Dalga Televiziyasi Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün54
DünənDünən2270
Bu həftəBu həftə5016
Bu ayBu ay42754
Bu günə qədərBu günə qədər7470088

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO

altSentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın müstəqilliyinin ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni bu sahəyə yönəltməklə həmin kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.

Saytda Axtarış

Son xəbərlər