Dalga Televiziyasi Dövlət Neft Şirkətində xarici KİV nümayəndələri ilə görüş olmuşdur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1411
DünənDünən2692
Bu həftəBu həftə4103
Bu ayBu ay41841
Bu günə qədərBu günə qədər7469175

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dövlət Neft Şirkətində xarici KİV nümayəndələri ilə görüş olmuşdur

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (ARDNŞ) Bakıda səfərdə olan “Reuters”, “DPA” və “EUobserver” informasiya agentliklərini, “İl Sole 24 Ore” qəzetini, eləcə də “L’Espresso” gündəlik jurnalını təmsil edən bir qrup jurnalistlə görüş olmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqlar Azərbaycanın qədim neft ölkəsi olduğunu və Avropanın qaz təchizatında yaxından iştirak etdiyini yaxşı bildiklərini söyləmişlər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını, neftçilərimizin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini söyləmişdir. O, ölkəmizdə həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri çərçivəsində əldə olunmuş nailiyyətlərdən, şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin qurulmasından, Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rol oynamasından danışmışdır. Dünyanın nüfuzlu neft-qaz şirkətləri ilə ARDNŞ arasında yaranmış səmərəli əməkdaşlıq münasibətlərinə toxunan R.Abdullayev son illər şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında jurnalistləri məlumatlandırmışdır.
Daha sonra ARDNŞ-in prezidenti KİV nümayəndələrinin Azərbaycanda təsdiqlənmiş və proqnozlaşdırılan karbohidrogen ehtiyatlarının həcmi, “Cənub Qaz Dəhlizi”nin açılmasında “Şahdəniz-2” layihəsinin əhəmiyyəti, Trans-Adriatik qaz boru kəmərinin gerçəkləşməsində ARDNŞ və tərəfdaşlarının rolu, Türkiyədə həyata keçirilən Trans-Anadolu qaz kəməri və “STAR” layihələri ilə bağlı suallarını cavablandırmışdır. Jurnalistlərin şirkətin İsraildə və digər ölkələrdə “apstrim” layihələrində iştirakı, habelə Xəzər dənizinin Azərbaycan sektorunda axtarış-kəşfiyyat işlərinin genişlənməsi, bu məqsədlə yeni qazma qurğularının inşa olunması və başqa mövzularda çoxsaylı suallarına da ətraflı cavab verilmişdir.

Saytda Axtarış

Son xəbərlər