çoxdur.
Növbəti ölçmə işlərinin iyulun 29-dan avqustun 2-dək Böyük Qafqazın Qəbələ-İsmayıllı bölgəsinin (Tikanlıçay, Türyançay, Göyçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay), Quba-Qusar bölgəsinin (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Cağacuqçay, Ağcay) çaylarında aparılması nəzərdə tutulur.

Neftin qiyməti aşağı düşmüşdür

altDünya birjalarında neftin qiyməti aşağı düşmüşdür.
Nyu-Yorkun NYMEX (“New York Merchantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 79 sent azalaraq 104,70 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 48 sent düşərək 107,17 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən  bildirmişlər ki, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 40 sent enərək 110,24 dollara satılmışdır.

Gürcüstanda fəaliyyət göstərən “SOCAR GEORGİA QAZ” Gürcüstanın dağlıq Tianeti qəsəbəsinə qaz çəkilişinin ilkin mərhələsini başa çatdırıb

altGürcüstanda fəaliyyət göstərən ARDNŞ-ın törəmə şirkəti olan “SOCAR GEORGİA QAZ” Gürcüstanın yüksək dağlıq Tianeti qəsəbəsinin qazlaşdırılmasını davam etdirir. İndiyədək 11 kilometr uzunluğunda qaz kəməri çəkilib və 305 abonentə təbii qaz verilişi təmin olunub.Qazlaşdırmanın ilkin mərhələsinin başa çatması münasibəti ilə keçirilmiş tədbirdə iştirak edən Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov qəsəbə sakinlərindən birinin evində qaz sobasını alovlandırıblar.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze SOCAR-a ölkənin qazlaşdırılmasında fəal iştirakına və keyfiyyətli işinə görə təşəkkürünü bildirib. O, Msxeta-Mtianeti bölgəsinin yüksək dağlıq ərazisi olan Tianetinin qazlaşdırılması prosesinin ilkin mərhələsinin başa çatdırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib və əmin olduğunu vurğulayıb ki, SOCAR əksər bölgələrdə olduğu kimi, burada da başlanmış işi uğurla yekunlaşdıracaqdır.

ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov görülmüş işlər barədə məlumat verərək bildirib ki, Msxeta-Mtianeti bölgəsində 9.200 abonentə təbii qaz verilişi təmin olunub, 260 kilometr uzunluğunda qaz kəməri çəkilib. Bölgənin Tianeti rayonuna qaz çəkilişinə bir müddət əvvəl başlanılıb və ilkin mərhələ uğurla başa çatdırılıb. Qəsəbədə yaşayan 1.200 ailənin 305-i təbii qazla təmin olunub.

Mahir Məmmədov öz çıxışında bildirib ki, bu ilin sonunadək daha 300 ailə qazla təmin olunacaq və 2014-cü ilin axırlarında Tianeti qəsəbəsinin qazlaşdırılması tam başa çatdırılacaqdır.O həmçinin qeyd edib ki,soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsində qazlaşdırma 75 % başa çatdırılıb.

ARDNŞ ötən ay 12 min metrdən çox qazma işi həyata keçirib

alt2013-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 224 metr qazma işi həyata keçirib.

B metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 83334 metr qazma işi görülüb ki, bunun da 78 098 metri istismara, 5236 metri kəşfiyyata aid olub.

Azərbaycan İrana qaz nəqlini dayandırdı

altAstara-Qazıməmməd magistral qaz kəmərində təmir işləri həyata keçiriləcək. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədar olaraq Azərbaycandan İrana qaz verilişi bu gündən dayandırılıb.

Magistral qaz kəmərində təmir işlərinə iyulun 3-dən başlanılacaq. Bununla əlaqədar olaraq, iyulun 3-dən 4-dək «Astara» Modul Elektrik Stansiyasının (MES) qaz təchizatı dayandırılacaq.

QDTİB SOCAR-a 58 milyon dollar kredit ayırıb

altQara dəniz ticarət və inkişaf bankı SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 58 milyon dollar kredit ayırıb.

"Direktorlar Şurası Qara dəniz ticarət və inkişaf bankının Star NAZ-ın tikintisi layihəsinə daxil olmaq haqqında qərarı yekdilliklə dəstəklədi. Kredit 18 il müddətinə ayrılıb" - deyə Kondakov əlavə edib.

Onun sözlərinə görə, bu kredit məbləği Qara dəniz ticarət və inkişaf bankının tarixində ilkdir.

"Adətən bank 10 illik kreditlər verir. Bu məbləğdə kredit isə suveren zəmanət altında verilir. Amma bu dəfə belə bir zəmanətə ehtiyac qalmadı. Çünki biz SOCAR-ı ciddi və etibarlı tərədaş kimi görürük" - deyə Kondakov vurğulayıb.

ARDNŞ-nin “Azəriqaz” İB 20 min kilometrdən artıq yeni qaz kəməri quraşdırıb

alt2013-cü ilin yanvar-may ayları ərzində ARDNŞ-nin ()Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkə üzrə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb. 

Məlumatda deyilir ki, ümumilikdə İB-nin fəaliyyəti dövründə (2009-2013-cü illər) 20588,0 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 19508,1 km-i regionların payına düşür. Bakı şəhəri üzrə bu rəqəm 897,2 km, magistral qaz kəmərləri üzrə isə 182,7 km təşkil edir. Bu dövrdə əsaslı təmir edilmiş qaz kəmərlərinin ümumi uzunluğu 6878, 8 km olub. Burada isə nisbət regionlar üzrə 2846,2 km, Bakı şəhəri-3891,0 km, magistral qaz kəmərləri 141,6 km olub.

