Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün991
DünənDünən1348
Bu həftəBu həftə4686
Bu ayBu ay53382
Bu günə qədərBu günə qədər7480716

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Prezident BP-nin rəhbərini qəbul etdi

altPrezident İlham Əliyev BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından məmnunluq ifadə olunub. Görüş çərçivəsində bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə aparıldığı bildirilib.

Əminliklə qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında bu layihə ilə bağlı əməkdaşlıq uğurla davam etdiriləcək.

Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

altBP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub.

ANS PRESS-in Bakı Ali Neft Məktəbinin Mətbuat xidmətinə istinadən məlumatına əsasən, görüş dekabrın 8-də keçirilib.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının BANM-də prioritet olduğunu qeyd edərək Bakı Ali Neft Məktəbinin xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edildiyini diqqətə çatdırıb.

Daha sonra BP şirkətinin Azərbaycan, Gürcüstan vəTürkiyə üzrə Regional Prezidenti Qordon Birrell BANM-in tələbələri üçün “20 illik uğurlu neft yolu“ mövzusunda təqdimatla çıxış edərək BP şirkətinin Azərbayandakı 20 illik fəaliyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafından, Azərbaycanın beynəlxalq layihələrdəki rolundan, bu layihələrin icrasına cəlb etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac yaranmasından və bu sahədə görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi önəmindən və Azərbaycanın neft strategiyasından bəhs edib. Qordon Birrell həmçinin, BP şirkətində gənclər üçün yaradılan təlim və karyera imkanları barəsində danışandan sonra tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Qordon Birell uzun illər neft mühəndisliyi sahəsində çalışıb, 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan vəTürkiyə üzrə Regional Prezidenti təyin olunub. O həmçinin İlham Əliyevin sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə və “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar olaraq “Dostluq” ordeni ilə təltif edilib.

Sonda Elmar Qasımov Qordon Birrellə təşəkkür edib və onu BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.

Xatırladaq ki, 2013-cü ilin noyabrayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Tbilisidə “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib

altNoyabrın 25-28-də Gürcüstan paytaxtında “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstandakı Atlantik Şurasının icraedici direktoru Georgi Muçaidze açıb. Sonra konfrans panellərdə davam edib.

Noyabrın 27-də konfransda ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza çıxış edib.

Bu gün davam edən tədbirdə ADA Universitetinin elmi işçisi, ekspert Zaur Şiriyevin çıxışı dinlənilib. O, Azərbaycanda enerji siyasəti, Transadriatik qaz boru kəmərinin əhəmiyyəti və enerji infrastrukturunun qorunması sahəsində Azərbaycanın təcrübəsindən danışıb.

Konfransda müzakirələr zamanı enerji infrastrukturlarına yönələn terror, təxribat, kriminal və digər hadisələrin baş verməsinə qarşı NATO-nun rolu və Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri geniş müzakirə edilib.

Tədbirdə mühüm infrastruktur obyektlərinin qoruması məsələsində ən yaxşı təcrübə və tövsiyələr qəbul olunub. Bunlar xüsusi nəşrdə toplanacaq və NATO-ya təqdim ediləcək.

ARDNŞ növbəti dəfə Gürcüstanda neft məhsullarının qiymətini aşağı salıb

alt

SOCAR Georgia Petrolium Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətini yenidən azaldıb.


“APA-Economics”in şirkətə istinadən yaydığı məlumata görə, bu ölkədə benzin 2-3 tetri, yəni 0,9 - 1,3 qəpik ucuzlaşıb.

Şirkətdə bunu dünya bazarında neftin ucuzlaşması ilə izah ediblər.

Bununla da, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiyməti indiyədək ən aşağı həddə düşüb.


Qeyd edək ki, hazırda bu ölkədə SOCAR-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 2 laridən - 2,15 lari, yəni 86,3 - 92,8 qəpik aralığında satılır.

Xatırladaq ki, bu son 3 ayda SOCAR üçüncü dəfədir ki, benzinin qiymətini aşağı salıb.

