Dalga Televiziyasi Tiflisdə I Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1294
DünənDünən5057
Bu həftəBu həftə19881
Bu ayBu ay50543
Bu günə qədərBu günə qədər8793829

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə I Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTO

altAsiya İnkişaf Bankının və Gürcüstan İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Tiflisdə “Gürcüstan - Asiyanın regional Mərkəzi və Avropaya açılan qapısıdır” (Georgia-Regional Hub and Asia’s Gateway to Europe) adlı I Beynəlxalq İnvestisiya Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Forumda ABŞ iqtisadiyyat və biznes əlaqələri departamentinin müşavir köməkçisi Kurt Tonq, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Asiya İnkişaf Bankının vitse-prezidenti Benkey Çjan, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili çıxış edib.

Forumda Gürcüstanın hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələri, Asiya ölkələrinin və dünyanın bir çox ölkələrindən gələn 300-dək iş adamları və ekspertlər iştirak edir.

Bu gün başlanan ikigünlük tədbir çərçivəsində dünya iqtisadiyyatının ənənələri müzakirə olunacaq, müxtəlif layihələrin təqdimatı keçiriləcək və fikir mübadiləsi aparılacaq.

Forumda Azərbaycanı müxtəlif iş adamları, şirkət nümayəndələri təmsil edir.

Saytda Axtarış

Son xəbərlər