Dalga Televiziyasi İran Rusiyanın yardımı ilə yeni nüvə stansiyası tikəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün536
DünənDünən957
Bu həftəBu həftə9737
Bu ayBu ay47475
Bu günə qədərBu günə qədər7474809

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İran Rusiyanın yardımı ilə yeni nüvə stansiyası tikəcək

alt

İran və Rusiya 4 min meqavat gücündə yeni nüvə stansiyasının tikintisi üzrə danışıqlar aparırlar.
 Bunu İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib:

"İran və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, hazırda qarşı tərəflə danışıqlar aparırıq. Burada məqsəd Rusiya tərəfinin dörd min meqavat gücündə yeni nüvə stansiyasının tikintisində bizə yardım etməsidir".

Ə.Ə.Salehinin sözlərinə görə, Buşəhr nüvə stansiyası artıq üç aydır ki, iranlı mütəxəssislər tərəfindən idarə olunur və bu üç ayda bir milyard 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib: "Biz Rusiya ilə yeni nüvə stansiyalarının inşası ilə bağlı çox ciddi müzakirələr aparırıq. Rusiyadan başqa, digər ölkələrlə də müzakirələrimizi davam etdiririk". Lakin təşkilatın sədri müzakirə aparılan digər ölkələrin adlarını açıqlamayıb.

Saytda Axtarış

Son xəbərlər