Dalga Televiziyasi Gürcüstanda fəaliyyət göstərən “SOCAR GEORGİA QAZ” Gürcüstanın dağlıq Tianeti qəsəbəsinə qaz çəkilişinin ilkin mərhələsini başa çatdırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün125
DünənDünən957
Bu həftəBu həftə9326
Bu ayBu ay47064
Bu günə qədərBu günə qədər7474398

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda fəaliyyət göstərən “SOCAR GEORGİA QAZ” Gürcüstanın dağlıq Tianeti qəsəbəsinə qaz çəkilişinin ilkin mərhələsini başa çatdırıb

altGürcüstanda fəaliyyət göstərən ARDNŞ-ın törəmə şirkəti olan “SOCAR GEORGİA QAZ” Gürcüstanın yüksək dağlıq Tianeti qəsəbəsinin qazlaşdırılmasını davam etdirir. İndiyədək 11 kilometr uzunluğunda qaz kəməri çəkilib və 305 abonentə təbii qaz verilişi təmin olunub.Qazlaşdırmanın ilkin mərhələsinin başa çatması münasibəti ilə keçirilmiş tədbirdə iştirak edən Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov qəsəbə sakinlərindən birinin evində qaz sobasını alovlandırıblar.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze SOCAR-a ölkənin qazlaşdırılmasında fəal iştirakına və keyfiyyətli işinə görə təşəkkürünü bildirib. O, Msxeta-Mtianeti bölgəsinin yüksək dağlıq ərazisi olan Tianetinin qazlaşdırılması prosesinin ilkin mərhələsinin başa çatdırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib və əmin olduğunu vurğulayıb ki, SOCAR əksər bölgələrdə olduğu kimi, burada da başlanmış işi uğurla yekunlaşdıracaqdır.

ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov görülmüş işlər barədə məlumat verərək bildirib ki, Msxeta-Mtianeti bölgəsində 9.200 abonentə təbii qaz verilişi təmin olunub, 260 kilometr uzunluğunda qaz kəməri çəkilib. Bölgənin Tianeti rayonuna qaz çəkilişinə bir müddət əvvəl başlanılıb və ilkin mərhələ uğurla başa çatdırılıb. Qəsəbədə yaşayan 1.200 ailənin 305-i təbii qazla təmin olunub.

Mahir Məmmədov öz çıxışında bildirib ki, bu ilin sonunadək daha 300 ailə qazla təmin olunacaq və 2014-cü ilin axırlarında Tianeti qəsəbəsinin qazlaşdırılması tam başa çatdırılacaqdır.O həmçinin qeyd edib ki,soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsində qazlaşdırma 75 % başa çatdırılıb.

Saytda Axtarış

Son xəbərlər