SOCAR-ın yeni binasının tikintisi ilə bağlı açıqlama

alt

Bəzi kütləvi informasiya vasitələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı şəhərində inşa etdirdiyi yeni inzibati binasının tikintisi layihəsinin 1,9 mlrd. ABŞ dolları (1,5 mlrd. manat) dəyərində olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bunu SOCAR-ın mətbuat ximdətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, layihənin icrası ilə bağlı aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələr hər kəs üçün açıqdır: "Tikinti ilə bağlı SOCAR rəhbərliyi dəfələrlə açıqlama verib. Səsləndirilən rəqəmlər reallıqla müqayisədə 6-7 dəfə şişirdilib. İnşaat işində tanınmış şirkətlər iştirak edir və bütün nüanslar onlar vasitəsi ilə də dəqiqləşdirə bilərlər". N.Quliyev əlavə edib ki, bu tipli xəbərlər ilk dəfə deyil yayılır: "Bu, müəyyən qüvvələrin ölkədə baş verən bütün müsbət proseslər, aparılan quruculuq işlərinə və inkişafa qarayaxma vərdişlərindən irəli gəlir". Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında ölkə prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində SOCAR-ın yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Şirkətin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildə başlanılıb. Nəticədə, Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb və 2007-ci ilin sentyabrında SOCAR və “Heerim Architects & Planners Co. Ltd.” şirkəti arasında müvafiq müqavilə imzalanıb.

Tikinti üzrə xidmətlərin göstərilməsi üçün 2010-cu ilin martında elan edilən açıq müsabiqədə isə 8 nüfuzlu tikinti şirkəti arasından "TEKFEN İnşaat və Təchizat" (Türkiyə) seçilib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim Architects & Planners” şirkəti həyata keçirir. Layihə ilkin olaraq 235,4 mln. dollar məbləğində dəyərləndirilir. Xatırladaq ki, 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək. Binanın yeraltı mərtəbəsində 1 045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kv. metr, zirzəminin sahəsi təxminən 52 min kv. metr, ofis hissəsinin sahəsi isə 40,5 min kv. metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq.

İrakli Qaribaşvili "Şahdəniz-2"dən danışdı

altGürcüstanin Poti limaninda “Şahdəniz-2” layihəsi çərçivəsində yeni nəqliyyat terminalı açılıb. Açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edib. O, “Şahdəniz-2” layihəsinin region üçün əhəmiyyətini qeyd edib.

ANS TV-nin məlumatına görə, Gürcüstanın baş naziri terminalın imkanları ilə tanış olub. Ona “Şahdəniz-2” layihəsi barədə məlumat verilib.

“Şahdəniz-2” layihəsi çərçivəsində tikilən bu terminal Azərbaycan və Gürcüstan ərazisindən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlığın daşınmasını təmin edəcək.
Bununla da layihənin icrasını sürətləndirəcək.

İrakli Qaribaşvili “Şahdəniz-2” layihəsinin əhəmiyyətini vurğulayaraq onun iştirakçı dövlətlərə gətirəcəyi dividentlərdən danışıb.

“Bu layihə Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini gücləndirəcək ən çətin və mürəkkəb enerji layihələrindəndir. Layihəyə Avropanın yeni və alternativ Cənub dəhlizi kimi baxılır”, – deyə İrakli Qaribaşvili bildirib.

“Şahdəniz-2” layihəsi çərçivəsində təbii qazın Türkiyəyə çatdırılması 2018-ci ildə, Avropa bazarına nəqli isə 2019-cu ildə nəzərdə tutulur. Amma son açıqlamalar Avropanın Azərbaycan qazını 2020-ci ildən tez almayacağını göstərir. Layihə çərçivəsində ilkin olaraq ildə 16 milyard kubmetr mavi yanacaq ötürüləcək.

Bakı-Tiflis-Qars layihəsinin dayanması xəbərinə aydınlıq gəldi

altTürkiyə mətbuatında Türkiyə tərəfinin Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun öz ərazisində tikintisini dayandırması ilə bağlı yayılan xəbərlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov aydınlıq gətirib.

ANS PRESS-ə açıqlamasında Nadir Əzməmmədov deyib ki, müqaviləyə əsasən hər bir tərəf üzərinə öhdəliklər götürüb: “Türkiyə ərazisində yaranan problem, həmçinin maliyyə çatışmazlığı da bu ölkənin daxili işidir və qonşu ölkə hazırda bu problemin həlli ilə məşğuldur”.

O həmçinin qeyd edib ki, “Azərbaycan magistral yolun Tiflis-Gürcüstan hissəsinə cavabdehdir və bu hissədə iş qrafik üzrə aparılır. Heç bir problem yoxdur. 2014-cü ilin sonunda ilk qatar işə düşəcək. 2015-ci ilin sonuna isə biz artıq Türkiyəyə çıxış əldə edəcəyik”, - deyə Nadir Əzməmmədov əlavə edib.

Xatırladaq ki, bu gün yayılan məlumatlarda Bakı-Tiflis-Qars magistral dəmir yolunun Türkiyə tərəfinin tikintisinin maliyyə çatışmamazlıqlarına görə dayandırıldığı bildirilirdi. Yolun çəkilişinə 200 milyon manat vəsait xərclənsə də, ümumi işin cəmi 39 faizi görülüb. Tikintinin başa çatdırılması üçün isə təxminən əlavə 200 milyon manatın lazım olduğu bildirilir. Halbuki ki, ilkin hesablamalar zamanı tikintinin 110 milyon manata tamamlanması gözlənilirdi. Yaranan problemin araşdırılması və aradan qaldırılması üçün Türkiyədə nəzarət qrupu yaradıldığı deyilirdi.

