Dalga Televiziyasi Prezident BP-nin rəhbərini qəbul etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2370
DünənDünən1228
Bu həftəBu həftə2370
Bu ayBu ay11906
Bu günə qədərBu günə qədər7500123

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident BP-nin rəhbərini qəbul etdi

altPrezident İlham Əliyev BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından məmnunluq ifadə olunub. Görüş çərçivəsində bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə aparıldığı bildirilib.

Əminliklə qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında bu layihə ilə bağlı əməkdaşlıq uğurla davam etdiriləcək.

Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

Son xəbərlər