Dalga Televiziyasi Azərbaycan ixrac və sərhəd nəzarəti sahəsində ABŞ-ın təcrübəsini öyrənir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün259
DünənDünən1299
Bu həftəBu həftə8503
Bu ayBu ay46241
Bu günə qədərBu günə qədər7473575

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan ixrac və sərhəd nəzarəti sahəsində ABŞ-ın təcrübəsini öyrənir

altABŞ-ın Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycanın ixrac nəzarəti və sərhəd təhlükəsizliyi sahəsində məsul aidiyyəti qurumlarının nümayəndələri üçün Vaşinqton, Çarleston və Buffalo şəhərlərində bir sıra tədbirlər keçirilib.

 Azərbaycanın Nazirlər Kabineti, Müdafiə, Xarici İşlər və Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidməti nümayəndələrinin qatıldığı həmin tədbirlərdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də iştirak edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ-ın Dövlət Departamenti, Ticarət Departamenti, Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndələri ilə görüşüb.

Dövlət Departamentində Azərbaycan nümayəndə heyəti ilkin olaraq Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun İxrac Nəzarəti Ofisinin direktoru xanım Elizabet Rud, həmçinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz və Regional Münaqişələr üzrə Ofisinin direktoru Castin Fridman ilə görüşüb. C.Fridman Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ixrac nəzarəti məsələləri üzrə Azərbaycan və ABŞ-ın tərəfdaşlıq münasibətlərinə malik olduğunu və İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində səmərəli əməkdaşlıq edildiyini bildirib. O, həmçinin bu səfərin ixrac və sərhəd nəzarəti sahəsində ABŞ təcrübəsi ilə yaxından tanışlıq üçün əlverişli imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

Tədbir zamanı sədr müavini Ə.Abdullayev Azərbaycan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzi və burada tətbiq olunan qabaqcıl təcrübə, həmçinin prosedurlar haqqında qarşı tərəfi məlumatlandırıb.

Eyni zamanda, nümayəndə heyəti ABŞ-ın ən böyük dəniz limanlarından birinin yerləşdiyi və azad ticarət zonasına malik Çarleston şəhərinə səfər edib. Burada Azərbaycan nümayəndə heyəti Çarleston limanının rəhbəri Robert Fencel və onun müavinləri Brenda Gibson və Yohan Foq ilə görüş keçirib. R.Fencel rəhbəri olduğu limanın ABŞ ticarət sistemində rolu, burada tətbiq olunan qaydalar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə məlumat verib. Görüş zamanı daşıyıcıların limana çatmazdan öncə mallar haqqında məlumatları 24 saat əvvəl təqdim etməli olduqları və məlumat mübadiləsinin vahid mərkəzləşdirilmiş sistem əsasında, eyni zamanda, aidiyyəti strukturların əməliyyatçılarının yerləşdiyi müvafiq bölmə çərçivəsində aparıldığı bildirilib.

Bundan başqa, nümayəndə heyəti müvafiq əməliyyatlarla praktiki tanışlıq üçün Çarleston Yükləmə Stansiyası və Yük Terminalına səfər edib. Sözügedən qurumlarda fiziki müdaxilə edilmədən nəzarətə imkan verən texnoloji vasitələrə dair nümayəndə heyətinə məlumat verilib, habelə X-Ray aparatı ilə təchiz edilmiş "VACIS" maşınları ilə yoxlamanın hansı şəkildə təşkil edildiyi nümayiş olunub. Çarlestonda olan azad ticarət zonası və belə zonaların səmərəliliyi, həmçinin burada tətbiq olunan təcrübələrə dair ABŞ tərəfinin yanaşması haqqında məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

 

Saytda Axtarış

Son xəbərlər