Dalga Televiziyasi ARDNŞ yerli KİV-də yayılan xəbərləri şərh edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün628
DünənDünən1775
Bu həftəBu həftə6098
Bu ayBu ay54794
Bu günə qədərBu günə qədər7482128

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ARDNŞ yerli KİV-də yayılan xəbərləri şərh edib

altAzərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yerli mətbuatda yayılan informasiyalara aydınlıq gətirib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-in «Kompleks qazma işləri» tresti «Abşeron» Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Bəhruz Malik oğlu Əliyevin açıqlaması yayılıb. Açıqlamada göstərilən məlumatlar ARDNŞ tərəfindən araşdırılıb.

Məlum olub ki, B.Əliyev həqiqətən də 2010-cu ildən ARDNŞ-in Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından fəaliyyətini «Kompleks qazma işləri» tresti «Abşeron» Qazma İşləri İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi kimi davam etdirib, hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından briqadanın əməkdaşları, o cümlədən də B.Əliyev boşdayanmadadır və bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara əmək haqlarının 2/3-si həcmində maaş ödənilir.

«B.Əliyev bu gün də ARDNŞ-in işçisidir, öz ifadəsi ilə desək, «ixtisara salınması» haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun guya «ixtisara salınması» haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur», - deyə məlumatda bildirilir.

ARDNŞ-in müəssisələrində, o cümlədən B.Əliyevin işlədiyi «Kompleks qazma işləri» Trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında dekabrın 29-da yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb. ARDNŞ struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edərək, onları bu dəyişikliyin nəticələri haqqında şayiələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır.

«Şirkət həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-in əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar», - deyə bəyanatda vurğulanıb.

Saytda Axtarış

Son xəbərlər