Ronaldu Mübariz Mənsimovun ləl-cəvahirat mağazasının açılışına gəlir

“Xəzər  Lənkəran” klubunun fəxri prezidenti və “Palmali” Şirkətlər Qrubunun sahibi Mübariz Mənsimov dünyanın ən yaxşı futbolçularından olan "Real"ın hücumçusu Kriştiano Ronaldunu Türkiyəyə gətirəcək. Portuqaliyalı hücumçu iyunun 22-də ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan “Jacob&Co”nun Bodrumda ilk mağazasının açılış mərasiminə qatılacaq.
Mənsimov bu firmanın daha bir mağazasını İstanbulda açacaq. Ləl-cəvahirat markasının sahibi Yakob Arabo bildirib ki, mağazalar şəbəkəsinin gələcəkdə bütün Türkiyəyə yayılması nəzərdə tutulub: “Çox sevdiyim dostum Mənsimov markamızı Türkiyəyə daşımaq istədi. Biz də bunu münasib saydıq. İlk mağazamızı firmamızın reklam siması olan Kriştianu Ronaldunun da iştirakı ilə Bodrumda açacağıq”.
Qeyd edək ki, “Jacob&Co”nun müştəriləri arasında Madonna, Viktoriya və Devid Bekhemlər, eləcə də bir çox Hollivud ulduzu var.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi 1 il gecikir

Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ilin sonunda istifadəyə veriləcək.
Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bəyan edib.
Qeyd edək ki, əvvəllər dəmir yolunun istifadəyə verilməsi tarixi kimi 2014-cü ilin əvvəli bildirilirdi. Q.Nəzirovun sözlərinə görə, bu ləngimə Gürcüstan ərazisində aparılan tikinti işləri və inzibati səbəblərlə bağlıdır. Tikinti səbəblərinə tunelin inşası, inzibati səbəblərə isə dəmir yolunun tikintisi ilə əlaqədar torpaq alqı-satqısında yaranan problemlər qeyd edilir.
Q.Nəzirov bildirib ki, torpaq sahələrinin alınmasını tənzimləyən qanunvericilik aktı Gürcüstan parlamenti tərəfindən qəbul edilməlidir ki, bu proses hələ tam yekunlaşmayıb.

“SOCAR” Yunanıstanın "DESFA" qaz şirkətinə əsas iddiaçı olub

Yunanıstanın satışa çıxarılmış "DESFA" qaz şirkətinə yeganə iddiaçı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olub.
Bu Rusiyanın “Sintez” və Yunanıstanla Çexiyanın müştərək “Terna-PPF” şirkətlərinin "DESFA" qaz şirkətinin özəlləşmə müsabiqəsində iştirakdan imtina etdikdən sonra mümkün olub.  
Rusiyanın “Sintez” enerji şirkəti Yunanıstanın DESFA qaz şirkətinin satışı üzrə müsabiqəsində iştirak etmək üçün tələb olunan ərizəni təqdim etməyib. Bu barədə “Röyters” agentliyi özəlləşmə müsabiqəsinin gedişatı ilə tanış olan mənbələrinə istinadən xəbər verib. Agentliyin məlumatına görə, Transadriatik qaz kəməri ilə resurslarını Avropa bazarına çıxarmaq niyyətində olan Azərbaycanın “SOCAR” neft-qaz şirkəti Yunanıstanın "DESFA" qaz şirkətinə əsas iddiaçı olub.

ARDNŞ: Ermənistana qaz verilməsi mümkündür

 

Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə baxıla bilər.Bəyanatda qeyd olunur ki, Azərbaycanla hərbi-siyasi münaqişə vəziyyətində olan Ermənistanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqe erməni xalqını açınacaqlı duruma salıb. Azərbaycan təbii qaz ixracatçısı olan ölkələr sırasında özünə layiqli yer tutur. Region ölkələrindən Gürcüstan və Türkiyənin təbii qaz təminatında mühüm rol oynayan respublikamız Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi" layihəsinin gerçəkləşdirilməsi istiqamətində Avropa İttifaqı (Aİ) ilə məqsədyönlü surətdə intensiv iş aparır: "Artıq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Transanadolu qaz boru kəməri (TANAP) layihəsi "Cənub qaz dəhlizi"nin əsas elementi kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib, bu istiqamətdə Türkiyə şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq şəraitində ilk uğurlu addımlar atılıb. "Şahdəniz" konsorsiumu Aİ ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası çərçivəsində bu ölkələrə qaz tədarükünün həyata keçiriləcəyi qaz boru kəmərləri marşrutları üzrə yekun qərar verilməsinə yaxındır".

Bildirilir ki, Ermənistan coğrafi baxımdan Azərbaycana qonşu dövlətdir və Azərbaycan daim bu coğrafi məkanda öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşayıb, bunu tarix boyu bütün dünyaya nümayiş etdirib. Ermənistan isə separatçılıq və aqressiv millətçilik yolunu tutaraq, təcavüzkar işğalçılıq siyasəti yeridib, Azərbaycanın əbədi və əzəli torpaqlarının böyük bir hissəsini işğal edib, bir milyondan artıq azərbaycanlının öz doğma ev-eşiyindən didərgin düşməsinə səbəb olub. Ermənistan hakimiyyəti bu gün də beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək niyyətində olmadığını nümayiş etdirməkdən çəkinmir.

 

 

Saytda Axtarış

Son xəbərlər