BTQ yarımçıq qaldı

altTürkiyə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun öz ərazisində tikintisini dayandırıb

Buna səbəb podratçı-şirkətin planlaşdırılan işin öhdəsindən gələ bilməməsidir. İndiyədək Türkiyə ərazisində yolun tikintisinə 200 milyon manat vəsait xəclənib. Lakin ümumi işin cəmi 39 faizi yerinə yetirilib. Halbuki, podratçı-şirkət layihə üzrə bütün işləri təxminən 110 milyon manata tamamlamağı planlaşdırırdı.

Türkiyə Nəqliyyat Nazirliyinin hesablamalarına görə, Türkiyə ərazisində işin tamamlanmasına təxminəm əlavə 200 milyon manat vəsait lazımdır. Beləliklə BTQ dəmiryol magistralının Türkiyə ərazisinə aid olan hissəsinin tikintisinə sərf olunan vəsait 600 milyon manata çatır. Bu da əvvəlki rəqəmdən təxminən 3 dəfə artıqdır.

Yekun və ilkin hesablamalar arasında olan bu böyük fərq Türkiyə tərəfini də ciddi narahat edir. Buna görə də Türkiyədə vəziyyətin aydınlaşdırılması üçün nəzarət qrupu yaradılıb.

Qeyd edək ki, BTQ magistralının istismara verilməsi 2014-cü ilin sonuna planlaşdırılırdı.

Rövnəq Abdullayev: ““Azərneftyağ” fəaliyyətini dayandıracaq”

alt“Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.

“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: “Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, - deyə o əlavə edib.

Bakıda Azərbaycan-Gürcüstan biznes forum keçiriləcək

altBakıda Azərbaycan-Gürcüstan biznes forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum noyabrın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin rəhbərliyi ilə biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək.

Biznes forumda tikinti və turizm sahələri təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər. Tədbir zamanı Acarıstanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət olunur.

Tiflisdə I Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTO

altAsiya İnkişaf Bankının və Gürcüstan İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Tiflisdə “Gürcüstan - Asiyanın regional Mərkəzi və Avropaya açılan qapısıdır” (Georgia-Regional Hub and Asia’s Gateway to Europe) adlı I Beynəlxalq İnvestisiya Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Forumda ABŞ iqtisadiyyat və biznes əlaqələri departamentinin müşavir köməkçisi Kurt Tonq, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Asiya İnkişaf Bankının vitse-prezidenti Benkey Çjan, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili çıxış edib.

Forumda Gürcüstanın hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələri, Asiya ölkələrinin və dünyanın bir çox ölkələrindən gələn 300-dək iş adamları və ekspertlər iştirak edir.

Bu gün başlanan ikigünlük tədbir çərçivəsində dünya iqtisadiyyatının ənənələri müzakirə olunacaq, müxtəlif layihələrin təqdimatı keçiriləcək və fikir mübadiləsi aparılacaq.

Forumda Azərbaycanı müxtəlif iş adamları, şirkət nümayəndələri təmsil edir.

İrakli Qaribaşvili: “Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstanı iqtisadi sahədə birləşdirəcək”

alt“Gürcüstan coğrafi cəhətdən strateji mövqeyə malikdir və iqtisadiyyatı xarici investorlar üçün açıqdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tiflisdə keçirilən “Gürcüstan - Asiyanın regional Mərkəzi və Avropaya açılan qapısıdır” (Georgia-Regional Hub and Asia’s Gateway to Europe) adlı I Beynəlxalq İnvestisiya Forumunda deyib.

“Ölkəmizin gözəl potensiyalı, hidroelektrik sahədə yaxşı inkişaf dinamikası, istehsalı, logistikada və nəqliyyatda, eləcə də ölkəmiz turizm, səhiyyə, təhsil və daşınmaz əmlak sahəsində inkişaf edən ölkədir. Azərbaycan, Türkiyə və Ermənistan bizim qonşularımızdır. Biz regionumuzun və digər yaxın xarici ölkələrlə müxtəlif layihələr həyata keçiririk. 2015-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun açılması Azərbaycan, Türkiyə və Gürcüstanı iqtisadi sahədə birləşdirəcək. Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə 5 milyon ton və 1 milyon sərnişin daşınacaq”, - deyə baş nazir bildirib.

Saytda Axtarış

Son xəbərlər