Dalga Televiziyasi TRACECA layihəsi üzrə Tbilisi konfransında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə ətraflı söhbət getmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2173
DünənDünən3410
Bu həftəBu həftə5583
Bu ayBu ay15119
Bu günə qədərBu günə qədər7503336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


TRACECA layihəsi üzrə Tbilisi konfransında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə ətraflı söhbət getmişdir

altGürcüstan paytaxtında “Loqistika prosesləri və dəniz magistralı” layihəsinin ikinci, yekun konfransı keçirilmişdir. Konfrans iştirakçıları Asiyadan Avropaya və əks istiqamətə marşrutlar, gələcəyə baxış və digər mühüm məsələlər ətrafında müzakirələr aparmışlar.

“Şərq Tərəfdaşlığı” layihəsinin üzvü olan ölkələrin regional proqram meneceri Stefan Bil iştirakçıları salamlamış və TRACECA layihəsinin əhəmiyyətindən söhbət açmışdır. Gürcüstan iqtisadiyyat və sabit inkişaf nazirinin müavini, TRACECA-nın Gürcüstandakı milli katibi Natia Mikeladze ölkəsində həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
TRACECA-nın Azərbaycandakı milli katibi Akif Mustafayev AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, konfransda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı ətraflı söhbət getmiş, layihənin böyük əhəmiyyətə malik olduğu bir daha vurğulanmışdır. A.Mustafayev demişdir: Konfransda 13 ölkədən nümayəndə heyəti iştirak edirdi və mən çıxışımda BTQ layihəsi ilə yanaşı, ölkəmizdə TRACECA çərçivəsində həyata keçirilən tədbirlərə geniş yer ayırdım. İştirakçılara Azərbaycanın bu qəbildən olan layihələrə böyük miqdarda investisiya yatırdığı haqqında məlumatlar çatdırıldı. Həmçinin analoqu olmayan, müasir tələblərə tam cavab verəcək Bakı Beynəlxalq Dəniz Limanının inşasının gedişi barədə informasiya da maraqla qarşılandı.
A.Mustafayev daha sonra qeyd etmişdir ki, TRACECA layihəsinə diqqətin getdikcə artdığı müşahidə olunur və Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bu sahədə mühüm rol oynayacağı artıq danılmaz həqiqətdir. Bir çox ölkələr öz yüklərinin tez bir zamanda mənzil başına çatdırılması baxımından bu layihəyə üstünlük verdiklərini nümayiş etdirirlər. Bu istiqamətdə gömrük-keçid məntəqələrinin fəaliyyəti ilə bağlı planlaşdırılan yeniliklər, əlaqəli fəaliyyət proqramları da artıq çoxları üçün diqqət çəkən amillərə çevrilmişdir.
TRACECA-nın Azərbaycandakı milli katibi, həmçinin vurğulamışdır ki, konfrans iştirakçılarına Azərbaycan dövlətinin başçısının ölkə iqtisadiyyatının dinamik inkişafı ilə yanaşı, beynəlxalq layihələrə sərmayə yatırımı sahəsində qarşıya qoyduğu vəzifələr, bu istiqamətdə qazanılan böyük uğurlar, BTQ dəmir yolu layihəsinin və bir sıra digər qlobal layihələrin Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin məhsulu kimi artıq dünyanın aparıcı ölkələrinin diqqət mərkəzində olduğu barədə də məlumatlar çatdırılmışdır.

Saytda Axtarış

Son xəbərlər